Вәһһаби Мәзһәби



Yüklə 1,62 Mb.
səhifə16/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Beşinci hədis


Peyğəmbərin özünə təvəssül etmək.

İslam hədislərindən bəziləri nəql edirlər:

“Bir bədəvi ərəb Peyğəmbərin yanına gəlib dedi:

− Biz sənin yanına gəlmişik, nə nərildəyən dəvəmiz, nə də ağlayan uşağımız var.

Sonra bir şer oxudu. Şerin məzmunu belədir:

− Biz sənin yanına bir halda gəlmişik ki, atların sinəsindən qan axır, analar uşaqlarından ayrılmışlar. Yeməyə bir şeyimiz yoxdur. Ancaq aclıq illərində yeyilən acı atlardan istifadə edirik.

Bizim sənə pənah gətirməkdə başqa çarəmiz yoxdur. İnsanların peyğəmbərlərdən başqa kimə sığınacağı ola bilər? Sonra Peyğəmbər əllərini qaldırıb yağış yağmaq üçün Allaha dua etdi. Daha sonra Əli (ə) qalxıb bu məzmunda qəsidə oxudu:

Sənə görə buludlardan yağış damcılanır. Sən yetimlərin, çarəsizlərin və dul qadınların (imkansız) sığınacaq və pənah apardıqları adamsan. Haşim övladlarından kimin çətinliyi olsa, onun (Peyğəmbərin) yanına gələr. Onlar onun yanında nemətə çatarlar.

Peyğəmbər buyurdu:

− Çox gözəl. Mənim ürəyimdən keçənləri sən oxudun.

Sonra Əli (ə) qəsidədən bir neçə beyt oxudu.

Peyğəmbər minbərə qalxıb Əbu Talibə dua etdi. Sonra Bəni-Kinanə qəbiləsindən bir nəfər qalxıb bir neçə beyt qəsidə dedi. Məzmunu belədir:

“Ey Allah! Yalnız sənə ibadət etmək olar. Sənin Peyğəmbərinin vasitəsi ilə doyduq. Susuzluğumuz yatdı.”

Bu rəvayət üçün çoxlu sənədlər rəvayət olunmuşdur. Lakin yazıçı aşağıdakı sənədlərdən nəql edib:

a) “Ümdətül-qari fi şərhi hədisil-Buxari”, c. 7, s. 31/müəlif: Bədrəddik Məhəmməd ibn Əhməd əl-Eyn/.

b) Nəhcül-Bəlağənin şərhi / İbn Əbil Hədid/, c. 14, s. 80.

s) ”Sireyi Hələbi”, c. 3, s. 263.

d) “Əl-Hüccətü ələz-zahib ila təkfiri Əbi Talib” /müəllif: Şəmsəddin Əbi Əli Fəxxar ibn Məəd. 630-cu ildə (1210) vəfat edib/. Nəcəf. s. 79

e) “Sireyi Zeyni Dəhlan” sireyi Hələbinin Haşiyəsində. C. 1, s. 81.

Altıncı hədis


Peyğəmbərlərin ehtiramına təvəssül etmək.

Səvad ibn Tarib Peyğəmbərə təvəssül etmək üçün belə bir qəsidə söyləmişdir:

“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Sən bütün hisslərdən gizlinsən. Sən başqa peyğəmbərlərdən daha çox Allaha yaxın olan vasitəsən. Ey əzizlərin və pakların övladı! Sənə vəhy olanları bizə öyrət. Ey peyğəmbərlərin ən yaxşısı! Düzdür, sənin göstərişlərinə əməl etmək başın ağarmasına səbəb ola bilər. O yerdə ki, şəfaət edənlərin şəfaəti xurmanın dənəsi qədər Səvad ibn Taribə kömək etməyəcək, sən mənə şəfaət edərsən. (Yəni, sənin şəfaətin mənim haqqımda qəbul olunacaq).1

Bura qədər “təvəssül” haqqında əhli-sünnənin hədis və tarix kitablarından bəzi hədisləri nəql etdik. Şiə hədislərində “müqəddəs adamlara təvəssül etmək” bir çox dualarda gəldiyinə görə hamıya bəllidir.

Bundan əlavə, görəsən, biz İslam qanunlarını “İbn Teymiyyədən” və “Məhəmməd ibn Əbdül Vəhhab”dan öyrənməliyik, yoxsa “Səqəleyn” hədisinin hökmünə əsasən Peyğəmbərin pak Əhli-beytindən və Qurandan?

İndi isə biz “Səhifeyi-Ələviyyə”2 Həzrət İmam Hüseynin (ə) Ərəfə günündə oxuduğu dua və yaxud “Səhifeye-Səccadiyyə” kimi dua kitablarından yalnız duanın bir hissəsini söyləməklə kifayətlənirik:


Yeddinci hədis


Həzrət imam Hüseyn (ə) “Ərəfə duasında” deyir:

“İlahi, belə bir günü (Ərəfə gününü) uca tutub mənə vacib etmisən. Sənə üzümü tutub Peyğəmbərin Məhəmməd (s)-a and verirəm.3


“Təvəssül” müsəlmanların həyatında


Müsəlmanlar Peyğəmbərin zamanında və ondan sonra həmişə ilahi övliyaların özlərinə və məqamlarına təvəssül etmişlər. Biz onların bir neçəsini nümunə olaraq burada qeyd edirik:

1− İbn Əsir İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd ibn Əbdül Kərim / Hicri 630-cu (1210) ildə vəfat edib/ “Əsədül-ğabə fi mərifətis-səhabə” kitabında yazır:

“Bir il yağış yağmadı və hər yerdə quraqlıq oldu. Ömər yağış yağmaq üçün Abbası vasitə seçib dua etdi. Allah Onun (Abbasın) vasitəsi ilə yağış yağdırdı, hər yer yaşıllaşdı.

Ömər insanlara üz tutub dedi:

− And olsun Allaha, Abbasın Allah yanında uca məqamı olduğuna görə biz onu vasitə seçdik.”

Həssan ibn Sabit onun haqqında belə bir şer söyləmişdir.

“Quraqlıq olan ili ikinci xəlifə (Ömər) yağış yağmaq üçün dua etdi.

Elə bu vaxt göylərin buludu Abbasın vasitəsi ilə müsəlmanların susuzluğunu yatırdı. Abbas Peyğəmbərin əmisi olduğuna görə Peyğəmbərin bu uca məqamı irsi olaraq onda da mövcud idi. Allah onun vasitəsi ilə bütün torpaqları diriltdi və hər yer yağış suyu ilə islandı.

İnsanlar təbərrük üçün Abbasın bədəninə əl çəkir və deyirdilər:

Əhsən sənə, ey iki hərəmin1 saqisi2!”

Bu tarixi hadisənin bin hissəsi “Səhihi-Buxari” kitabında rəvayət olunub. Vasitə qərar verməyin bir növü də, möhtərəm şəxslərə təvəssül etməkdir. Belə şəxslər Allaha yaxın olduqları üçün onlara da təvəssül oluna bilər.

2− Qəstəlani Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr (923-cü ildə (1503) vəfat edib) “əl-Məvahibül-lədiniyyə bil-mənhil-Məhəmmədiyyə fi sirətin-nəbəviyyə” (Misir çapı) kitabında yazır:

“Ömər yağış yağmaq üçün Abbası vasitə qərar verib dua edərkən dedi:

− Ey camaat! Peyğəmbər Abbasa ata gözü ilə baxırdı. Siz də ona itaət edib onu Allah yanında vasitə seçin.”

Bu əməl təvəssülü haram edənlərin sözlərini batil edir.3

3− Mənsun Peyğəmbəri necə ziyarət etməyi Mədinənin tanınmış alimi Malikdən soruşdu:

Ç− Üzü qibrəyə dayanım, yoxsa üzümü Peyğəmbərin məzarına tutub due edim?

Malik ona belə cavab derdi:

− Nəyə görə ondan (Peyğəmbərdən) üz çevirirsən? O, Qiyamət günü sənin və atan Adəmin (əleyhissəlam) Allah yanında vasitəçisi olacaq. Üzünü ona (Peyğəmbərin məzarına) tutub ondan şəfaət istə. Allah onların şəfaətini qəbul edər.4

4− İbn Hacər Heysəmi “əs-Səvaiqül-mühriqə” adlı kitabında (mərhum Qazı Nurullah bu kitabı “əs-Səvaimül-mühriqə” adı ilə tənqid edibdir) Şafeidən bu şeri nəql edir:

“Allahın hüzurunda Peyğəmbər ailəsini vasitə qərar verir və onların vasitəsi ilə əməllər kitabçamın sağ əlimə verilməsinə ümid edirəm.”5

Bu sübutlara əsaslanaraq peyğəmbərləri və müqəddəs şəxsləri Allahın hüzurunda vasitə seçmək olar. Çünki Quranda bizlərə buna əməl etməyə göstəriş verilir:

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vasitə ilə yaxınlaşın...”6

Yol axtarıb, vasitə tapmaq təkcə vacib əməlləri yerinə yetirib, haramdan çəkinmək deyil. Müstəhəbbi əməllərdə də, xüsusən peyğəmbərlərə təvəssül etmək vasitə sayılır. Ola bilərmi ki, İslamda hədis hifz edən mühəddis, hökm verən müfti və müctəhid ləqəbi ilə tanınmış bütün alimlər “vasitə” sözünün mənasında xətaya uğrasınlar? Sözüs ki, bu qeyri-mümkündür.

O şəxslər ki, bu cür sübutlara və şəhidlərə əhəmiyyət verməyib hədis və ayələri başqa formada aydınlaşdırmaq istəyirlər, onlar qabaqcadan fikir yürüdənlərdir. Buna görə də onlar bu sübutlardan faydalanmalıdırlar. Səhihi-Buxaridə tarixi hadisəni söyləməklə onların inadkarlığı və öz tələsik fikirlərinə əsaslanmaları sizlərə bəlli olacaq. Siz vəhhabilərin fanatizm pərdəsi altında necə əyriliklərə uğradıqlarının şahidi olacaqsınız. Biz bunlara daha ətraflı cavabı “Təvəssül” kitabında / səh. 135-140/ sermişik.

5− Buxari “Səhih” kitabında nəql edir:

“Quraqlıq ilində yağış yağmaq üçün Ömər ibn Xəttab Əbbas ibn Əbdül-Müttəlibi vasitə seçib dedi:

− İlahi! Biz əvvəllər Sənin Peyğəmbərini vasitə qərar verirdik və rəhmətini bizə nazil edirdin. İndi isə, Peyğəmbərin əmisini vasitə qərar veririk. Sən öz rəhmətini bizə göndər. −Elə bu vaxt yağış yağmağa başladı və hamı sirab oldu.”7 Bu hədisin səhih və düzgünlüyünə heç bir söz ola bilməz. Hətta təvəssül haqqında rəvayət olunmuş müxtəlif hədisləri inkar edən Rəfai də bu hədisin düzgünlüyünü etiraf edərək deyir:

“Bu hədis səhih və düzgündür...”1 Əgər, hədisin əsas mənası müqəddəs adamlara təvəssül etməkdirsə, biz bunu başa düşüb ona əməl edən qabaqcıl adamlardanıq. Yuxarıdakı cümlələrə diqqət yetirsək, Xəlifənin Abbasa təvəssül etdiyinin və xüsusi ilə Allaha and verdiyinin şahidi olarıq:

“And olsun Allaha! Allahın dərgahında Abbas bizim vasitəçimizdir. Onun Allah yanında məqamı ucadır.”2 Bu cümlədən bəlli olur ki, xəlifə Abbasın məqamına və pak şəxsiyyətinə təvəssül etmişdir. Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn ən-Noman Maliki / 683-cü ildə (1263) vəfat edib / “Misbahüz-zilam fil-müstəcisinə bixəyril-ənam” kitabında Ömərin Abbasa necə təvəssül etdiyini belə nəql edir:

“İlahi! Sənin Peyğəmbərinin əmisini vasitə seçib səndən yağış istəyikik. Onun İslam yolunda ağarmış saqqalını Allah yanında şəfi (şəfaət edən) qərar veririk...”3

Abbas ibn Ütbə bu hadisəni şerdə nəzmə çəkərək deyir:

“Ömər gün batan vaxtı əmim Abbasın saqqalına təvəssül etdi. Onun bərəkətinə görə Hicaz əhli sudan doymuş oldu. (Quraqlıqdan nicat tapdı).”

Həmçinin Həssan ibn Sabit bu hadisəni şerdə təmsil edərək deyir:

“Buludlar Abbasın üzünün nuruna görə yeri sirab etdilər.”

İbn Həcər Əsqəlani “Fəthul-Bari fi-şərhi hədisil-Buxari” kitabında yazır:

“Abbas dua edərkən belə dedi: “İlahi! Peyğəmbərlə qohum olduğuma görə, müsəlmanlar mənə üz tutublar.”4

Əziz oxucu, əgər diqqət yetirsəniz, belə bir fikir irəli sürərsiniz: Burada məqsəd və hədəf Abbasın məqamına və şəxsiyyətinə təvəssül etməkdir. Necə ki, qədimdə demişlər: “Hökmü bir sifənə bağlı etsək, sifətin hökmə aid olduğunu yox, əksinə, hökmün səbəbini bildirər.”

Əgər Quran ...”Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür...”5 − deyə buyurulsa, bu ayədə hökmün səbəbi bilinir. Çünki qadınlar kişilər üçün uşaq doğduqlarına görə qadınların rifahını təmin etməlidirlər. Əgər bir alimə hörmət ediriksə, bu onun elminə və biliyinə görədir.

Əgər Ömər “İlahi! Mən Sənin hüzurunda Peyğəmbərin əmisini vasitə qərar verirəm” − deyə dua edirsə, deməli Abbasa təvəssül etməyin səbəbini bildirir. Belə ki, bu barədə Abbas özü deyir:

“Mənim Peyğəmbərlə qohum olduğuma görə.”

Bu sübutlara diqqət yetirməklə İslamın əvvəlində müsəlmanların pak və müqəddəs adamlara təvəssül etmələri bəlli olur.

6− Peyğəmbərin əzadarlığında Səfiyyənin söylədiyi şer Peyğəmbərin bibisi, Əbdül Müttəlibin qızı Səfiyyə Həzrətn vəfatı zamanı şer söylədi. Bu şerin iki beyti belədir:

“Ey əziz Peyğəmbər! Sən bizim ümidimizsən. Sən çox yaxşı adamsan və heç vaxt zülm etməmisən. Sən bizə yaxşılıq və mehribanlıq etmisən. Ey bizim Peyğəmbərimiz! Bu tayfada hamısı ağlayır və göz yaşı tökür.”6 Tarix alimləri peyğəmbərin səhabəsi hüzurunda oxunan bu şeri kitablarda qeyd etmişlər. Həmin şerdən bir neçə mətləbi açıqlamaq üçün istifadə etmək olar:

1) Ruhlarla, necə deyərlər, Peyğəmbərin vəfatından sonra, onunla danışmağın heç bir eybi yoxdur. Vəhhabilər isə buna zidd çıxaraq bu cür danışmağı və əməli şirk adlandırırlar.

2) “Ey Peyğəmbər, sən bizim ümidimizsən” şerindəki bu cümlə Peyğəmbərin sağlığına və vəfatından sonrakı zamanlara da aiddir. Yəni onun vəfatından sonra da bizimlə əlaqəsi kəsilməyib.

Burada sünni məzhəbinin böyük alimlərinin Peyğəmbərə təvəssül etmək haqqında yazdıqları bir neçə cümləyə işarə edirik. Bu kitabları oxumaqla əmin olmaq olar ki, vəhhabilərin fikirlərinin ziddinə olaraq təvəssül etmək müsəlmanlar arasında düzgün və səhih bir əməl sayılır.

1− İbn Cəuzinin (597-ci (1177) ildə vəfat edib) “əl-Vəfaü fi fəzailil-Mustafa” kitabında qeyd etdiyi “Peyğəmbərə təvəssül etmək” və “Peyğəmbərin qəbrindən şəfa istəmək” adlı fəsillər.

2− Şəmsəddin Məhəmməd ibn Noman Maliki (673-cü ildə (1253) vəfat edib) “Misbahüz-zilam fil-müstəcisinə bixəyrül-ənam” kitabında, həmçinin Seyyid Nurəddin Səmhudi “Vəfaül-Vəfa” kitabında “Peyğəmbərə təvəssül etmək” adlı başlıqla yazılar dərc etmişdir.

3− İbn Davud Maliki Şazili “əl-Bəyan vəl-ixtisar” kitabında çətinlik zamanı alim və övliyaların Peyğəmbərə təvəssül etmələri haqqında məlumat vermişdir.

4− Təqiyyəddin Sübki (756-cı ildə (1336) vəfat edib) “Şifaüs-siqam” adlı kitabında 120-133-cü səhifələrdə təvəssül haqqında məlumat verib.

5− Seyyid Nurəddin Səmhudi ( 911-ci ildə (1491) vəfat edib) “Vəfaül-Vəfa li əxbari-darül-Mustafa”. 2-ci cild, 413-419-cu səhifələr.

6− Əbdül Abbas Qəstəlani ( 932-ci ildə (1512) vəfat edib) “Əl-Məvahibül-lədüniyyə” kitabı.

7− Əbu Abdullah Zərqani Misri Maliki (1122-ci ildə (1702) vəfat edib) “əl-Məvahibül lədüniyyə” kitabının şərhi. 8-ci cild. 317-ci səh.

8− Xalidi-Bəğdadi (1299-cu ildə (1879) vəfat edib) “Sülhül-Əxvan” kitabı.

Bundan əlavə, o, Seyyid Mahmud Alusi Bəğdadiyə cavab olaraq, “Peyğəmbərə təvəssül” mövzusunda kitab yazmışdır. Kitab 1306-cı ildə (1886) çap olunub.

9− Ədəvi Həmzavi (1303-cü ildə (1883) vəfat edib) “Kənzül-mətalib” kitabı, 198-ci səh.

10− İzami Şafei Qəzai “Furqanul-Quran” kitabı, 140 səhifəlik. Bu kitab “əl-Əsmaü vəs-sifat” kitabı ilə birlikdə çap olunmuşdur.

Bu kitablara müraciət etməklə bəzi alimlərin həqiqəti olduğu kimi yazdıqlarının şahidi oluruq. Həmin kitabların arasında “Sülhül-Əxvan” və “Furqanul-Quran” kitabı əsas yer tutur. Məlum olur ki, müsəlmanlar bütün dövrlərdə Peyğəmbərə təvəssül etmişlər. Beləliklə, dərin məntiqi köklərə əsaslanaraq yazılmış belə kitablar İbn Teymiyyə və onun davamçılarının əqidələrinin batil və puç olduğunu isbat edir.

Allah-taala Quranda buyurur:

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın (vasitə seçin), (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız! /Maidə surəsi, 35-ci ayə/.

Bu ayədə, ümumi olaraq, “vasitə axtarın” buyurulur. Lakin vasitənin nə olduğu bu ayələrdə açıqlanmayıbdır. Sözsüz ki, dini vəzifələri və vacibi əməlləri yerinə yetirmək nicat tapmaq deməkdir, amma vasitə bu kimi əməllərə aid deyil. Əksinə, ilahi övliyalara və peyğəmbərlərə təvəssül edənlərin tarixinə nəzər salsaq, bu kimi vasitələrin nicat yolu olduğunun şahidi olarıq. Bu mətləb imam Malikin nəql etdiyi kimi ikinci xəlifənin Peyğəmbərin əmisinə təvəssül etməsi ilə daha da bəlli olur.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin