DINI TƏHSILDƏ DÖZÜM İnsan süstlüklə mübarizə aparmalıdır. Çünki bu ruhiyyə
insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini
təhsilin çətinliklərinə dözməyən insan “təhlükə var”,
“xəstəyəm” kimi bəhanələr gətirir. Ona elə gəlir ki, dini
təhsildən kənarlaşmaq şər’ən vacib olmuşdur. Belə
vəsvəsələrdən qorunmaq istəyən şəxs çətinliklər qarşısında
müqavimət göstərməyi öyrənməlidir. Səbirli insanlar “səbur”
və ya “səbbar” adlandırılır. Amma “təsəbbür” dedikdə səbirli
olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür” çətinliklə ilk
dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir.
Səbirin
öyrənilməsi
mərhələsi
“təsəbbür”dür.
“Təkəlləfəs-səbrə” dedikdə insanın özünü səbirə vadar etməsi
nəzərdə tutulur.
Demək, “dində fəqihlik” çoxlarının güman etdiyi kimi dinin
çörəyini yemək deyil. Fəqihlik din ağacına xidmət, onu sirab
etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm
tələb edir. Həzrət (ə) dində fəqihliyi tövsiyyə etdikdən sonra
buyurur: “Özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı
vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.”
Bəli, müvəffəqiyyət qazanmaq istəyirsinizsə, səbirli olmağı
öyrənməlisiniz. Bu iş uzun müddət davam etdirilməlidir ki,
səbir xasiyyətə çevrilsin. Uyğun təlqinə fasilə verilməzsə,
çətinliklərə dözmək də asanlaşar. Çətinliklərlə mübarizədən
sonra rahatlığa çıxmaq ilahi bir qaydadır. Qur’ani-kərimdə
buyurulur: “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük
gəlir”; “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”