Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


İxtisasın cəmiyyətdə yeri və digər ixtisaslarla əlaqəsi 2



Yüklə 277,04 Kb.
səhifə110/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   106   107   108   109   110   111   112   113   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.İxtisasın cəmiyyətdə yeri və digər ixtisaslarla əlaqəsi
2.İxtisas və əməyin xarakteri
3.Psixoloji cəhətdən əməyə hazırlığın zəruriliyi
4.Əməyin ictimai-iqtisadi xüsusiyyətləri
Təhsil islahatı yeni insanın formalaşmasında təlim və tərbiyə ilə yanaşı gənclərin peşə hazırlığını da buraya əlavə etmişdir. Bu üçüncü komponent şübhəsiz orta məktəbi bitirənlərə müxtəlif peşələrdə işləmək bacarığı verəcəkdir. Bu isə öz növbəsində onların müəyyən ixtisas üzrə işləməsinə zəmin yaradacaqdır. Burada gənclərin peşələrə istiqamətləndirilməsinə xüsusi qayğı ilə yanaşılmalıdır. Gəncləri müxtəlif peşələrə maraqlandırmaq məqsədilə onların görkəmli peşə sahibləri, həmin məktəbi bitirmiş əmək veteranları, elm, incəsənət və ədəbiyyat xadimləri, habelə dövlət mükafatı laureatları ilə görüşlərini təşkil etmək lazımdır. Gənclər məktəbyanı sahələrin və bağların abadlaşdırılmasında, şəhər və kəndin yaşıllaşdırılmasında, məktəbyanı təcrübə sahəsində daha fəal iştirak etməlidirlər.
Gənclik yaşının axırında sosiolojiləşmənin ilk mərhələsi tamamlanır, gənclər artıq öz həyat yolunu müəyyənləşdirir, ictimai həyata fəal, yaradıcı insan kimi daxil olur, ali məktəblərdə, magistraturada, kolleclərdə, liseylərdə təhsillərini davam etdirir, istehsalatın müxtəlif sahələrində ictimai-faydalı əməklə məşğul olurlar. Lakin gənclərin qeyd etdiyimiz inkişaf səviyyəsinə çatmalarına baxmayaraq, onların yaşlı nəsli ləyaqətlə əvəz etmələri, həqiqi vətəndaş, vətənpərvər, insanpərvər olmaları üçün onlara istiqamət və məsləhət vermək olduqca vacib və zəruridir.
Pedaqoji psixologiya
1. Pedaqoji psixologiyanın mövzusu, vəzifələri və
digər elmlərlə əlaqəsi
Plan:
1. Pedaqoji psixologiyanın mövzusu
2. Pedaqoji psixologiyanın vəzifələri
3. Pedaqoji psixologiyanın bölmələri
4. Pedaqoji psixologiyanın digər elmlərlə əlaqəsi
Pedaqoji psixologiyanın mövzusunu insanın təlim və tərbiyəsinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Böyüməkdə olan gənc nəslə elmlərin əsasları haqqında bilik vermək, həmin bilikləri təcrübədə tətbiq etmək vərdişləri və bacarığı aşılmaq məktəblərimizin əsas vəzifəsidir. Müəllim təlim və tərbiyənin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə etməyi bacarmalıdır. Bu cür biliklər isə psixologiya elminin mühüm sahələrindən biri olan pedaqoji psixologiyada öz əksini tapır.
Pedaqoji psixologiyanın mövzusunu bir qədər konkret şəkildə nəzərdən keçirmiş olsaq, onun nə qədər geniş, əhatəli olduğunu görərik. Pedaqoji psixologiyanın mövzusuna aşağıdakı komponentlər daxildir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin