Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə5/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

Şəxsin informasiya təhlükəsizliyi - insanı əhatə edən informasiya fəzasına təsir etmək yolu ilə onun şəxsiyyətinə əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir.

Cəmiyyətin informasiya təhlükəsizliyi - cəmiyyətin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir.

Dövlətin informasiya təhlükəsizliyi - dövlətin informa­siya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir.

Sonda qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin təmin edilməsi üçün onun bütün istiqamətləri (iqtisadi, siyasi, sosial, hərbi, ekoloji, informasiya, elm, mədəniyyət və s.) üzrə təhlükəsizlik təmin edilməlidir. Aydındır ki, təhlükəsizlik bu istiqamətlər üzrə bir-birindən təcrid olunmuş şəkildə təmin edilə bilməz.

Bu baxımdan informasiya təhlükəsizliyi istiqaməti milli təhlükəsizliyin digər istiqamətləri ilə sıx bağlıdır və onla­rın təmin edilməsinə bilavasitə təsir edir. Belə ki, qeyd olunduğu kimi, bütün fəaliyyət sahələrində idarəetmənin və qərar qəbuletmənin əsasmı informasiya təşkil edir. Ona görə də informasiyanın saxlanılması, emalı, ötürülməsi və istifadəsi zamanı onun təhlükəsizliyini təmin etmədən digər istiqamətlərdə milli təhlükəsizliyi təmin etmək mümkün deyil.

  1. İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar

İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şər­hinə keçməzdən əvvəl, informasiya cəmiyyətinin əsasmı təşkil edən informasiya anlayışı haqqmda məlumatın verilməsi zəruridir. Belə ki, informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə olunmasın. Burada informasiya anlayışı aşağıdakı kimi başa düşülür.

İnformasiya - təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr, təzahürlər, proseslər və anlayışlar haqqmda məlumatlar və biliklərdir.

İnformasiya kompyuterə daxil edilmiş verilənlər, proqram kodları, məktub, yaddaş qeydləri, işlər, düsturlar, sxemlər, çertyojlar, diaqramlar, məhsulun modelləri, prototiplər, dis­sertasiyalar, məhkəmə sənədləri və s. formalarda ola bilər.

Öz şəxsi maraqlarım, o cümlədən iqtisadi, kommersiya və s. məqsədlərini reallaşdırmaq üçün insanlarda informa­siyaya tələbat (ehtiyac) yaranır, həmin insanları informa­siyanın istehlakçısı adlandırırlar.

İnformasiya tələbatı - qeyri-maddi tələbatların bir növü olub özündə konkret məsələnin həlli və ya hər hansı məqsədin əldə olunması üçün zəruri olan informasiyaya tələbatı ehtiva edir.

İnformasiya təhlükəsizliyi sahəsində anlayışlara mövzu sahəsindən asılı olaraq bir neçə aspektdən yanaşılır və müxtəlif ədəbiyyatlarda informasiya təhlükəsizliyi sahə­sində mövcud anlayışlara müxtəlif təriflər verilir. Ona görə də burada bəzi anlayışların bir neçə tərifi verilmişdir. Konteksdən asılı olaraq bu təriflərdən biri istifadə olunur.

İnformasiya təhlükəsizliyi dedikdə, şəxslərin, təşkilatla­rın və cəmiyyətin maraqlarına uyğun olaraq, informasiya mühitinin qorunmasının vəziyyəti, həmçinin informasiya təhlükəsizliyinin pozulması təhdidlərinin, bu təhdidlərin mənbələrinin, reallaşdırılması üsullarının və məqsədləri­nin, təhlükəsizliyin pozulmasma gətirib çıxaran digər şərait və hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınması vəziyyəti başa düşülür. Ədəbiyyatlarda informa­siya təhlükəsizliyi anlayışının aşağıdakı təriflərinə də rast gəlinir.

İnformasiya təhlükəsizliyi - informasiyanın emalı, sax­lanılması və ötürülməsi zamanı məxfilik, tamlıq və əlye- tərlilik kimi xassələrə qoyulan tələblərin təmin edilməsi qabiliyyəti ilə xarakterizə olunan vəziyyətdir.

İnformasiya təhlükəsizliyi informasiyanın və ya infor­masiyanı saxlayan infrastrukturun onun sahiblərinə və istifadəçilərinə ziyan vura biləcək süni və təbii xarakterli, təsadüfi və ya qəsdən törədilən təsirlərdən qorunması vəziyyətini özündə ehtiva edir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin