Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Psixi inkişaf və ünsiyyət



Yüklə 277,04 Kb.
səhifə68/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   64   65   66   67   68   69   70   71   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

6. Psixi inkişaf və ünsiyyət
Plan:
1. Uşağın inkişafında ünsiyyətin rolu
2. Ailədaxili və ailədənkənar ünsiyyət
3. Məktəbəqədər yaşlı uşaqların ünsiyyəti
4. Pedaqoji ünsiyyətin əhəmiyyəti
Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-birini qavramasında mühüm əhəmiyyətə malikdir. Uşağın inkişafında, o cümlədən şəxsiyyətin formalaşmasında ünsiyyət mühüm rol oynayır. Ümumiyyətlə, nəinki uşaqlar, hətta böyük adamlar da uzun müddət tənha qaldıqda, ünsiyyətdə olmadıqda, insanlardan təcrid şəraitində yaşadıqda onların psixikasında dəyişiklik, sarsıntı baş verir. Ünsiyyət zamanı isə uşaqlar bir-birinə qarşılıqlı təsir göstərir, əlaqəyə girir, əməkdaşlıq edir və bir-birini anlayıb başa düşürlər. Uşağın psixikası əməli ünsiyyətdə formalaşmağa başlayır. Ünsiyyət zamanı o, özünün və başqalarının hərəkətlərini, rəftarını təhlil etməyi öyrənir, sosial psixoloji təcrübəyə yiyələnir, mənəvi cəhətdən zənginləşir, onda psixi sağlamlıq, xoş əhval yaranır.
Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas səviyyəsini fərqləndirirlər.
1.Ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti kimi özünü göstərir. Bu səviyyədə şəxsiyyət müəyyən qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.
2.Şəxsiyyət başqaları ilə müəyyən mövzu ətrafında əlaqələr yaradır. Bu səviyyədə ünsiyyət bir adamın başqa bir adamla və qrupla ünsiyyəti şəklində qurulur.
3.Ünsiyyət elementar vahidlər vasitəsilə həyata keçirilir. (sual-cavab, əl sıxma, hərəkətlər, baxışlar və s.).
Körpəlik dövründə ünsiyyətdən, xüsusilə ana ilə ünsiyyətdən məhrum edilmiş uşaqlar psixi inkişaf səviyyəsinə görə bu imkanlara malik uşaqlardan geri qalırlar. Bu cəhətdən hind şahzadəsi Böyük Əkbərin apardığı dəhşətli eksperimenti xatırlamaq kifayətdir. O, yeni doğulmuş hind, çin, benqal və monqol uşaqlarını analarından alıb xüsusi mağaralarda yerləşdirmiş, onların təlim və tərbiyəsini lal tərbiyəçilərə tapşırmışdır. 10 yaşlarında uşaqlara tamaşa etməyə gəlmişlər. Onların heç biri ana dilində danışa bilməmiş, heyvani səslər çıxarmışlar.
Psixoloqların qənaətinə görə, əgər uşaq bir yaşınadək anadan ayrılarsa və ya uzun müddət tənha şəraitdə xəstəxanada müalicə olunarsa, belə uşaqların çoxu ağlağan, qəmgin, qorxaq olur. Ünsiyyət zamanı isə, var qüvvələri ilə yaşlıları qucaqlayır, onlara sıxılır, diqqət tələb edirlər.
Uşağın inkişafında ailədaxili ünsiyyət, həmçinin yaşlılarla, həmkarları ilə ünsiyyət mühüm rol oynayır. Uşaq ata-ana ilə ünsiyyətdə formalaşıb ərsəyə çatır və onun bir şəxsiyyət kimi inkişafının özülü bəzən həmin söhbətlərlə qoyulur. Valideynlə ünsiyyətdə uşaq təbiət və cəmiyyət haqqında müəyyən biliklərə yiyələnir, özünü, başqa adamları qiymətləndirməyi öyrənir. Uşaq ailədaxili ünsiyyətlə məhdudlaşmır, tez-tez ailədənkənar ünsiyyətdə də olur. Məsələn, qonaqlıqda, gəzintidə, asudə vaxtda, yaxud müxtəlif oyunlarda olan ünsiyyət uşağın inkişafını sürətləndirir. Ünsiyyət uşağın əsas sosial tələbatıdır, bu vaxt uşaqlar bir-birini anlayır, fikir mübadiləsi edir, birlikdə sevinir, kədərlənir, müxtəlif hisslər keçirirlər.
Uşaq ünsiyyətinin mühüm bir forması söhbətdir. Müxtəlif mövzularda aparılan söhbətlərdə uşaq yoldaşı, dostu ilə ünsiyyət saxlayır və tədricən uşaqda ünsiyyət mədəniyyəti formalaşır, nitq zənginləşir. Uşaq ünsiyyət zamanı nitqin monoloji və dialoji formasından istifadə edərək onun dünyagörüşü formalaşmağa başlayır.
Üç-beş yaşında uşağın yaşlılarla ünsiyyəti qeyri-formal şəraitdə ətraf aləmlə qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsinə yönəldilmiş idrak fəaliyyətində həyata keçirilir. Psixoloji tədqiqatlar göstərir ki, uşağın idrak inkişafı artdıqca o, yaşlılarla qarşılıqlı münasibətdə cisim və hadisə haqqında birgə fikir mübadiləsi etməyə səy göstərir. Belə ünsiyyət forması istər orta, istərsə də yuxarı məktəbəqədər yaşlı uşaqlar üçün səciyyəvi xarakter daşıyır. Uşaqda yaşlı tərəfindən onun rəftar və davranışına, şəxsiyyətinə, mənliyinə verilən qiymətə ciddi tələbat oyanır.
Altı yaşlı uşaqlarda ünsiyyət şəxsi xarakter daşımağa başlayır. Bu ünsiyyət forması tamamilə müstəqil olub kommunikativ fəaliyyət şəklində həyata keçirilir. Şəxsi ünsiyyət şəxsi motivlər, oyun, əmək və idrak fəaliyyəti əsasında təşəkkül tapır. Həm də bu ünsiyyət forması uşaq üçün daha çox həyati əhəmiyyət kəsb edir. Belə ki, o, özünü, başqa adamları və insanlar arasındakı qarşılıqlı münasibətləri dərk etməyə imkan tapır. Əlbəttə, bu da öz növbəsində uşağın psixoloji baxımdan məktəbə hazırlanmasında ən mühüm şərtlərdən biridir.
Uşaq şəxsiyyətinin inkişafında pedaqoji ünsiyyət (müəllimlərlə, tərbiyəçilərlə ünsiyyət) daha böyük əhəmiyyətə malikdir. Uşaq qruplarında ünsiyyətin əsas forması dialoqdur. Kollektivdə qarşılıqlı xarakter daşıyan bu ünsiyyət zamanı uşaqda mənlik və əxlaq şüuru formalaşır. Müəllim, tərbiyəçi və uşaq arasında olan ünsiyyət prosesi uşağın, gənclərin inkişafında mühüm rol oynayır. Görkəmli pedaqoqların tələbələrlə, şagirdlərlə ünsiyyəti tərbiyəvi təsir vasitəsinə çevrilmiş, onların söhbəti mənalı həyat məktəbi, bir çox gənclərin həyat yolunun müəyyən edilməsinə, bir insan kimi formalaşmasına istiqamət vermişdir.
Beləliklə, tərbiyəçi, müəllim-şagird ünsiyyəti, şəxsiyyətin formalaşmasının mühüm mərhələsini təşkil edir. Müəllimin şagirdlə ünsiyyəti zamanı şagirdlər tədris materiallarının məzmununu mənimsəyir, müəllimin üsul və metodlarına yiyələnirlər. Pedaqoji ünsiyyətdə müəllim şagirdi, şagird isə müəllimi qavrayır, başa düşür, aralarında səmimiyyət, inam, etibar yaranır. Bu zaman müəllim şagirdin problemlərini düzgün başa düşməli, həmişə müvafiq mövqe tutmalı, hətta, ən qəbahətli iş tutulduqda belə, şagird şəxsiyyətinə, ləyaqətinə, mənliyinə hörmət etməlidir. Müəllim ünsiyyət zamanı öz şəxsi nümunəsi ilə şagirdə güclü təsir etməli, onlarda möhkəm əqidə formalaşdırmalı və onları həyata hazırlamalıdır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin