124
sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki, hələ bir
çox şeylərdən məhrumdur.
Amma uyğun qəflət mə’nəviyyat sahəsində özünü daha
qabarıq göstərir. Kiçik bir məsələdən xəbər tutan insan özünü
elm dəryası hesab edir. Ona elə gəlir ki, bilmədiyi məsələ
qalmayıb.
Yə’qin ki, nəhv (qrammatika-sintaksis) aliminin hekayətini
eşitmisiniz. Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay
həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək
üçün soruşur:
Siz nəhv elmindən nə qədər bilirsiniz?
Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.
Alim deyir:
Heyf! Ömrünün yarısını bada vermisən!
Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan
qopur. Tufan şiddətlənir. Gəmi batmağa başlayır. Gəminin
kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur. Alim
bildirir ki, o üzə bilmir. Tacir alimə müraciətlə:
Heyf! Bütün ömrünü bada verdin – deyir...
Bəli, bə’zən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı
bilmək bütün elmlərdən xəbərdar olmaqdır. Hansı ki, sadəcə
üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.
Dostları ilə paylaş: