Ustad Hüseyn Ənsariyan


İyirminci fəsil Cihad behişt qapılarındandır



Yüklə 1,03 Mb.
səhifə39/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

İyirminci fəsil

Cihad behişt qapılarındandır


Allah-taalanın vacib əmrlərindən biri də cihaddır. Cihad dedikdə Allah düşmənləri ilə mübarizə, savaş nəzərdə tutulur. Qur`ani-məcidin bir çox ayələrində cihad və mücahidlərin əzəməti haqqında danışılır. Allah-taala “Adiyat” surəsinin ilk ayələrində mücahidlərin atlarının nəfəsinə (tövşüməsinə), onların ayağından qalxan toza and içir. Öz haqları və namusu yolunda sitəmkarlar və təcavüzkarlar qarşısında dayanmış millətlər bu yolda əzizlərini qurban verərək istiqlaliyyətlərini qoruyur, gələcək nəsillər tərəfindən sevilirlər. Amma xoş güzaran, ötəri ləzzətlər səbəbindən cihaddan boyun qaçıranlar, zillət libası geyənlər tədrici ölümə düçar olur, gələcək nəsillər tərəfindən məzəmmət edilirlər.

Söhbətimizin davamında nəzərdən keçirəcəyimiz buyuruqlar Allah yolunda cihadın əhəmiyyətini, mücahidlərin əzəmətini bəyan edir:

1. Qur`ani-məcid: “Allah Onun yolunda polad sədd tək möhkəm dayanıb vuruşanları sevir.”1

2. Həzrət Peyğəmbər (s): “Cihad edin ki, övladlarınıza şərəf və əzəmət miras qoyasınız.”2 Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: “Allah cihadı tərk edən insana zillət libası geyindərər, ömrünə ehtiyac, dininə zülmət kölgəsi salar. Allah mənim ardıcıllarıma cihad meydanında yeriyən polad sütunlar və nizə ucları ilə izzət verər.3

3. Həzrət Əli (ə) buyurur: “Cihad behişt qapılarından bir qapıdır. Allah bu qapını öz xüsusi övliyalarının üzünə açmışdır. Cihad fəzilətli təqva libası, nüfuzedilməz ilahi zireh, möhkəm sipərdir. Allah cihadı tərk edən insana zillət və bəla libası geyindirər, onu insanların gözündə alçaldar.”1

Unutmamalıyıq ki, bu gün İslam düşmənləri ilə mübarizə təkcə hərb sahəsinə aid deyil. İslamı əzəmətləndirən istənilən bir iqtisadi, elmi, ideoloji, siyasi təlaş cihad sayılır. Ən önəmlisi İslamın müqəddəs ilahi məqsədlərini həyata keçirməkdir. Əl-ələ verərək biganələrin məkrli planlarını puça çıxarmaq hər bir müsəlmana vacibdir. Düşmənlərin İslam məmləkətlərinə uzanmış çirkin əlləri hər yolla kəsilməlidir.


Cihadın növləri


1. İbtidai cihad: ibtidai cihad dedikdə müsəlmanların imama qarşı silahlı qiyam qaldıranların, İslama və ədalətə də`vət məqsədi ilə kafirlərin və müşriklərin, müsəlmanlarla müqavilələrini pozanların üzərinə hərbi qüvvə göndərməsi nəzərdə tutulur.

Cihadın məqsədi fatehlik, məmləkətlərin istilası deyil. Müsəlmanlar millətlərin fitri haqlarını onlara qaytarmaq, insanları ilahi inanclarından məhrum edən kafirlər və zalımları yerində oturtmaq üçün cihada qalxırlar.

2. Müdafiə cihadı: müdafiə cihadı dedikdə müsəlman sərhədlərini pozmuş, hərbi müdaxiləyə cəhd göstərən, siyasi üstünlük əldə etməyə çalışan, mədəni və iqtisadi asılılıq vəziyyəti yaratmaq istəyən düşmənə qarşı silahlı müqavimət nəzərdə tutulur. Olsun ki, müsəlmanların ziddinə silahlı qiyam qaldıranlarla mübarizə də müdafiə cihadıdır.
Sual: Kimlərin cihadda iştirak etməsi vacibdir?

Cavab: Büluğ həddinə çatmış, ağıllı, sağlam kişilər cihadda iştirak etməlidir. Gözü görməyən, hərəkət edə bilməyən, vəzifəsini yerinə yetirməkdə aciz xəstə insanlara cihad vacib deyil. Əgər cihad üçün yetərincə qüvvə toplanarsa, bu vəzifə başqalarının ödəsindən götürülür. Əgər cihadın davamı üçün maddi dəstəyə ehtiyac olarsa, bütün varlıların öz imkanlarını işə salması vacibdir.
Sual: Əgər ata-ana övladının cihad və ya difayə (müdafiə cihadına) getməsinə razılıq verməzsə, bu vəzifə övladın üzərindən götürülərmi?

Cavab: Əgər övladın cəbhədə iştirakı vacib olarsa, yə`ni həmin dövrdə cəbhənin canlı qüvvəyə olan ehtiyacı yerində qalarsa, ata-ananın qadağası səmərəsizdir. Amma cəbhənin ehtiyacı ödənən vaxt övlad üçün cəbhədə iştirak etmək “kifayi vacib” olarsa, bu halda ata-ananın e`tirazına qarşı çıxmaq olmaz.
Sual: Əgər təcavüzkar bir şəxs insanı öldürmək, namusuna toxunmaq, əziyyət vermək üçün hücum çəkərsə vəzifə nədir?

Cavab: İstənilən bir yolla müdafiə olunmaq vacibdir. Hətta bu müdafiə hücum çəkən şəxsin ölümü ilə nəticələnərsə, müdafiə olunmaq vacibdir. Amma çalışmaq lazımdır ki, imkan həddində yüngül yollardan istifadə edilsin və sərtliyə yol verilməsin.
Sual: Əgər oğru insanın özünün və ya yaxınlarının malını oğurlamaq üçün hücum çəkərsə, insanın vəzifəsi nədir?

Cavab: İnsanın haqqı var ki, öz malını, canını, yaxınlarını müdafiə etsin. Amma bu işdə mərtəbələrə riayət etmək lazımdır. Əgər bu işdə yüngül müqavimətlə zərər aradan qalxarsa, sərt rəftar olunmamalıdır.
Sual: Əgər insan bir şəxsin onun canına və malına hücum məqsədində olduğunu düşünüb həmin şəxsə zərər yetirərsə və sonradan mə`lum olarsa ki, səhvə yol verib, onun vəzifəsi nədir?

Cavab: Vurulmuş zərər ödənməlidir. Amma insan günahkar sayılmır.
Sual: Başqa birinə məxsus yırtıcı heyvan insana hücum edərsə, müdafiə məqsədi ilə ona zərbə vurmaq olarmı?

Cavab: Əgər qorunmaq üçün başqa yol qalmazsa, həmin heyvanı vurmaq olar.

İyirmi birinci fəsil

Əmr be mə`ruf və nəhy əz munkər (yaxşılığa də`vət və pislikdən çəkindirmək) ictimai bir nəzarətdir


Lüğətdə “mə`ruf” sözü “tanınmış”, “munkər” sözü tanınmamış mə`nasını bildirir. Beləcə, ağılın hökmü ilə yaxşı sayılan və şəriətdə əmr olunan vacib və müstəhəb işlər “mə`ruf”, ağıl baxımından çirkin sayılan, şəriətin qadağan etdiyi haram və məkruh işlər “munkər” adlandırılmışdır.

Müsəlmanın mühüm vəzifələrindən biri başqalarını yaxşılığa təşviq etmək və pislikdən çəkindirməkdir. Bu baxımdan bütün insanlar öz əməlləri və başqalarının əməllərinə görə məs`uliyyət hiss etməlidirlər. Bu sayağı ictimai nəzarətlə insanlar yaxşılığa də`vət olunmalı, pis işlərdən çəkindirməlidir. İslam məntiqində fərdlərin cəmiyyətdə baş verən hadisələrə nəzarəti onların təbii haqqıdır. Çünki insanların taleyi bir-birindən asılıdır. Heç bir pis iş məhdud çevrədə qalmır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.

Həzrət Peyğəmbər (s) buyurur ki, günahkar insan cəmiyyət arasında gəmidə oturduğu yeri deşən kəs kimidir. Ona e`tiraz edildikdə deyir ki, mən öz oturduğum yeri deşirəm. Hansı ki, bu adamın qarşısı alınmasa bir müddət sonra gəmi suya qərq olasıdır.1

Qur`ani-kərimdə bu mövzu ilə bağlı buyurulur: “İmanlı kişilərin və qadınların bir-birləri üzərində vilayəti var, onlar bir-birlərinin yardımçısıdırlar, bir-birlərini yaxşılığa çağırır, pislikdən çəkindirirlər.”2

Qur`an baxımından imanlı insanlar bir-birləri qarşısında məs`uliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.

Allah-taala Qur`ani-kərimdə əmr be mə`ruf və nəhy əz munkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar: “Siz bəşəriyyətin xeyrinə varlıq mərhələsinə qədəm qoymuş ən üstün ümmətsiniz. Çünki yaxşılığa də`vət edir, pislikdən çəkindirirsiniz.”1

Bu vacib əmrin yerinə yetirilməsi Allaha iman, fərdi və ictimai qanunların icrası üçün zəmanətdir. Bu vəzifəyə münasibətdə səhlənkarlıq iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik ləyaqətli insanların əlindən çıxır, şər insanların əlinə düşür. Bəli, əmr be mə`ruf və nəhy əz munkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.

Bu ilahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.

1. Nə qədər ki, mənim ardıcıllarım əmr be mə`ruf və nəhy əz munkər edir, yaxşılıq və təqva üçün səfərbərdir, xeyir və səadətdədirlər. Elə ki bu işdən əl çəkdilər, xeyir və bərəkət aradan qalxar, bə`ziləri bə`zilərinə hakim olar, yerdə və göydə onlara yardımçı tapılmaz.”2

2. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən uca şəhidi sitəmkar hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cə`fər arasındadır.”3

3. Həzrət Əli (ə) buyurur: “Bütün yaxşı işlər, hətta Allah yolunda cihad əmr be mə`ruf və nəhy əz munkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.”1

4. İmam Baqir (ə) buyurur: “Əmr be mə`ruf və nəhy əz munkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları tə`min edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.”2

5. İmam Riza (ə) buyurur: “Əmr be mə`ruf edib pisliklərin qarşısını alın. Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qəbul olmaz.”3

Bir şübhəyə cavab: Bə`zən irad tuturlar ki, belə bir göstərişə əməl olunması şəxsi səliqəsi ilə hərəkət edənlər üçün özbaşınalıq yaradır, cəmiyyətdə asayiş pozulur. Cavab olaraq deməliyik ki, əmr be mə`ruf və nəhy əz munkərin dərəcələri var. Əgər əmr be mə`ruf və nəhy əz munkərə əməl edərkən bir şəxsi öldürmək, yaralamaq, vurmaq zəruri olarsa şər`i hakimdən icazə alınmalıdır. Demək, bu əmrə itaət nəinki hərc-mərclik yaratmır, hətta ölü və hərəkətsiz cəmiyyəti hərəkətə gətirir, fəallaşdırır. Belə bir cəmiyyətdə insanlar bir-birlərinin əməllərinə nəzarətçidirlər.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin