1040) Bağırsaq invaginasiyasının hazırda hansı müalicə üsulları mövcuddur?
1.Cərrahi
2.Konservativ
3.Spazmolitik
4.Laporoskopik
5.Antibakterial
A) 1,3,5
B) 3,4
C) 2,3,5
D) 1,2,4
E) 2,3
Ədəbiyyat : Ağayev G.X; Poladov G.A. Uşaqlarda bağirsaq invaginasiyasının diaqnostika və müalicəsi.Bakı 2003.
1041) Digər bağırsaq keçməməzliyindən fərqli olaraq invaginasiyada xəstəliyin ilk günündə hansı əlamət olmur?
A) Qusma
B) Qəbizlik
C) Qarnın köpməsi
D) Ağrı
E) Qanlı ifrazat
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 411
1042) Bağırsaq invaginasiyasının hansı xəstəliklə differensial diaqnostikası aparılmır?
A) Düz bağırsaq selikli qişasının sallanması
B) Mekkel divertikulunun qanaxması
C) Dizenteriya
D) Düz bağırsaq polipi
E) Kəskin pnevmoniya
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh418-420(cədvəl 7)
Dostları ilə paylaş: |