Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə7/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

İnformasiya mühiti - müəyyən şəkildə strukturlaşdınl- mış informasiya ehtiyatlan toplusudur. İnformasiya mühiti dedikdə, həmçinin obyekt və ya subyektlərin informasi­yanın yaradılması, əldə olunması, emalı, ötürülməsi və işlədilməsi ilə bağlı olan fəaliyyətlərin həyata keçirildiyi mühit başa düşülür. İnformasiya mühitinin təhlükə və ya təhdidlərə məruz qala biləcək əsas obyektləri - informa­siya infrastrukturu, informasiya resursu, informasiya siste­mi və digər sistemlərdir. İnformasiya mühitində qarşıdur­manın özəyini kompyuter sistemləri və şəbəkələri təşkil edir.

İnformasiya müharibəsi - maddi, hərbi, siyasi və ya ideoloji sahələrdə müəyyən üstünlük əldə etmək məqsədilə sistemlərin bir-birinə açıq və gizli məqsədyönlü informa­siya təsirləridir.

Başqa sözlə, informasiya müharibəsi - informasiya üstünlüyü əldə etmək məqsədilə özünəməxsus olan infor­masiya resurslarım, informasiyaya əsaslanmış prosesləri və informasiya sistemlərini qorumaq, eləcə də rəqibin infor­masiya resurslarına, informasiyaya əsaslanmış proseslərinə və informasiya sistemlərinə ziyan vurmaq yolu ilə həyata keçirilən əməliyyatlardır.

İnformasiya silahı - bütövlükdə informasiya infrastruk­turunun və onun ayrı-ayn elementlərinin funksiyalarının və ya xidmətlərinin müvəqqəti və ya tamamilə sıradan çıxarılması üçün tətbiq olunan xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) üsul və vasitələr toplusudur.

İnformasiya silahı, həmçinin informasiya müharibəsi zamanı düşmənə informasiya təsiri göstərməyə imkan verən üsul və vasitələr toplusu kimi başa düşülür, dövlətin və ya onun silahlı qüvvələrinin informasiya obyektlərini, eləcə də onların qorunması sistemlərini sarsıdan, dağıdan, məhv edən vasitə, qurğu və texnologiyaların tətbiqinə əsaslanan dağıdıcı təsirlərə malik xüsusi silahdır.

İnformasiya kriminalı - ayn-ayn şəxslərin və ya qrup­ların tamahkarlıq və ya xuliqanlıq məqsədilə informasiya mühitinə və ya onun istifadəsinə ziyan vurulmasına, o cümlədən kompyuter şəbəkələrində və informasiya sistem­lərində informasiyanın oğurlanmasına və ya məhv edil­məsinə yönəlmiş düşünülmüş cinayətkar əməllərdir.

İnformasiya terrorçuluğu - terrorçu təşkilat və ya ayn- ayn terrorçular tərəfindən siyasi, iqtisadi, dini və başqa maraqlarının reallaşdınlması məqsədilə dövlətin və ya beynəlxalq təşkilatın məcbur edilməsi üçün şüurlu və məqsədyönlü şəkildə informasiya təsirini və ya belə təsirin göstərilməsi təhdidini özündə ehtiva edən, qorxu, vahimə əhval-ruhiyyəsi, hakimiyyətə etibann itirilməsi və siyasi qeyri-stabilliyin yaradılması üçün cəmiyyətə emosional təsirlə müşayiət olunan tenorçuluğun və zorakılığın xüsusi formasıdır.

  1. İnformasiya təhlükəsizliyinin konseptual modeli

İnformasiya təhlükəsizliyi sahəsində vəziyyətin təhlili göstərir ki, informasiyanın qorunması üzrə artıq formalaş­mış konsepsiya və yanaşma mövcuddur. Onun əsasını aşağıdakılar təşkil edir:

  • sənaye yolu ilə istehsal olunan informasiyanın qorun­ması vasitələrinin inkişaf etmiş arsenalının olması;

  • informasiyanın qorunması məsələlərinin həlli ilə məş­ğul olan çoxlu sayda ixtisaslaşmış mütəxəssislərin və təşkilatların mövcudluğu;

  • bu problemə kifayət qədər dəqiq müəyyənləşmiş baxışlar sisteminin formalaşması;

  • əhəmiyyətli dərəcədə praktiki təcrübənin olması və s.

Amma buna baxmayaraq, informasiyaya, informasiya ehtiyatlarına və sistemlərinə qarşı bədniyyətli hərəkətlər azalmır, əksinə, bu sahədə kifayət qədər artım tendensiyası müşahidə olunur. İnformasiya təhlükəsizliyinin təmin edilməsində peşəkar mütəxəssislər, rəhbərlik, inzibatçılar, əməkdaşlar və istifadəçilər fəal surətdə birgə iştirak etməlidirlər.

İnformasiyanın qorunması prosesi kəsilməz, planlı, məqsədyönlü, konkret, fəal, etibarlı, universal, kompleks şəkildə həyata keçirilməlidir.

Qeyd olunanlar nəzərə alınmaqla informasiyanın qorun­ması xüsusi şəkildə təşkil olunmuş, özündə bütün zəruri üsullar, vasitələr və tədbirlər toplusunu birləşdirən infor­masiya təhlükəsizliyi (informasiyanın qorunması) sistemi (İTS) vasitəsilə həyata keçirilir.

İnformasiya təhlükəsizliyinin effektiv təmin edilməsi üçün qorunması tələb olunan informasiya resurslarının, onların qiymətlilik dərəcələrinin, eləcə də onlara qarşı yarana biləcək təhlükələrin, bu təhlükələrin mənbələrinin, məqsədlərinin, həyata keçirilməsi mexanizmlərinin müxtə­lifliyini nəzərə alaraq, informasiya təhlükəsizliyinin real vəziyyətini, mühiti və mümkün hərəkətləri özündə ehtiva edən konseptual modeli qurmaq böyük əhəmiyyət kəsb edir.

İnformasiya təhlükəsizliyinin konseptual modelinə aşa­ğıdakı əsas komponentlər daxil edilir (şək.1.2);

  • təhlükəyə məruz qala biləcək obyektlər;

  • qorunması tələb olunan informasiya;

  • təhlükələr;

  • təhlükələrin mənbələri;

  • təhlükələrin mənbələrinin məqsədləri;

  • qorunan informasiyanın qanunazidd şəkildə yayılması (sızması) yollan;

  • informasiya təhlükəsizliyinin təmin edilməsinin istiqa­mətləri;

  • informasiyanın qorunması üsulları və vasitələri.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin