Вәһһаби Мәзһәби


Yeddinci fəsil İlahi övliyalara1 təvəssül olunması



Yüklə 1,62 Mb.
səhifə14/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Yeddinci fəsil

İlahi övliyalara1 təvəssül olunması


İlahi övliyalara təvəssül etmək düyna müsəlmanlarının qəbul etdiyi məsələlərdən biridir. Həzrət Məhəmməd (s) İslamı təbliğ etdiyi gündən bu məsələni (təvəssül) buyurduğu hədislərlə sübuta yetirmişdir. Yalnız hicri-qəməri tarixinin VІIІ əsrində İbn Teymiyyə bu əməli inkar etmişdir. İki əsr sonra isə Məhəmməd ibn Əbdül Vəhhab təvəssül etməyin əleyhinə çıxdı və bunu bidət2, haram, övliyalara ibadət adlandırdı. Sözsüz ki, Allahdan başqasına ibadət etmək şirk və haram sayılır.

Biz başqa yerdə ibadət haqqında bəhs edəcəyik. Yalnız bir yerdə övliyalara təvəssül etmək ibadət və şirk sayılıb və bunu izah edəcəyik. Qalan yerlərdə isə, bu əməl müstəhəb və məqbul hesab olunur. Hələlik bu haqda bəhs etmirik. Əsas məsələni bilməliyik ki, ilahi övliyalara iki formada təvəssül olunur:

1 − Övliyaların özlərinə təvəssül etmək:

“Əllahummə, inni ətəvəssəlü iləykə binəbiyyikə Mühəmədin (s) ən təqziyə hacəti.”

İlahi, mən Sənə Peyğəmbərin Məhəmmədlə təvəssül edirəm ki, mənim hacətimi (istəyimi) verəsən.

2 − Onların Allah yanında olan yüksək məqamlarına təvəssül etmək:

“Əllahummə, inni ətəvəssəlü iləykə bicahi Məhəmmədin (s) və hürmətihi və həqqihi ən təqziyə hacəti.”

İlahi, Sənin yanında qədri-şərəfi, hörməti və haqqı olan Məhəmmədi (s) vasitə hesab edir və bununla Səndən hacətimi istəyirəm.

Vəhhabilərin fikrinə görə, bu təvəssüllərin hər ikisi qadağandır. Lakin İslami hədislər və müsəlman təriqətləri bu təvəssüllərin hər ikisini təsdiqləyib qəbul edirlər.

İndi hədisləri və müsəlman təriqələrinin fikrini açıqlamaqla bidətin (qondarma fikrin) batil olmasını sübuta yetirəcəyik. Amma ilahi övliyalara təvəssül etməyin ibadət və itaət olmasını “İbadət” bəhsində sübut edəcəyik.

Hədislər:

Hədis və tarix kitablarında ilahi övliyalara təvəssül etmək haqqında çoxlu hədislər nəql olunub.

1-ci hədis:

Osman ibn Hünəyfin hədisi:

Bir kor kişi Peyğəmbərin hüzuruna gəlib dedi:

− Allahdan istə mənə sağlamlıq (afiyət) versin.

Peyğəmbər (s) buyurdu:

− Dua edim, yoxsa səbir etmək istəyirsən? Əlbəttə, səbir etsən, daha yaxşı olar.

Kor kişi dedi:

− Dua edin.

Peyğəmbər (s) ona dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra belə dua etməyi göstəriş verdi:

İlahi, mən istəyirəm ki, rəhmət Peyğəmbərin Məhəmmədin vasitəsi ilə mənə nəzər yetirəsən. Ey Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan hacətimi istəyirəm. İlahi, onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.

Hədisin sənədi haqqında:

Hədisin səhih və düzgün olmasında heç bir şəkk-şübhə yoxdur. Hətta vəhhabilərin rəhbəri İbn Teymiyyə bu hədisi səhih bilir. İbn Teymiyyə deyir:

Hədisin sənədində “Əbu Cəfər”-dən məqsəd Əbu Cəfəri Xətmidir və o siqə3 adamdır. Müasir vəhhabi yazıçısı Rifai çox çalışır ki, təvəssül hədislərini gözdən salsın. Lakin, onun bu hədis haqqında söylədiyi fikir belədir:

Şübhəsiz ki, bu hədis düzgün və məşhur hədisdir.4

Rifai “ət-Təvəssül” kitabında yazır:

Bu hədisi Nəsai, Təbərani, Tirmizi və Hakim öz kitablarında rəvayət etmişlər:

Hədisi Buxari “Tarix” kitabında, İbn Macə və Hakim öz kitablarında səhih sənədlərlə rəvayət etmiş, həmçininCəlaləddin Süyuti öz kitabında bu hədisə yer vermişdir. Yazıçı həmin hədisi aşağıdakı mənbələrdən söyləmişdir:

1 −Sünəni-İbn Macə / 1-ci cild, 441-ci s. / Nəşriyyat: Daru İhyail-kütubil-ərəbiyyə. İsa-l-Babiyyül Hələbi və şürəka./

Təhqiq: Məhəmməd Fuad Əbdül Baqi. Hədisin nömrəsi: 1385

İbn Macə bu hədis haqqında Əbu İshaqdan nəql edərək deyir:

“Bu hədis düzgündür.”

Sonra İbn Macə əlavə edərək bildirir:

“Bu hədisi Tirmizi “Əbvaib qubul ədiyə” kitabında nəql edib və hədisin səhihliyini qəbul etmişdir.”

2 − “Müstədi-Əhməd ibn Hənbəl” 4-cü c. 138-ci s.

O bu hədisi Müsnədi-Osman ibn Hünəyfdən eşidib, öz kitabında yazmışdır.

/Nəşriyyat: Təbül-məktəbil-İslami/ Darus-sadir, Beyrut müəssisəsi.

3 − “Müstədrəki-Hakim”, 1-ci c. 313-cü s. hakim hədisi nəql etdikdən sonra deyir:

Bu hədis şeyxeynin (Əbu Bəkr və Ömər) nəzərinə görə düzdür. Lakin bunu heç yerdə söyləməmişlər.

4 − “Əl-Cameüs-səğir”, səh. 59 − müəllif: Süyuti. Süyuti bu hədisi Tirmizidən və Hakimdən nəql etmişdir.

5 − “Təlxisü Müstədrək” − müəllif Zəhəbi. (Vəfat etdiyi il 747 h.q.)1

6 − “Ət-Tac”, 1-ci cild, 286-cı səhifə. Bu kitabda İbn Macədən başqa bütün beş Səhih kitablarının hədisləri toplanmışdır.

Elə buna görə də hədisin səhihliyinə heç bir şübhə yoxdur.

Hədisi ərəb dilini bilən hər hansı bir şəxsə versək, o da hədisdən belə bir nəticə çıxarar:

a) “Əllahummə, inni əsəlukə və ətəvəccəhu iləykə binəbiyyikə...”

“İlahi, Səndən istəyirəm və Sənə üzümü tuturam Peyğəmbərin vasitəsi ilə...”

“Bi-Nəbiyyikə” (Peyğəmbərinə xatir) kəlməsi qabaqdakı iki kəlməyə aiddir. 1- “əsəlukə” (Səndən istəyirəm) 2- “ətəvəccəhu iləykə” (Sənə üzümü tuturam). Açıq sözlə desək, hacətini Peyğəmbər vasitəsi ilə Allaha üz tutub istəyir. Bununla aydın olur ki, Peyğəmbərin duasını yox, onun özünü vasitə seçir. Çünki hər kim Peyğəmbərin duasına təvəssül etsə, deməli müqəddəs şəxslərə təvəssül etməyi səhih və düzgün hesab etmir. Nəticədə, müxaliflər belə fikrə gələrlər ki, Peyğəmbərin özünə yox, onun duasına təvəssül etmək düzgündür.

b) Məhəmməd (s) rəhmət Peyğəmbəridir. Allah öz yanında Peyğəmbəri ona görə vasitə qərar verir ki, Peyğəmbər Allahın ən pak və ən yaxın bəndəsidir.

v) “”Ya Məhəmməd, inni ətəvəccəhu bikə ila Rəbbi” (Ya Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam) kəlməsindən aydın olur ki, Peyğəmbər burada vasitə seçilmişdir.

q) “Və şəfiəhu fiyyə” ifadəsində deyilir:

İlahi onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.

Bütün bu cümlələrdə əziz Peyğəmbərin şəxsiyyəti və uca məqamı vasitə qəbul edilmişdir. Vəhhabi yazıçısı “Rifai” öz yazdığı “ət-Təvəssül ilə həqiqətit-təvəssül” kitabındakı şübhələrinə yuxarıdakı cavablarla aydınlıq gətirdik. Lakin biz onun (Rifai) bütün şübhələrinə “ət-Təvəssül” kitabında cavab vermişik. Araşdırmaq istəyənlər bu kitabın 147-153-cü səhifələrinə müraciət edə bilərlər.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin