Ustad Misbah Y?zdi


DÜNYAYA DOĞRU DÜZGÜN BAXıŞ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə95/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   156
Əbədi öyüd 2022

DÜNYAYA DOĞRU DÜZGÜN BAXıŞ
Söhbətin  bu  hissəsinədək  dünyaya  üç  baxış  tərzi  haqqında
danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat
sürür.  Birinci  baxışı  əsas  götürənlər  heyvani  həyat  yaşayır,
ikinci  baxışı  əsas  götürənlər  dünyanı  ötəri  saydıqlarından,
ondan daha  çox  faydalanmaq  istəyir.  Üçüncü  baxışı  əsas
götürənlər  isə  dünyanı  əbədi  həyata,  ali  bir  məqsədə  keçid
mərhələsi  sayaraq,  uyğun  məqsədə  doğru  hərəkət  edirlər.  Bu
əqidələri  birbəbir  analiz  etmədən düzgün  qərar  çıxarmaq
mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək
lazım  gəlir.  Qalan  iki  yoldan  birini  seçmək  üçün  ya  dünyanın
sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış
həyatın  məqsədli  yaranışını,  insanın  vəzifəli  olduğunu,  onu
qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.
Sözsüz
ki,  son
iki
baxışın
malik
olduğu
dəlillər
araşdırılmalıdır.  İndi isə bu iki qrupun özünəməxsus
xüsusiyyətləri ilə tanış olaq:
Dünyanı
beşgünlük,  sonunu
yoxluq
bilənlər
həris,
ləzzətpərəst,  eqoist,  ətrafdakılara diqqətsiz olur,  ötəri hesab
etdikləri dünyada daha çox faydalanmağa çalışırlar.  Onlar
yalnız yemək-içmək haqqında düşünür,  kübar həyat sürməyə
can atırlar.
Amma, dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu
imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür,
bu vəzifələrə əməl etmək istəyirlər.  Onlar bir müddət sonra
dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm
qoyacaqlarına inanırlar. Qur’ani-kərimdə buyurulur: “Bu dünya
həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət
yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər.” Digər


114
bir ayədə oxuyuruq:  “Ey kaş,  həyatım üçün bir şey
fikirləşəydim.”  Ayələr açıq-aşkar bildirir ki,  həqiqi həyat bu
dünya həyatı yox, axirət həyatıdır.
Göründüyü kimi,  həyata hər növ baxış insanı müəyyən bir
rəftara sövq edir.  Kimi yalnız maddi ne’mətlər haqqında
düşünür, kimi isə mə’nəvi ne’mətlərə üstünlük verir. Həzrət Əli
(ə)  buyurur ki,  bir qrup insan dünyanı dəqiq tanımış,  onun
mahiyyətini dərk etmişlər.  Onlar quraqlıqdan yaşıllığa,
viranlıqdan abadlığa səfər edənlər kimidirlər.  Yə’ni dünya
həyatı quraqlıqdan gülüstana səfərdir.  Bu qrupdan olanların
məqsədi tələsik hazırlıq görüb,  məqsədə çatmaqdır.  Onlar bu
yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki
istənilən sür’ətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir.
Doğrudan da, ən ali məqsədə çatmaq üçün bütün olanlarından
keçməyə dəyər!  Amma dünyanı rahatlıq,  dünyadan sonranı
viranlıq bilən kəs yalnız dünya ləzzətlərindən daha çox
faydalanmağa çalışır.  Belələri axirət həyatına inanmadıqları,
həmin səfərə hazırlıq görmədikləri üçün dünya həyatını
qənimət hesab edirlər.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin