XOŞ RƏFTARıN, ÜNSIYYƏTIN ME’YARı Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) bəşəriyyətə
insanlar arasındakı münasibətlərə aid digər bir mühüm
məsələni bəyan edir. Bu məsələ haqqında vəsiyyətnamənin
başqa bir yerində də başqa bir ünvanla danışılacaqdır. Həzrət
(ə) buyurur: “Özünü özün və başqaları arasında ölçü say...”
İnsan başqaları ilə rəftarını dəyərləndirmək üçün me’yara
ehtiyaclıdır. Yaxşı rəftarı tanımaq üçün hökmən bir ölçü
lazımdır. Axı insan istər-istəməz başqaları ilə ünsiyyətdə olur.
Bəs ətrafdakıların hüququnu pozmamaq üçün necə rəftar
etməli, necə danışmalı?
Müqəddəs islam dinində rəftar və ünsiyyət qaydaları geniş və
dəqiq şəkildə öz əksini tapmışdır. Vacib və haram, müstəhəb və
məkruh (bəyənilmiş və pislənmiş) əməllər tam şəkildə
müəyyənləşdirilmişdir. Amma məsələ budur ki, istənilən bir
şəraitdə istifadə ediləsi ümumi bir me’yar var, yoxsa yox? Bu
suala Həzrət (ə) misilsiz bir hikmətlə cavab verərək “me’yar
özünsən” buyurur. Yə’ni elə rəftar etməlisən ki, özünə qarşı bu
rəftarı umursan. Özünün qarşısındakı adamın yerinə qoy və bil
ki, hansı rəftarla onu razı sala bilərsən. Belə bir ölçü vasitəsinə
malik olan insanın başqaları ilə ünsiyyətdə heç bir problemi
olmur. İlk əvvəl bir qədər çətin əldə olunan bu üsul bir müddət
sonra xasiyyət şəklinə düşür və asanlaşır.