1131) Uretranın ən çox rast gəlinən inkişaf qüsuru və anomaliyası hansıdır?
A) Hipospadiya
B) Epispadiya oğlanlarda
C) Episdapiya qızlarda
D) Hermafroditizm
E) Anadangəlmə qısa uretra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 583
1132) İnfravezikal obstruksiya xəstəliklər qrupuna aid deyil?
A) Kəskin pielonefrit
B) Qızlarda meatal stenoz
C) Qızlarda detruzor-sfinkter dissinergiya
D) Oğlanlarda detruzor-sfinkter dissinergiya
E) Oğlanlarda uretranın arxa qapağı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 , c- 483
1133) Sidik kisəsi ,sidik axarı reflyuksi nədir?
A) Sidik kisəsinin divertikulu
B) Sidiyin sidik kisəsindən sidik axarına və böyrəyin kollektor sisteminə keçməsi
C) Sidik kisəsinin daşı
D) Sidik saxlaya bilməmək
E) Sidiyin sidik kisəsindən uretraya keçməsinə olan maneə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 565
1134) Böyük adamlarda 600 – 1000 ml qan itirmə yenidoğulmuşlarda neçə ml qan itirməyə bərabərdir?
A) 50 ml
B) 300 ml
C) 100 ml
D) 500 ml
E) 120 ml
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 14
1135) Aşağıdakı xəstəliklərdən hansına mütləq cərrahi müdaxilə göstəriş deyil?
A) Bağırsaqların atreziyası
B) Sindaktiliya
C) Boğulmuş qasıq dəbəliyi
D) Kəskin appendisit
E) Yemək borusunun atreziyası
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 29
1136) Anesteziyanın hansı növü uşaq cərrahiyyəsində yalnız son illər geniş tətbiq olunmağa başlanmışdır?
A) İnhalyasiya narkozu
B) Qeyri - inhalyasiya narkozu
C) Endotraxeal narkoz
D) Yerli keyitmə
E) Peridural anesteziya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008səh 41
1137) Aşağıdakılardan hansı qarınxarici dəbəliyin elementi deyil?
A) Dəbəlik möhtəviyyatı
B) Dəbəlik kisəsinin qişaları
C) Dəbəlik kisəsi
D) Köndələn fassiya
E) Dəbəlik qapısı
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 332 333
1138) Qarnın ön divarı əzələlərinin aplaziyasında ölümün əsas səbəbi nədir?
A) Mədə qanaxması
B) Xaya burulması
C) Hipertenziyon sindrom
D) Trombemboliya
E) Urosepsis
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 367
1139) Doğulandan sonra ağız və burundan köpüklü ifrazatın axması, təngnəfəslik, sianoz, aspirasion pnevmoniya əlamətləri olarsa bu klnika hansı xəstəlik üçün səciyyəvidir?
A) Yemək borusunun anadangəlmə stenozu
B) Pilorostenoz
C) 12 - barmaq bağırsağın atreziyası
D) Yemək borusunun atreziyası
E) Kardiyanın xalaziyası
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 314
1140) Diafraqmal dəbəliyin diaqnozunu dəqiqləşdirmək üçün nə zaman kontrast maddə ilə aparılan irriqoqrafiya əhəmiyyətlidir?
A) Yırtıq möhtəviyyatı piylik olarsa
B) Yırtıq möhtəviyyatı köndələn çənbər bağırsağın bir hissəsi olarsa
C) Yırtıq möhtəviyyatı nazik bağırsaq olarsa
D) Yırtıq möhtəviyyatı mədə olarsa
E) Yırtıq möhtəviyyatı qaraciyər olarsa
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 332
1141) Aqanqlionar zonanın lokalizasiyasından və uzunluğundan asılı olaraq, Hirşprunq xəstəliyinin rentgenoloji mənzərəsinə görə neçə forması var və onlar hansıdır?
A) 4 forma: rektal, rektosiqmoidal, subtotal, total
B) 1 forma: rektosiqmoidal
C) 5 forma: rektal, rektosiqmoidal, seqmentar, subtotal və total
D) 3 forma: rektal, total, subtotal
E) 2 forma: rektal, rektosiqmoidal
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
Dostları ilə paylaş: |