Əsərləri
"Aran" ikihissəli roman (1962),
"Pillələr" (1964),
"Yamacda nişanə" (1973),
"Toğana" (1981),
"Yasamal gölündə qayıqlar üzürdü" (1984),
"Mavi günbəz" povestlər (1984),
"Gedənlərin qayıtmağı"
"Yasaq edilmiş oyun, Gülməli kişinin axırı" (1988)
"Kütlə" (1999),
"Bir lotunun arvadı"
"Öpmə məni öpərəm səni"
"Sevişməyin cəzası"
"Görünməz dalğa"
"Dünyanın arşını" (1985),
"Yanvar hekayələri"
Qan köçürmə stansiyası
Əsər 80-cı illərdə yazılıb. Camaat Qan köçürmə stansiyasına gəlib qanını ya könüllü verir, ya da satırdı. Stansiyada Sabir Əhmədli də var idi. O növbədə durmuş və oturacaqda oturan adamları təyin edirdi. Kim olduqlarını əsaslandırmağa çalışırdı. Qan verənlər arasinda ruslarda var idi və S.Əhmədli bunu görür dəhşətə gəlir ki bu qanı xarab insanların qanını kiməsə vurmaq günahdır. Həmin o ruslar çaxır, araq içmək üçün qanını satırdılar. Qan vermək üçün növbədə 15 adam dayanmışdı. Onlar 3 ü digərlərindən fərqlənirdiıər çünki onlar nisbətən cavan idi. Əslində müəllif 15 nəfər dedikdə SSRİ-dəki 15 respublikanı nəzərdə tutur. 3 nəfər sonradan gələn cavan isə əslində SSRi yə sonradan daxil olan respublikalardır( Litva, Latviya, Estoniya).
Bir müddət sonra isə 2 nəfər sevindik və Hüsən adlı oğlanlar gəlir. Hüsən kənddə yaşayırdı. Sevindik Rusiyada oxuyurdu . Anasının xəstə olduğunu eşidib Azərbaycana gəlir. Stansiyada olarkən Hüsən Sevindiyə deyirki ağlı başında olan qan verər? Əgər qanını verəcəksənsə ya pul ver al ,ya da vermə. Burada sətiraltı mənada qan verməmək normaldır, yəni qan vermək mənəviyyatımızı verməkdir. Amma normal vəziyyətdə Sevindik doğru deyirdi. S.Əhmədli bu əsərində heyvan və insanı da müqayisə edir və deyir ki heyvan qan verməz amma insan yəni Sevindik verər. Çünki o Rusiyada təhsil alıb.
Fyador Avrama 1963-cü ildə Leninqradda Yazıçılar İttifaqında iştirak edir, SSRİ-ni birbaşa tənqid edir və deyir ki, ali və orta məktəbin 1 məqsədi var, insan düşünməsin. Sovet höküməti deyirdi ki, kommunizm qurulacaq hər şey oraya yığılacaq. Camaat getsin oradan istədiyi maşını götürüb sürsün. İnsanlar isə düşünəcəklər ki bu mənim üçün bəsdir. Belə şey mümkün deyil. S.Əhmədlidə bunu deyir: Rusiyada təhsil almış adamlar deyir ki qanımızı verək, mənəviyyatımızı verək getsin. Hüsən hələ bilmirdiki verilən qanın miqdarı nə qədər olmalıdır. Hәkim sәnәdlәrә göz gәzdirib, ananın özünü dә yoxladıqdan sonra onun xәstәxanaya qәbulu üçün göstәriş vermişdi. Hüsәn, Sevindik neçә gündü anaları sarıdan naraһatdılar; bir az arxayınlamış, toxtamışdılar. Xәstәxanaya götürürlәrsә, demәk sağalacaq, üzәridir. Üzü göy çilli qız anketi, vәrәqәni doldurmuş, siyirmәni çәkib göndәriş kağızını çıxarmış vә Sevindiyin, Hüsәnin anasının familini yazıb onlara üz tutmuşdu:
— Sizdәn bir xaһişimiz var. İkinizdәn biriniz gedib qan verәsiniz.Hüsәn az qalmışdı kağızı götürüb cırsın. Dәvә nalbәndә baxan kimi bir kağıza, bir qıza әyri-әyri göz qoyub:
— Nә qan? Qan nәdi? — çәmkirmişdi.Hüsәn bu dәfә qızı qılıqladı:
— Rayondan gәlmişik. Canın üçün işim tökülüb qalıb. Bәlkә sәn bizә kömәklik göstәrәsәn? Husən həmin qıza bildiriir ki qardaşım məzuniyyətə gəlib anam xəstədir onu qoyub gedə bilməz. Bizdə buraxmaq istəmirik. Çünki gedib orada qanımızı qarışdıra bilər.
Qız isə deyir:— Nә kömәklik göstәrә bilәrәm? Qandı, һәr һalda versәniz yaxşıdı... Ananızdı axı.Hüsən anladı ki, qız Sevindiklә mülayim danışardı. Sevindik cavandı, әrgәndi, qeydçi qız bunu duymuşdu. Qız da subaya oxşayırdı. Hәtta Hüsәnin ağlından keçdi: «Sәn ölmә, adamı qınamasalar, elә burdaca, bu qızla Sevindiyin kәbinini kәsdirәrdim». Özü dә lap yerinә düşәrdi. Çünki bilmişdilәr ki, Sevindik orada evlәnmәk istәyir. Mәzuniyyәtә gәlmәklә onlardan rüsxәt almaq istәyir; amma һәlә sözü açmayıb, Bir yandan da anasının azarlamağı.Buna baxmayaraq qız husənə yardım etmir və oradan uzaqlaşır.Beş-on dәqiqә sonra gəlir və Husən hələ də onu gözlәmişdi vә qız һaçandan-һaçana qayıdıb gәlib yerindә oturanda Hüsәni görüb tәәccüblә irişmişdi:
— Siz һәlә getmәmisiniz?.. Bu gün xәstәxanada yer azdır, sәһәr-sәһәr başqa naxoşlar gәtirilir. Gecikәrsiniz. Ananız әziyyәt çәkәr.Husən əlacsız oradan uzaqlaşır.Husən böyük qardaş kimi özü qarşıda gedir. Nə isə xəta baş versə özünü qabağa atsın. Yolda onun yadına bir hadisə düşür.
Demək 26-lar kolxozundan ətliyə bir heyvan gətirmişdilə ki bayramqabağı kəsib paylasınlar. Cöngə çox böyük idi. Hər kəs onun tamaşasına yığılmışdı. Cöngəni kəsmək istəyəndə gördülər ki cöngə acdır. Hüsən onu yemək üçün yoncalığa buraxdı. Cöngə otu yeməyə başladı.Cöngə qayıdanda vəsən onu kəsməkdən çəkindi. Husən bıçağı alıb cöngənin boğazını kəsdi. Lakin elə kəsdi ki cöngə başı ayaqları arasında qan fışqıra-fışqıra qaçdı. Hüsəndə üst baş sifət qalmadı.Gözləri tutuldu. Ayə mana bir su verin deyir. Ayağı vedrəyə ilişir suyu üzünə çırpır. Hüsənin gözləri su tapandan sonra açılır. Su təmizlik azadlıq simvolu idi. Həmin dövrdə gözünü açan adamlara ehtiyac var idi. Hüsən əvvəlcə özünü itirir, lakin tezliklə özünü ələ ala bilir. Müəllif əsərdə zərrə -zərrə ,qram-qram verilmiş azadlığı bədənə suyu ilə, həqiqi azadlığı isə axar su ilə eyniləşdirir.
Bu hadisəsən sonra onlar 26-lar kolxozunu pisləməyə başladılar. Kolxozun sədri Ramiz onları günahlandırıdı ki siz malı kəsə bilmədiniz. Hətta onun qanı sizin qanınızdan daha təmizdir. Hətta anasının xəstələnməyini Hüsənin üstünə atdılar və deyirlər ki heyvan ahı onun anasını tutub. Çünki Hüsən heyvanı yoncalığda otarmaqla əcəl ayağına aldatmışdı. Dünyada bundan böyük günah yox idi. Hüsənə məsləhət görürlər anasını ziyarətə aparsın. Lakin Hüsən bu yolla getsə günahlarını təsdiq etmiş olurdu.Ona görə anasini beli bükülmüş görüb yenidən həkimə aparmaq qərarına gəlir. Hüsən prinsipə, ideyalara sadiq biri idi. Cöngə burada respublikanın maddi sərvətləri kimi nəzərdə tutulur. Nəhayət stansiyaya çatdı. Hüsən öyrəndiki hər biŕ donor qan verəndən 52-57 gün sonra yenə qan verə bilər. Daha sonra dönüb pəncərədəki yazını oxudu: Qan həyat mənbəyidir. Mənim qanın milyonların damarında axır. Sənin qanın mənim həyatımı xilas edir. qanköçürmə stansiyasının boyuna çıxır və dərindən nəfəs alır. Bütün sıxıntılardan azad olur. Binanın ətrafındakı yaşıllıq onu fərəhləndiri. Hüsən stansiyadakı yaşıl otları gördü bu bayrağın rəngi idi. Birdə qan rəngi görəndə onun ürəyi açıldı və sevindiki mən artıq təbiilik görürəm. Yəni müəllif Azıəbaycanın azadlığı uğrunda olan rəmzləri çox gizli formada işlətməyə müvəffəq olur.
Əsərdən mənfi obrazlardan biridə Zili oğlu Vəli idi. Belə satqınlar üzündən xalq öz sərvətinin sahibi ola bilmirdi. Zili oğlu vəli cöngənin qaçmasını oyun, suyun qudrətində görür. Ancaq özü daha böyük qəbahətə yol verir. Rayondam kökəltmə məntəqəsindən ətli heyvanları şəhərə aparanda ələtdən keşləyəcək platformada düşürüb otara-otara suvara-suvara aparırki, burdanda qazanadığı qapısındakı iki jüqulidir. Zilioğlunun Hüsəni gözdən salma səbəbi onun yerinə göz dikməsidir ki bu vəzifəyə olan meyldə xalqa baha başa gəlir. Ona görədə Hüsən qəzəbini saxlaya bilmir və ona belə deyir: Köpəyoğlunun qəsdi qərəzi varmış, mərdimazar əclaf qoy gəlsin nənəsinin oğlu.
S.Əhmədli bu daxili nitqdə söyüşdən elə istifadə etmişdirki Hüsənin bütöv xarakteri ortaya çıxmışdır.
Nənəsinin oğlu ilk baxışda mülayim təsir bağışlasada kəskin söyüşdür. Oğlun ata ilə yox nənə iıə taninmasindan böyük təhqie ola bilərmi?
Hüsən xalqını ürəkdən sevən bir adamdır. Onu bütün hərəkətləridə xalqın xeyrinə yönəlib. Lakin o elə bir dövrdə yaşayırki bəzən özündən aslı olmayaraq hadisələrə vaxtinda qiymət verməyə çətinlik çəkir. Çünki azadlığı olmayan bir ölkədə yaşayır.
"Qanköçürmə stansiyası"nda məlum sosial bəlanın "bədii-psixoloji mənzərəsi o qədər ustalıqla verilmişdir ki, yalnız sovet cəmiyyəti üçün deyil, bütün totalitar cəmiyyətlər üçün dəhşətli bir mənzərə olan "Qanköçürmə stansiyası" örnək kimi, sənət nümunəsi kimi yaşayacaq".
Ədəbiyyat siyahısı
https://azeri.org/Azeri/az_latin/latin_lit/az_literature/short_stories/ahmadli/ahmadli_az/ahmadli_blood_station.pdf
http://anl.az/down/meqale/edebiyyat/2010/dekabr/147336.htm
https://edebiyyatqazeti.az/news/edebi-tenqid/5875-sabir-ehmedli-iki-epoxanin-yazari
Əhmədov B.XX yüzil Azərbaycan ədəbiyyatı..Bakı,2015 “Elm və təhsil”,2015,s. s.468-480
Müasir Azərbaycan ədəbiyyatı.II cilddə,B.,BDU nəşri.2004,s.154-161
Əliyeva N. Sovet dövrü Azərbaycan ədəbiyyatı (1941- 1991) B.,2013,s.442-463
Dostları ilə paylaş: |