Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Fəlsəfə 2.Ümumi psixologiya



Yüklə 277,04 Kb.
səhifə61/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   57   58   59   60   61   62   63   64   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Fəlsəfə
2.Ümumi psixologiya
3.Yaş psixologiyası
4.Pedaqogika
5.Uşaq anatomiyası və fiziologiyası
Uşaq psixologiyasının qarşılıqlı əlaqədə olduğu elmlərdən biri fəlsəfədir. Fəlsəfə psixoloji nəzəriyyə və konsepsiyaların yaranmasına təkan verir və psixologiyanın metodoloji əsasını təşkil edir. Fəlsəfə insanın cəmiyyətdə rolunu, onun dünya ilə qarşılıqlı münasibətlərini aşkara çıxarır. Fəlsəfi biliklər uşağın psixi inkişafını öyrənməkdə uşaq psixologiyasına imkan yaradır.
Uşaq psixologiyasının qarşılıqlı əlaqədə olduğu fundamental elm sahələrindən biri ümumi psixologiyadır. Ümumi psixologiyanın əldə etdiyi elmi-nəzəri müddəalar uşaq psixologiyasının tədqiqat istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır. Bu cəhətdən ümumi psixologiya psixologiyanın bütün sahələri üçün açar rolunu oynayır.
Uşaq psixologiyası yaş psixologiyasının bir bölməsi olduğu üçün o, psixologiya elminin bu sahəsi ilə daha sıx qarşılıqlı əlaqəyə malikdir. Yaş psixologiyası psixi inkişafın yaş dinamikasını izləyir, bir yaş dövründən digərinə keçidin qanunauyğunluqlarını, hərəkətverici qüvvələrini və s. öyrənir.
Uşaq psixologiyası uşaqların təlimi, tərbiyəsi və inkişafının səmərəli yollarından bəhs edən pedaqogika ilə qarşılıqlı əlaqəsi vardır. Pedaqogika şəxsiyyətin formalaşmasında yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmasını mühüm prinsip kimi qəbul edir, təlim və tərbiyənin səmərəli yollarını nəzəri cəhətdən əsaslandırır.
Uşaq psixologiyasının sıx əlaqələrə malik olduğu elmlərdən biri uşaq anatomiyası və fiziologiyadır. Uşaq psixologiyasının bu elmlə əlaqəsi uşağın ayrı-ayrı yaş dövrlərində orqanizmdə baş verən fizioloji dəyişmələrin uşaqların psixi aləminə təsirinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


3. Uşaq psixologiyasının tədqiqat metodları
Plan:
1. Müşahidə metodu

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin