2. ƏMƏL XƏTALARı İnsanın seçiminə ictimai rə’y böyük tə’sir göstərir. Onun
qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn,
bə’zən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən”
qazanmaq üçün meydana atılır. Afərinlər onun gördüyü işə
daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün
müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı
yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi
yerinə yetirməlidir? Bə’zən insan agah şəkildə hər hansı bir işi
özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir,
müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı
həddə müqavimət göstərməlidir? Qur’ani-kərimdə bu məsələ
ilə bağlı buyurulur: “Ey iman gətirənlər, hər kəs dinindən
dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da
Allahı sevərlər. Onlar mö’minlərlə mülayim, kafirlərlə sərt
olarlar. Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən
qorxmazlar...” Uyğun tə’birlə həzrət Əmirəl-mö’mininin (ə)
vəsiyyətnaməsində də rastlaşırıq: “Allah yolunda lazımınca
cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...”
Allah yolunda cihad vəzifəsini kamil şəkildə yerinə yetirin.
Vəzifənizin icrası yolunda malınızı, canınızı, hörmətinizi
əsirgəməyin. İnsan o vaxt vəzifəsinin ardınca gedir ki, yersiz
məzəmmətləri qulaqardına vursun.
Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi tə’sirini
göstərir. Bə’zən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara
gəlmiş insan ətrafdakıların mənfi münasibəti səbəbindən
süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də
64
Əmirəl-mö’minin (ə) oğlu Həsəni (ə) həmin təhlükədən
xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.