Ustad Misbah Y?zdi


İNSAN VÜCUDUNUN YÖNLƏRI VƏ MƏRTƏBƏLƏRI



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   156
Əbədi öyüd 2022

İNSAN VÜCUDUNUN YÖNLƏRI VƏ MƏRTƏBƏLƏRI
Əgər  “yön”  sözünü  düzgün  seçmiş  olsaq,  deyə  bilərik  ki,
insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən
ibarətdir.  Ruhun  da  özünəməxsus  keyfiyyətləri  və  mərtəbələri
vardır.  Bə’zi  mərtəbələr,  belə  demək  olarsa,  uzununa,  bə’zi
mərtəbələr  isə  eninədir.  İnsana  “dərk  etmək”,  “tanımaq”,
“sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir. 
İnsana aid edilənləri üç hissəyə bölmək olar:


27
a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi
ilə  icra  olan  hərəkətlər.  Bu  işlər  çox  vaxt  ona  görə  ruha  aid
edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da,
əməl bədəndə zahir olur. 
b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, “elm”
kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və
“hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik. 
v) Digər bir qrupu meyllər, sə’ylər təşkil edir. Psixologiyada
bu işlər meyllər, hisslər, tə’sirlər kimi qruplara ayrılır. Məsələn:
qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu
qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak
yolu  ilə  gerçəkləşir.  Məsələn,  qorxu  elm  deyil.  Amma  idrak
gücü  ilə  həyata  keçir.  Yə’ni  insan  qorxduğu  vaxt  bilir  ki,
qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın
da  mərtəbələri  var.  Amma  bütün  mərtəbələrdə  idrak  rol
oynayır. 
Beləcə,  deyə  bilərik  ki,  ruha  aid  olan  işlər  baxış  və
münasibətdən, meyllərdən və ruhun bədəndə hərəkətə gətirdiyi
rəftardan  ibarətdir.  Bu  rəftarların  qəlbə  aidiyyatı  yoxdur.
Qəlbin  bədəni  inkişaf  etdirməsi  barədə  nə  ayə,  nə  də  rəvayət
vardır.  Bədəndə  baş  verənlər  ruha  aid    edilir.  Amma
münasibətlər və meyllər qəlbə aiddir. Qur’ani-kərimdə “qəlb nə
gördüsə, doğru gördü”, buyurulur. Bu şühudi, hüzuri, batini bir
elmdir. Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) “qəlb Allahı
görür”, buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir. 
Amma meyllərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad
yoxdur.  Qur’ani-kərimdə  belə  işlərin  qəlbə  aid  edilməsi  ilə
tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim
şaddır”  kimi  sözlər  çox  işlənir.  Beləcə,  qəlb iki fərqli cəhətə, 
yönə malikdir: 
1. Elm və idrak yönü;
2. Meyl və istək yönü.  Bilik və tanıma kimi işlər qəlbə aid
edildiyi kimi,  məhəbbət və nifrət kimi meyllər də ona
ünvanlanır. 


28

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin