İnformasiya mübadiləsi.
Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri məlumatların, yeni informasiyanın mübadiləsini aparırlar.Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını dinləməyə sövq edir.Bu mərhələdə yeni bir tələbat əldə edilmiş bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
İnformasiyanın müzakirəsi və təşkili
Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.Müəllim failasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir.İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin müəyyən edilməsinə, onların sistemləşdirilməsinə yönəldilir.Nəticədə mövcud tədqiqat sualına cavabın elementləri seçilməyə başlayır.Əldə edilmiş məlumatlar cədvəl, sxem ,qrafik şəkilində təşkil oluna bilər.
Dostları ilə paylaş: |