VƏZIFƏNIN ICRA ŞƏRTLƏRI
1. ELMI ŞƏRT
Vəzifəsini yerinə yetirmək, öz nəfsi ilə cihad etmək, yersiz
qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir:
Əvvəla, insan həqiqəti olduğu kimi tanımalı və vəzifəsini
müəyyənləşdirməkdə səhvə yol verməməlidir. Çünki vəzifəni
tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin
üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq,
vəzifəsini tanıya bilər. Bə’zən bu iş olduqca çətin olur.
Müəyyən məqamlarda mühüm vəzifəni əhəmiyyətli vəzifədən
fərqləndirmək müşkülə çevrilir. Məsələn, dinin zəruri
göstərişlərindən biri əmr be mə’ruf və nəhy əz münkərdir.
Bə’zilərinin fikrincə, insanı çirkin işdən çəkindirmək üçün
onunla sərt, danlaq dilində danışmaq lazımdır. Hansı ki, bu
vəzifəni müxtəlif yollarla həyata keçirmək olar. Əmr be
mə’rufun icrasında minlərlə tükdən zərif nöqtələr vardır.
68
Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki,
həmin şəxs sizin xeyirxahlığınızı hiss edib, öz pis əməllərinə
görə peşman olsun. Təəssüf ki, bə’zən niyyətimiz ilahi
olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bə’zən
əmr be mə’ruf və nəhy əz münkər adı altında qarşı tərəfin
şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın
hayıfını çıxırıq. Hansı ki, mö’mini hörmətdən salmaq böyük
günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti
günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir
neçə böyük günaha yol veririk. Bizim yanlış münasibətimiz
nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını
davam etdirir. Yə’ni yanlış formalı əmr be mə’ruf və nəhy əz
münkər əks nəticələrə gətirir.
Buna görə də dinin zəruri hökmlərindən olan əmr be mə’ruf
və nəhy əz münkərin icrasında şərait nəzərə alınmalı, iş Allah
istəyincə yerinə yetirilməlidir. Hər insanla özünə məxsus
şəkildə davranmağı öyrənməliyik. Zaman və məkanı nəzərə
almaq zəruridir. Tövsiyyə edən şəxs təkəbbür və qürurdan
çəkinməlidir ki, lazım olan nəticəni əldə edə bilsin. Əgər dini
vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti
yaddan çıxarılmasa, heç vaxt müvəffəqiyyətsizliyə düçar
olmarıq.
Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası
üçün kifayət etmir. Vəzifəni düzgün yerinə yetirmək üçün
şərait, zaman və məkan nəzərə alınmalıdır. Deyilənləri nəzərə
almayan şəxs iş əsnasında böyük günahlara yol verə bilər.
Məsələn, gizlində kiçik günaha yol vermiş şəxsi cəmiyyət
içində məzəmmət etmək onun şəxsiyyətini alçaldır. Mö’minin
şəxsiyyətini alçaltmaq isə böyük günahlar sırasındadır. Bu
adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır.
Bəli, vəzifəsini icra etmək istəyən şəxs bir neçə mühüm
məsələni nəzərdən qaçırmamalıdır. Əvvəla, vəzifəni və onun
üçün münasib şəraiti tanımaq lazımdır. Əlbəttə, bu, mə’rifət
məqamına aid məsələdir. Öncə həqiqəti olduğu kimi tanımaq
69
lazımdır. Vəzifənin düzgün icra yolunu öyrəndikdən sonra
meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə “dini yaxşı
tanımaq, öyrənmək” deyilir. İnsan öz dinini dərindən,
nöqtə-nöqtə öyrənməlidir. Bu dərin anlayışa “dində fəqihlik”
deyilir. Adətən, “fiqh” adlandırdığımız bu məfhum təsəvvür
etdiyimizdən daha da dərindir.
Dostları ilə paylaş: |