ŞƏFAƏTIN MƏFHUMU 1. Xristianlıqda şəfaət. Mövzumuz Allahla əlaqədir. Belə bir
əlaqə bəzi dinlərdə qəbul olunmuş inancdır. Amma bu əlaqənin
necəliyində də fikir ayrılığı var. Görəsən vasitə olmadan belə
bir əlaqə yaratmaq mümkündürmü? Bu əlaqə nə vaxt və hansı
formada yarana bilər? Uyğun əlaqədə vasitələrin rolu nədən
ibarətdir? Həzrətin (ə) buyuruğundan mə’lum olur ki, vasitəçi
(şəfaətçi) olmadan da Allahla əlaqə yaratmaq mümkündür.
Həzrət (ə) buyurur: “Səninlə özü arasında səni ondan ayıracaq
kəs qoymayıb. Səni məcbur etməmiş ki, onun yanına şəfaətçi,
vasitəçi aparasan.” Uyğun buyuruqlara görə, hər bir insan
Allahın dərgahına üz tutub, istəyini diləyə bilər. Amma bu
sözlərin şəfaət inancı ilə nə dərəcədə uyuşduğunu araşdırmaq
lazım gəlir. Bizim e’tiqadımıza əsasən, Allah-təala özü ilə
bəndələri arasında mə’sum şəxsləri şəfaətçi, vasitəçi qərar
vermişdir. Amma həzrət Əli (ə) Allahla əlaqənin şəfaətçisiz də
mümkün olduğunu bildirir. İmam Səccadın (ə) “Əbu-həmzə”
duasında da oxşar fikirlə rastlaşmaq olar. Duada deyilir: “Həmd
olsun o Allaha ki, nə vaxt istəsəm, ondan şəfaətçisiz olaraq
istəyimi diləyirəm. Nə vaxt istəsəm, vasitəçi olmadan öz sirrimi
ona xəlvəti deyirəm və o da istəyimi yerinə yetirir. Zahirən bu
sözlərlə ən’ənəvi inancımız arasında fərq görünür. Bu
tərəddüdlü məqamı aradan qaldırmaq üçün bildirməliyik ki,
bə’zən şəfaət dedikdə xristianlıqdakı şəfaət başa düşülür.
Həmin baxışa görə insan müstəqil şəkildə Allaha doğru bir
addım da ata bilməz. Guya uyğun əlaqə hökmən üçüncü bir
şəxsin vasitəçiliyi ilə yaranmalıdır. İslamda belə bir baxış
qətiyyətlə rədd edilir. Bu baxış müəyyən həddə xristianlığa
xasdır. Keşişlərin vəzifələrindən biri insanla Allah arasında
vasitəçi olmaq, və onların günahlarını bağışlatdırmaqdır. Yə’ni
xristianlıqda günahının bağışlanmasını istəyən şəxs hökmən
keşişin yanına getməlidir. Yalnız keşişin hüzurunda günahları
e’tiraf edib, tövbə qıldıqdan sonra bağışlanmaq mümkün
152
sayılır. Belə bir baxış müşriklər və bütpərəstlər arasında da
mövcuddur. Onların Allaha yaxınlaşmaq üçün bütlərə ibadət
etməkdən savay yolları yoxdur. Belə bir baxışda şirk qatqısı var
və islam bu baxışı rədd edir.