AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ
Sərbəst iş
Fakültə: Humanitar Fənnlər
İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Fənn: Azərbaycan ədəbiyyatı tarixi-6
Kurs: 3
Qrup: 192201
Mövzu: “Sabir Əhmədovun “Qan köçürmə stansiyası”əsəri”
Müəllim: Fərhad Mədətov
Tələbə: Mərziyyə Cəbiyeva
Bakı-2022
Plan:
1. Yazıçı haqqında
1. Sevindik və Husənin qanköçürmə stansiyasına gəlmələri
2. Hüsənin çilli qızla söhbəti
4. Cöngə əhvalatı
5. Ədəbiyyat siyahısı
Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.
Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetinin 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi.
Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.
Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |