HƏQIQI ŞIƏ
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər
əhəmiyyətlidir ki, mə’sum imamlar (ə) bu xüsusiyyəti şiəlik
me’yarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn
Yəzid Cö’fiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq
istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb
“Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə,
sənin qəlbinə zərrəcə tə’sir edib, qorxutmasın. Hamı bir
ağızdan “Cabirə əhsən” deyərsə, şad olmamalısan...”. Sözsüz
ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin
məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti
onun qəddini sındırasıdır.
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar
öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını,
hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu isar (ehtiyacı
olan şeydən keçmək) ruhiyyəsini elm və mədəniyyət
mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini İslami
dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət
olunduqları vaxt süstləşmir, peşiman olmurlar. İlahi niyyətlə
dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz
işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox
olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən
süstləşmir. Bəli, Həzrətin (ə) buyurduğu kimi, Allah yolunda
ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər
salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən
keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir
tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların
məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi
şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir.
Rəvayətdə buyurulur: “Özünü Qur’anla qiymətləndir. Əgər
yolun Qur’an yolu, zöhdün Qur’anın istədiyidirsə, Qur’anın
65
də’vətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol.
Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən.
Əgər özünü Qur’anla qiymətləndirərkən Qur’ana zidd
olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?” Bəli,
Qur’anın
nəyi
yaxşı,
nəyi
pis
qiymətləndirdiyini
müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik.
İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının
məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin.
Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq
etmək olmaz. Həzrət Əli (ə) buyurur: “Dinini yaxşı öyrən”.
Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini
tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə
yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də
insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə
agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl
olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.
|