Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə103/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   156
Əbədi öyüd 2022

QÜRUR NƏ VAXT GÜCLƏNIR?
Qürurun səbəbləri haqqında ətraflı danışmaq üçün insanın
yaranışını nəzərdən keçirməliyik.  İnsan zəif məxluqdur.  Bu
zəifliyin göstəricilərindən biri onun tutumunun kiçikliyidir.
Məsələn, 
tibb
mütəxəssisləri
bütün
elmlərin
tibdə,
ədəbiyyatçılar ədəbiyyatda, filosoflar isə fəlsəfədə cəmləşdiyini
güman edirlər. Belə bir xüsusiyyət əksər insanlara xasdır. İnsan
öz biliyini mühüm sayır.  Onun bildikləri bilmədiklərinin
üzərinə kölgə saldığından nadanlığını hiss etmir.  Hətta
bilmədiyi şeylər haqqında  “mühüm olsaydı bilərdim”  deyir.
Qur’ani-kərimdə həmin cahil qövmün dilindən oxuyuruq:


125
“Əgər yaxşı bir şey olsaydı, mö’minlər bu işdə bizdən qabağa
düşə bilməzdilər.”  Hətta deyirlər ki,  bizdə bir şey yoxdursa,
demək həmin şey faydasızdır.  Onların fikrincə,  bir şeyi
bilmirlərsə, demək həmin şey gərəksizdir. Guya, camaat onların
bildiyini bilərsə,  kifayət edir.  Bütün bu keyfiyyətlər insanın
tutumsuzluğundan qaynaqlanır.
Əlbəttə ki, insanın öz bildiyini mühüm, bilmədiyini gərəksiz
sayması böyük bəladır.  Maraqlıdır ki,  insanın malik olduğu
əksər elmlər ehtimallar üzərində qurulmuşdur.  Əgər ən
tanınmış alimlərin də mə’lumatı xətasız deyilsə,  insan hansı
haqla qürrələnə bilər?! Əgər alimlər arasında mübahisə gedirsə,
demək, hələ ki onların əlində yetərli dəlil yoxdur. Bəs nə üçün
insan bir bunca qürrələnib,  özünü haqlı,  başqalarını haqsız
sayır?  Axı başqaları da düşünür,  zəhmət çəkir.  Əgər bir şəxs
başqasının nəticəsinə müxalif bir elmi nəticəyə gəlirsə,  onun
fikrini yanlış saymaq olmaz. Hansı əsasla öz ehtimalını həqiqət
hesab edə bilərsən?!
Bəli, beləcə qürur bəlası ortaya çıxır və insan yalnız öz rəyini
həqiqətə uyğun hesab edir.  Bir qədər araşdırma aparıb,
müəyyən
nəticəyə
gələn
kimi
başqalarının
nəticələri,
zəhmətləri,  elmi nailiyyətləri puç sayılır.  Bu gün  “mən
haqlıyam” deyib duran şəxs bir də görürsən ki, sabah başqa bir
fikir yürüdür və yenə də özünü haqlı sayır.  Demək,  yalnız bir
şəxsin düşüncəsi həqiqət sayılmalıymış!! Qürur!... Təkəbbür!...
Təəssüf ki,  öz fikrini,  rəyini təvazökarlıqla bildirənlər çox
azdır.  Əksəriyyət öz mövqeyini mütləq həqiqət kimi qəbul
etdirməyə çalışır və başqalarının nəzərini yanlış sayır.  Hətta
başqalarının uzun araşdırmalardan sonra gəldiyi nəticə
haqqında  “belə bir şey olsaydı böyüklər demiş olardı,  eşitmiş
olardıq”, deyirlər. Əmirəl-mö’mininin təbirincə, “tə’nə dili” ilə
danışırlar. Bütün bu hörmətsizliklərin kökündə eqoistlik durur.


126

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin