İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar
İnformasiya təhlükəsizliyinin konseptual modeli
İnformasiya təhlükəsizliyinin əsas istiqamətləri və
baza prinsipləri Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri
Bu gün təhlükəsizliyin təmin edilməsi bütövlükdə bəşəriyyətin ən əsas və qlobal problemlərindən biridir. Adi həyatda təhlükəsizlik anlayışı özündə normal (təhlükəsiz) yaşayış, iş, məişət, istirahət şəraitinin təmin olunmasım ehtiva edir. Bütövlükdə isə təhlükəsizlik - havanın təmizliyi, ərzağın və suyun keyfiyyəti, mənzil şəraiti, kriminala və terrorçuluğa qarşı effektiv mübarizə, nəqliyyatda, küçədə və ictimai yerlərdə təhlükəsizlik, tibbi təminatın və sosial müdafiənin səviyyəsi, xidmət sahələrində mənəvi-etik mühitin yaradılması, əməkhaqqının sərf edilən əməyə uyğunluğu və s. ilə xarakterizə olunur.
Milli təhlükəsizlik termini rəsmi olaraq ilk dəfə 1947-ci ildə ABŞ-da meydana gəlmişdir. Həmin dövrdə ABŞ-da prezidentin milli məsələlər üzrə xüsusi köməkçisi dövlət vəzifəsi təsis edilmiş və Milli Təhlükəsizlik Şurası yaradılmışdır.
Milli təhlükəsizlik - milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasının təmin edilməsidir.
Özündə şəxsin, təşkilatın, cəmiyyətin və dövlətin mühüm (həyat əhəmiyyətli) maraqlarının daxili və xarici təhdidlərdən qorunması vəziyyətini ehtiva edən təhlükəsizlik aşağıdakı komponentlərlə xarakterizə olunur (şək.1.1):
Yaranmış təhdidlər bu komponentlərdən birinə təsir etməklə digər komponentlər və bütövlükdə obyekt üçün təhlükə yaradır. İnformasiya təhdidləri isə obyektə və onun təhlükəsizliyinin digər komponentlərinə təsiri, bir qayda olaraq, onun informasiya mühitinə, o cümlədən informasiyasına və informasiya ehtiyatlarına təsir vasitəsilə həyata keçirir.
Sovet İttifaqı dağıldıqdan soma müstəqillik qazanmış Azərbaycan Respublikası sosializmdən yeni münasibət formasma keçid dövründə iqtisadi, siyasi-sosial və hərbi böhranlarla müşayiət olunan bir sıra problemlərlə üzləşdi. Bu problemlər respublikanın iqtisadiyyatının səviyyəsinin aşağı düşməsinə, əhalinin həyat səviyyəsinin pisləşməsinə, elm, təhsil və tibb sahəsində böhranlı vəziyyətin yaranmasına, Azərbaycanın sərhədlərinin pozulmasma və müharibənin baş verməsinə gətirib çıxardı.
Respublikam belə böhranlı vəziyyətdən çıxarmaq məqsədilə ölkə rəhbərliyi tərəfindən daxili və xarici təhlükəsizliyin təmin olunması, regional və beynəlxalq təhlükəsizlik üzrə tədbirlərdə iştirak edilməsi, iqtisadiyyatın, sosial vəziyyətin, elmin, təhsilin, mədəniyyətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının milli təhlükəsizliyi məsələləri və milli maraqlan Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.
3 avqust 2004-cü ildə qəbul edilmiş “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir.