132
qıymadığını
başqasına
qıyma)
hərəkət
etməli,
öz
münasibətlərini tənzimləməlidirlər. Uşaqlıq dövrünü xatırlayaq.
Bə’zən hansısa rəftarına görə ata-anamızdan narazı qalardıq.
İndi ki özümüz valideynik, gərək övladlarımızla həmin cür
rəftar etməyək. Valideynimizdən görmək istədiyimiz rəftarla öz
övladımıza yanaşmalıyıq. Axı uşaqlıq dövründə səhvə yol
verərkən atamızın bizi sərt yox, yumşaq tərzdə başa salmasını
istəyirik. Necə ola bilər ki, övladımız səhvə yol verdikdə
onunla diktator kimi davranaq?! Təsəvvür edin ki, övladınız siz
özünüzsünüz. Özünüzlə necə rəftar olunmasını istəyərdiniz?
Bəli, uyğun metod bütün sferaları əhatə edir və əksər ictimai
problemlər bu yolla həllini tapır.
Dostları ilə paylaş: