Ustad Hüseyn Ənsariyan


On beşinci fəsil Məscid Allaha pərəstiş ocağıdır



Yüklə 1,03 Mb.
səhifə33/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9198
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

On beşinci fəsil

Məscid Allaha pərəstiş ocağıdır


İnsanın təkamülündə tə`sirli rola malik yaranış məqsədlərindən biri onun hikmət sahibi olan Allaha ibadət və pərəstişidir. Namaz varlıq aləminin yaradıcısına pərəstişin ən üstün nümunələrindəndir. Namazın müsəlmanların birliyində, həmrəyliyində də böyük tə`siri var. Bu məqsədlər müqəddəs məkan olan məsciddə gerçəkləşir. Məscid həm Allaha ibadət, həm də müsəlmanların birliyi üçün bir mərkəzdir. Bu səbəbdən də Qur`ani-kərimdə məscidin tikintisi və tə`miri Allaha və qiyamətə e`tiqadlı mö`minlərin şə`ni olaraq tanıtdırılır.1 Amma məscidin zahirən tikintisi və tə`mirindən də mühümü ondakı mə`nəvi fəzanın yaradılmasıdır. Həqiqi mö`min və din keşikçiləri bu fəzada tərbiyə olunur. Məscid insanların agahlıq və oyanışı, mühitin islahı üçün hərəkət mərkəzi olmalıdır. Cəmiyyətin ən fəal zümrəsi olan yeniyetmələr və gənclər məsciddə bir araya gəlməlidir. Məscid təkcə qocaların, təqaüdə çıxanların bir araya gəldiyi yer deyil.

Məscid tikmək, onu abadlaşdırmaq nə qədər dəyərlidirsə, onu uçurub-dağıtmaq da bir o qədər çirkindir. Qur`ani-kərim nəzərincə, məscidlərdə Allahın adının çəkilməsinə mane olanlar, məscidləri viran qoymaq istəyənlər cəmiyyətdəki zalımlardan sayılır.2

Məscidin dağıdılması dedikdə təkcə onun tikilisinin uçurulması nəzərdə tutulmur. Bu əzəmətli ilahi mərkəzi rövnəqdən salan, Allah zikrini insanların qəlbində həbs edən hər bir addım yetərincə böyük zülmdür.

Məscidin hökmləri


Məscidlə bağlı müəyyən əməllər haram sayılır:

1. Məscidin yerini, tavanını, iç divarını, vacib ehtiyata əsasən, xalçalarını və divarının çölünü (məscid tikən şəxs məscid divarının çölünü də məsciddən saymışsa) murdarlamaq haramdır. Bu murdarlıqdan xəbər tutan şəxs dərhal onu təmizləməlidir. Əgər özü bu işi bacarmasa və məscidin murdar qalması ona hörmətsizlik sayılsa, bu işi görə biləcək şəxslərə xəbər verməlidir.

2. Cünub şəxsin Məscidül-Hərama, Məscidün-Nəbiyyə, hətta bir qapıdan daxil olub o biri qapıdan çıxmaq məqsədi ilə daxil olması, cünub vəziyyətdə başqa məscidlərdə dayanması haramdır. Başqa məscidlərdə bir qapıdan girib o biri qapıdan çıxmaq olar. Cünub halda məscidə daxil olub bir şey qoymaq da haramdır. Hər bir müsəlmanın məscidə ehtiram olaraq aşağıdakı işləri görməsi bəyənilir:

1. Məscidi təmizləmək, onun çıraqlarını yandırmaq (müstəhəbdir);

2. Məscidə getmək istəyən şəxsin dəstəmaz alması, özünü ətirləməsi, pak libaslar geyməsi müstəhəbdir;

3. Məscidə daxil olarkən sağ ayağı, çıxarkən sol ayağı atmaq müstəhəbdir;

4. Məscidə daxil olarkən təhiyyət, məscidə ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Digər vacib və ya müstəhəb namaz qılınarsa da bəs edər;

5. İnsanın öz namazlarını məsciddə qılması müstəhəbdir. İslam dinində tövsiyə olunur ki, məscidə getməyən insanlarla bir süfrədə əyləşməsin, qonşu olmasın, məsləhətləşməsin, onlardan qız almasın, onlara qız verməsin. Bu deyilənlər məscdin qonşusuna daha çox sifariş olunmuşdur. Məscidin qonşusunun üzürsüz səbəbdən məsciddə namaz qılmaması məkruhdur;

6. Namaz qılınmayan məscidə getmək özü də müstəhəbdir;

7. Ağız, burun və ya sinə suyunun məscidə atılmasından çəkinmək lazımdır;

8. Əgər insan məcbur deyilsə, məsciddə yatmamalıdır; məsciddə dünya işləri haqqında danışmaq, itmiş şeyi tələb etmək, səsi qaldırmaq məkruhdur. Yalnız azanı uca səslə demək olar;

9. Məsciddə toxuculuq kimi sənət işləri ilə məşğul olmaq məkruhdur;

10. Məsciddə öyüd-nəsihət məzmunu olmayan şeylərin oxunması məkruhdur;

11. Murdar bir əşyanın məscidə sirayət etmə qorxusu olduqda, onu məscidə aparmamaq lazımdır; murdar şeyin məscidə aparılması hörmətsizlik sayılarsa, bu işdən çəkinmək lazımdır;

12. Məsciddə meyit namazı qılmaqdan çəkinmək lazımdır, bu iş məkruhdur;

13. Məscidi qızılla, ruhu olan insan, heyvan, mələk və başqa canlıların təsviri ilə bəzəmək olmaz, bu işdən çəkinmək lazımdır;

14. Qoxusu namazqılanlara əziyyət verəcək sarımsaq və soğan kimi şeylər yeyib məscidə daxil olmaq məkruhdur və bu işdən çəkinmək lazımdır.
Sual: Namazın vaxtı çatmışsa və məscidin bir guşəsi murdardırsa, namaz qılan şəxs öncə namazı qılmalıdır, yoxsa məscidi təmizləməlidir?

Cavab: Əgər namazın vaxtı çoxsa, əvvəlcə məscidi təmizləmək lazımdır.
Sual: Peyğəmbər (s) və mə`sum imamların hərəminin murdarlanmasının hökmü nədir?

Cavab: Bu iş haramdır. Çünki uyğun hərəmlərin murdarlanması onlara hörmətsizlik sayılır. Həmin murdarlığı təmizləmək vacibdir. Hətta oranın murdarlanması hörmətsizlik sayılmırsa, vacib ehtiyata əsasən, təmizləmək lazımdır.
Sual: Kafirlərin məscidə daxil olmasına icazə varmı?

Cavab: Kafirlərin hətta dini mə`lumatlar əldə etmək üçün məscidə daxil olmasının eybi var; bu məqsədlə məscidin kənarında yer hazırlanmalıdır.
Sual: Məsciddə müxtəlif mərasimlər keçirmək olarmı?

Cavab: Əgər bu mərasimlər insanın namaz və tərbiyəsinə mane olmazsa, fitnə-fəsad yaratmazsa, məscidi hörmətdən salmazsa, eybi yoxdur.
Sual: Məscidin divarına qaranquş şəkli və bu kimi başqa şəkillər vurmaq olarmı?

Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, onun rövnəqini pozmazsa, bu iş haram deyil. Hər halda, namaz zamanı orada təsvirin olması məkruhdur.

On altıncı fəsil

Qur`an əbədi mö`cüzədir


Qur`an Allah tərəfindən İslam peyğəmbərinin (s) qəlbinə nazil edilmiş səmavi kitabdır. O 23 il ərzində göndərilmişdir. Qur`an 114 surədən ibarətdir. Bu səmavi kitab insanları qəflət yuxusundan oyatmaq, onları ətraflarındakı təhlükələrdən xəbərdar etmək, yol verdikləri şirk və günahları onlara xatırlatmaq məqsədi izləyir. Bəli, Qur`an insanın agahlıq mənbəyi, qəlb və ruhun paklıq səbəbidir. Onda bəyan olunmuş maarif və inanclar, isbat yolları, ictimai qanunlar, insanın tərbiyəsi üçün nəzərdə tutulmuş proqramlar böyük bir həqiqətdən danışır. Qeyri-adi məzmunlu bu kitabın dərs oxumamış, yetərsiz bir mühitdə ərsəyə gəlmiş bir şəxs tərəfindən bəyan olunması əslində onun Allah tərəfindən göndərildiyini göstərir. Mühüm vəzifələrimizdən biri budur ki, doğru yol göstərən bu kitabdan lazımınca faydalanaq, onu taxçalardan, qəbristanlıqlardan, falçıların əlindən xilas edib, bəşəriyyətin xilası üçün istifadə edək.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin