288) 3 – cü mərhələli xroniki böyrək çatışmazlığı ilə fəsadlaşmış xroniki
pielonefritli xəstələrin pəhrizində sadalananlardan hansı qidanı məhdudlaşdırmaq lazım deyil?
A) Meyvə, tərəvəz
B) Yağlar (kərə yağı, bitki yağları)
C) Süd məhsulları
D) Zülallar (ət, balıq)
E) Bütün sadalananlar
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
289) Böyrək çatışmazlığı olmayan böyrək polikistozlu xəstələrin pəhrizinə nə daxil edilə bilər?
A) Zülallar
B) Meyvə, tərəvəz
C) Süd məhsulları
D) Bütün sadalananlar
E) Yağlar
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
290) Xəstədən sərbəst olaraq oksalat daşları ifraz olunmaqla oksalaturiya müşahidə olunur. Ona nə məsləhət görülməlidir?
A) B qrup və A vitaminləri, maqnium tərkibli məhsulların istifadəsinin çoxaldılması
B) Bütün sadalalanlar
C) Türşəng turşusu tərkibli məhsulların (göyərti, şokolad və s.) məhdudlaşdırılması
D) Süd məhsullarının məhdudlaşdırılması
E) Limon turşusu tərkibli məhsulların (sitruslar) məhdudlaşdırılması
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
291) Xəstədən sərbəst olaraq urat daşları ifraz olunmaqla uraturiya müşahidə olunur. Ona nə məsləhət görülməlidir?
A) Zülalların məhdudlaşdırılması (gün ərzində xəstənin 1 kq çəkisinə 1 qr qədər ətin istifadəsi)
B) Bütün sadalananlar
C) Yüksək kaloriyalı pəhrizin məhdudlaşdırılması
D) Südlü – bitkili pəhriz
E) Məyvələr
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
Dostları ilə paylaş: |