FÜRSƏTI QƏNIMƏT SAYMAQ Dəyərli vəsiyyətnamənin digər bir cəhəti həzrətin (ə) öz
mövqeyini bəyan etməsidir. O buyurur: “Dərk etdim ki, süstlük
və zəifliyim get-gedə artır, müəyyən məqsədlərlə sənə
vəsiyyətə başladım...”; “Məbada, qəlbimdə olanları deməmiş
əcəlim çata...” Bu sözlər olduqca böyük bir dərsdir. Həzrət (ə)
bizi öyrədir ki, xeyir bir işi görməyə şərait yarandıqda fürsəti
əldən
verməyək.
Belə
bir
fürsətin
növbəti
dəfə
yaranıb-yaranmayacağını kim bilir? Ona görə də münasib
şəraiti qənimət bilmək lazımdır. Bu günkü şərait sabah olmaya
bilər. Xəstəlik, zəiflik kimi minlərlə maneələr ortaya çıxa bilər.
Sabaha işarə ilə Həzrət (ə) buyurur: “(Sabah) düşüncəm də
bədənim kimi zəifliyə düçar ola (bilər)...”
Həzrətin (ə) düşüncə zəifliyinə işarə etməsi bir daha göstərir
ki, o, mə’sum imam yox, pir bir ata kimi danışır. Çünki belə bir
zəiflik mə’sum imamlardan uzaqdır. Həzrət (ə) bütün
müsəlmanlara anlatmaq istəyir ki, bu günkü sağlam bədən və
düşüncə sabah olmaya da bilər. Həzrət (ə) vəsiyyətin bu
hissəsində xeyir yolu kəsə biləcək bir sıra maneələri sadalayır:
1. Ömrün sona çatması, əcəlin yetişməsi;
2. Fiziki və düşüncə sağlamlığının əldən çıxması;
3. Münasib şəraitin əldən çıxması.
Bu maneələr ortaya çıxmamış tələsmək, xeyir işlər görmək
lazımdır. Həzrət (ə) öz buyuruqları ilə diqqəti bu nöqtəyə
yönəldir. Ona görə də buyurur: “Məbada, qəlbimdə olanları
deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifliyə, nəfs
meylləri məni qabaqlayıb sənə hakim ola!”