Ustad Misbah Y?zdi


DAVRANıŞ ME’YARıNA UYĞUN ƏMƏL ÜSULU



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə108/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   156
Əbədi öyüd 2022

DAVRANıŞ ME’YARıNA UYĞUN ƏMƏL ÜSULU
Vəsiyyətin bu sətirləri xüsusi əhəmiyyətə malik olduğundan,
yeni bir məsələ açıqlandığından Həzrət  (ə)  “Ey oğlum”  deyə
müraciət etməklə qarşı tərəfin diqqətini cəlb edir,  öz sözlərini
onun qəlbinə hopdurur.
Tapşırılır ki, başqaları ilə münasibətdə problem yaranmaması
üçün özünüzü ölçü seçin.  Bəs necə?  Belə ki,  “özün üçün
istədiyini başqası üçün də istə.” Başqalarından hansı münasibəti
gözləyirsənsə,  özün də onlara qarşı eyni münasibəti göstər.
Çünki onlar da sənin kimi insandır.  “Özünə qıymadığını
başqalarına da qıyma.”  Axı sənə pis gələn münasibət
başqalarına da pis gəlir.  Əlbəttə,  kimsə özünə qarşı zülm
edilməsini istəmir.  Bəs nə üçün başqalarına zülm edilsin?!
Hamı insandır və eyni münasibət istəyindədir. Etdiyi əməllərdə
özünü ölçü götürən insan heç vaxt başqalarına zülm etməz.
Belə bir düşüncə tərzi cəmiyyətdə hakim olduqda həmin
cəmiyyətdə zülmə yer qalmır,  bir çox problemlər öz həllini
tapır.  Əgər yaxşılıq istəyiriksə,  biz də başqalarına yaxşılıq
etməliyik.  Əgər özümüzə qarşı ədəbsizlik,  məsxərə,  pis
danışıqdan narahat oluruqsa,  başqalarına qarşı da belə işləri
rəva bilməməliyik.  Necə ola bilər ki,  başqalarının bizə qarşı


133
hörmətsizliyi
pis

olsun,  bizim
başqalarına
qarşı
hörmətsizliyimiz isə yaxşı iş?!  Həzrət  (ə)  buyurur:  “Başqaları
üçün pis saydığını özün üçün də pis say.”  Başqalarının yaxşı
rəftarı bizə xoş gəlirsə, bizim də xoş rəftarımız başqalarına xoş
gəlir.
Bütün bu deyilənlərdən sonra Həzrət (ə) alim və tələbə rəftarı
mövzusunda söhbət açır.  İnsan başqaları tərəfindən əziyyətə
salınmaq istəmədiyi kimi,  başqalarının da əziyyətə düşməsinə
səbəbkar olmamalıdır.  Məsələn,  başqaları ona sualla müraciət
etdiyi vaxt bilmədiyi məsələlərdə susmalı  “bilmirəm”
deməlidir.  Əgər biri öz uydurma cavabları ilə sizi aldadarsa,
xoşunuz gələrmi?  Siz də başqalarını çaşdırmamaq üçün
“bilmirəm”  deməyi bacarmalısınız.  Beləcə,  başqalarının
suallarına cavab verərkən,  özünüz üçün arzuladığınız şəkildə
rəftar edin. Bilirsinizsə cavab verin, şübhəniz varsa, “bilmirəm”
deyin.  Bilmədiyi halda  “bilmirəm”  deməyənlər olduqca yanlış
hərəkət edirlər.  Əlbəttə ki,  kimsədən bizi əziyyətə salacaq
cavablar eşitmək istəmirik.  Demək,  birinci mərhələdə qayda
budur ki,  insan bilmədiyi suala cavab verməsin.  Həzrət  (ə)
əlavə edir: “Hətta hər bildiyini də danışma.” Araşdırmalıyıq ki,
deyilən sözlər məsləhətlidir,  yoxsa yox?  Əgər deyəcəyimiz
sözlər fəsad yaradacaqsa,  ictimai əlaqələrə zərbə dəyəcəksə,
əlbəttə ki, susmaq yaxşıdır. Məsələn, bir dost o biri dosta qarşı
səhvə yol vermişsə,  onu bu barədə xəbərdar etmək olmaz.
Çünki nəticədə bu iki şəxsin dostluğu zərbə altında qala bilər.
Bəli, insan bildiyi hər məsələni açıqlamamalıdır. Düşünməlidir
ki,  deyiləcək söz faydalı olacaq,  yoxsa zərərli?  Əgər
tərəddüddəyiksə özümüzü dinləyicinin,  qarşı tərəfin yerinə
qoyub, mənfi və müsbət cəhətləri müəyyənləşdirməliyik.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin