Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə97/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   156
Əbədi öyüd 2022

DÜZGÜN BAXIŞDAN SONRA
Müxtəlif  baxışları  nəzərdən  keçirdikdən  sonra  seçdiyimiz
yola  uyğun  hərəkət  etməliyik.  Əks-təqdirdə  hansı  yolun
seçilməsinin  heç  bir  əhəmiyyəti  yoxdur.  Axirət  həyatının


117
varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol
qaydalarına  əməl  edərək  yükünü  ağırlaşdırmamalıdır.  Yükü
ağır  olan  yolçu  tez  yorulur,  mənzil  başına  gec  çatır.  Dünya
ne’mətlərinin  bir  gün  əldən  çıxacağına  inanan  insan  bu
ne’mətlərə əsir olmur. Bu sayaq e’tiqad insanı əməl və rəftarına
tə’sir  göstərir.  Axirət  həyatına  inananlar  qarnını  doldurmaq
üçün  yalana,  hiyləyə,  cinayətə  əl  atmır,  haram  və  günaha  yol
vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca
tutur. 
İmanlı 
insan 
yoxsulluqdan 
şikayətlənmir.
Qur’ani-kərimdə  buyurulur:  “Belə  şəxslər  həyalı  olub
dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab
edirlər.” Mö’minin ləyaqəti ona icazə vermir ki, ehtiyacını dilə
gətirsin.  O,  yalnız  dünya  ne’mətləri  yox,  eləcə  də  mə’nəvi
kamillik  üçün  çalışır.  Mö’min  yalnız  vəzifəsi  olduğu  üçün
dünya  vasitələrinin  ardınca  gedir  və  kimsəyə  qul  olmaq
fikrində deyil. Həyata belə bir baxışla baxan insan üçün bütün
gördüyü  şeylər  ibadət  sayılır.  Amma  dünya  işləri  hədəf
seçildikdə insan üçün büdrəmə, azğınlıq labüd olur. Çünki belə
bir  məqsədin  kökündə  dünya  məhəbbəti,  dünyaya  əsirlik
dayanır.  Dünyaya  əsir  olan  insanı  dünya  ləzzətləri,  yemək,
geyim,  var-dövlətdən  başqa  heç  nə  düşündürmür.  Çünki,
dünyanı  son  hədəf  bilən  insandan  başqa  şey  gözləmək  olmaz.
Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey
puç  olur.  Amma  bu  dünyanı  yol  hesab  edən  insan  başqa  cür
rəftar  edir.  Onun  bütün  fəaliyyətləri  insani  vəzifələrin
icrasından  ibarətdir.  İmanlı  insanlar  üçün  dünya  həvəsləri,
var-dövlət,  məqam  əsas  deyil.  Onların  əsas  məqsədləri
məhbuba çatmaqdır. Aşiqlə mə’şuq arasında pərdə olan dünya
ne’mətləri  onlarda  nifrət  doğurur.  Həzrət  Əlinin  (ə)  dünyanı
təsvir  edən  misalı  necə  də  dəqiqdir.  Həzrət  buyurur:  “Dünya
həyatı  və  dünya  malı  cüzam  xəstəliyinə  yoluxmuş  xəstənin
əlindəki  çürümüş  donuz  sümüyü  kimidir.”  Diri  donuz  bir  bu
qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin
olduğunu  təsəvvür  etmək  çətin  deyil.  Daim  iyrənc  qidalarla


118
qidalanan  bu  çirkin  heyvanın  üfunətli  sümüyünü  pis  bir  şey
təsəvvür etmək isə mümkünsüzdür. İndi özünüz düşünün, belə
iyrənc  bir  şey  cüzam  xəstəliyinə  yoluxmuş  adamın  əlində
olduqda  hansı  səhnə  yaranır?!  Həmin  xəstənin  əlində  gül  də
olsaydı, kimsə həmin gülə baxmaq istəməzdi. Görün, insan nə
dərəcədə  qafildir  ki,  uyğun  səhnələrə  aludə  olur!  Dünyanın
tanıyanlar  isə  ona  eynən  Həzrətin  (ə)  gözü  ilə  baxırlar.  İndi
özünüz müəyyənləşdirin ki, hansı dəstədənsiniz.


119

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin