53
insanın bir işə vəzifəli olub-olmamasında coğrafi məsafənin
heç bir rolu yoxdur. İnsan öz evinin içində hər hansı bir işə
vəzifəli olmaya da bilər. Amma dünyanın o biri başındakı bir
problemin həlli onun intizarında olar. Yox əgər hər hansı bir iş
vəzifəmiz deyilsə, o barədə düşünməyə dəyməz. Misal çəkək.
Məsələn, ər otaqdakı pərdələrin, xalıların, mebelin seçiminə və
düzülüşünə e’tiraz etməməlidir. Bütün bu işlər evin xanımının
ixtiyarındadır və ər həmin işlərə müdaxilə etməməlidir. Çox
yaxşı olar ki, evin səliqəsi xanımın ixtiyarına verilsin. Bir
sözlə, insan öz vəzifəsi haqqında düşünməli, ağılını boş yerə
sərf etməməlidir. Yersiz müdaxilələr enerji və vaxt israfından
əlavə ixtilaflara da səbəb olur.
Çox təəccüblüdür ki, saatlarla vaxtını boş düşüncələrə sərf
edən insan vaxt darlığından şikayətlənir. Bəli, əsil vəzifəsinin
icrası üçün insana 24 saat azlıq edir. Bununla belə, o, boş işlərə
xeyli vaxt sərf edir, vəzifəsi olmayan işlərlə məşğul olur. Ona
görə də Həzrət (ə) buyurur: “Azmaq qorxusu olan yoldan
imtina et.”
İnsan bə’zən haraya gedəcəyini müəyyənləşdirdikdən sonra
qarşısında iki yol görür: yollardan biri məqsədə doğru aparır,
digəri isə şübhəlidir. İkinci yolun insanı azdıracağı qorxusu var.
Bu vaxt e’tibarlı yolu seçmək lazımdır. Şübhəli yola üz tutmaq
ağılsızlıqdır. Şübhəli yolla getməkdənsə, dayanmaq daha
yaxşıdır. Həzrət Əli (ə) buyurur: “Həqiqətən, azmaq qorxusu
ilə bir işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür”.
Əyri yolla gedən şəxs ən yaxşı halda durduğu yerə çatacaq və
yenidən hərəkətə başlamalı olacaq. Amma əyri yolda elə
uçurumlar ola bilər ki, insan həlak olar və kimsəni məzəmmət
edə bilməz.
Dostları ilə paylaş: