89
Nöqsanlı, puç fikirlərə məşğul olan qəlb nəzəri cəhətdən
inhirafa – çaşqınlığa düçar olmuşdur və getdikcə öz dözümünü
itirir. Belə qəlb hətta çox aydın məsələlərdə də şübhəyə düşür,
tərəddüd edir. Elm dolanbaclarında büdrəyən şəxs hər şeyə
şübhə ilə yanaşır. Dolaşıq məsələlərlə beyni yüklənmiş insan
həqiqəti çətinliklə qəbul edir, bə’zən isə həqiqəti qəbul
etməkdən imtina edir. Amma yüklənməmiş zehn istənilən bir
mə’lumatı asanlıqla qəbul edir. Əsas problemlərdən biri budur
ki,
yaşa
dolduqca
beyin
müxtəlif
informasiyalarla
yükləndiyindən onun qəbuletmə imkanı azalır.
Qəlb üçün əməli problem onun günah nəticəsində
daşlaşmasıdır. Daşlaşmış qəlbə moizə tə’sir etmir, onu tərbiyə
etmək çətinləşir. Bu məsələni bir misalla aydınlaşdırmağa
çalışaq: Yağa bulaşmış stəkanı təmizləmək üçün xeyli zəhmət
çəkmək lazım gəlir. Amma bulaşmamış, divarları şəffaf
stəkandan istifadə etmək çox asan olur. Qəlb də belədir. Əxlaqi
nöqsanlara bulaşmamış qəlb safdır və onu tərbiyələndirmək çox
asandır. Çirkin sifətlərin yol tapdığı qəlbi isə təmizləmək
problemə çevrilir. Bə’zən bu çirkinlik elə bir həddə çatır ki,
qəlbi təmizləmək mümkünsüz olur. Bu mühüm nöqtəni
nəzərdən qaçırmamalıyıq ki, yanlış düşüncələrin, nöqsanlı
əxlaqın, məzəmmət olunmuş əməllərin yol tapdığı qəlbi
əvvəlcə təmizləyib, paklaşdırmaq lazımdır. Qəlbin ilahi maarifi
qəbul edə bilməsi üçün onun çirkinliklərdən təmizlənməsi
zəruridir. Bulaşıq qab kimi çirklənmiş qəlb müsbət dəyərlərlə
yükləmək iste’dadına malik olmur.
Dostları ilə paylaş: