Dördüncü vəsil Kitab və sünnə baxımından möminlərin məzarının ziyarət edilməsi
İslam biliciləri Quran ayələrinə və hədislərə əsaslanaraq övliyaların, peyğəmbərlərin qəbirlərini ziyarət etməyə icazə vermiş, üstəlik bu işin fəzilətli əməl olduğunu iddia etmişlər. Vəhhabilər məzarların əsl ziyarətini haram bilmirdilər, lakin qəbir ziyarəti üçün səfərə çıxmağı haram hesab edirlər. Biz ziyarətin mahiyyəti haqqında bəhs etdikdən sonra ziyarətə görə səfərə çıxmaq barədə də söhbət açacağıq.
Ziyarət
Qəbirləri ziyarət etməyin əxlaqi və tərbiyəvi əhəmiyyəti vardır, biz bunlardan bir neçəsinə diqqət yetiririk:
Bütün varlı və kasıbların, güclü və gücsüzlərin sükuta qərq olmuş üç parçadan ibarət ağ paltarla aram məkanda (yəni qəbirdə) yatanlarını müşahidə etməklə insan ürəyi lərzəyə gəlir, tamahı bu dünyadan azalır. Əgər insan bu aram məkanlara (qəbirlərə) ibrət gözü ilə baxsa, özündə çox dəyişikliklər edər və öz-özünə deyər: Altmış, yetmiş il müvəqqəti yaşayışın sonu torpaqlar altında çürüməklə nəticələnirsə, onda bu dünyada başqalarına və özünə zülm etməklə var-dövlət yığmağın heç bir faydası yoxdur.
Sükuta qərq olmuşların məkanını müşahidə etmək ən bərk ürəklərin belə yumşalmasına, qulaqların haqqı eşitməsinə, gözlərin ilahi nurunu görməsinə, insanın öz həyat tərzində dəyişikliklər etməklə Allah və onun bəndələri qarşısında ağır məsuliyyətlərini, fərdi və ictimai vəzifələri fikirləşib yerinə yetirməsinə səbəb olur.
Əziz Peyğəmbər hədisdə buna işarə edərək buyurur: “Qəbirləri ziyarət edin, çünki bu, sizlərə başqa aləmi (axirəti) xatırladar.”1
Qəbirləri ziyarət etməyin fəziləti çox aydın olduğuna görə sübuta ehtiyac yoxdur. Lakin inanmayan adamlar üçün bəzi sübutları dəlil gətiririk.
Quran və qəbirlərin ziyarət edilməsi
Quran Peyğəmbərə münafiq cənazəsinə namaz qılmağa və qəbri kənarında oturmağa açıq-aşkar icazə vermir:
“Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun peyğəmbərini dandılar və fasiq olaraq öldülər.”2
Bu ayədə Allah münafiqlərin şəxsiyyətini alçaltmaq və bu dəstəni tənbeh etmək üçün Peyğəmbərə belə bir göstəriş vermişdir:
1 − Münafiqlərin cənazəsinə namaz qılmaq olmaz.
2 − Onların qəbirlərinin başı üstündə durmaq qadağandır.
Bu ayədə münafiqlərə işarə olunmaqla, qeyri-münafiqlər (müsəlman və möminlər) haqqında bu iş bəyənilmiş və yaxşı əməllərdən sayılmışdır.
Bu ayədə “qəbrinin başında durma” kəlməsində məqsəd nədir? Tənha dəfn vaxtı münafiqin başı üstündə durmağa icazə verilirmi? Bu, mömin və müsəlmanlara da aiddirmi? Və yaxud dəfndən sonra cənazənin başı üstə durmaq olarmı?
Bəzi təfsir alimləri ayəni “dəfn vaxtı cənazənin başı üstə durmaq olmaz” kimi təfsir etmişlər. Lakin Bəyzavi kimi başqa təfsir alimləri bu ayəni ümumi nöqteyi-nəzərdən belə açıqlayırlar:
“Dəfn və ziyarət vaxtı qəbrin yanında durmaq düzgün deyil.”3 Ayənin mənasına diqqət yetirsək, geniş və ümumi mənada olduğu (dəfn və ziyarət vaxtı qəbrin başı üstə durmamağı) dərk edərik.
Çünki ayənin mənası iki cümlədən ibarətdir:
1. “Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma...”
“Heç bir kəs” kəlməsi inkar cümləsində gəlib və hamıya aiddir.
“Heç vaxt” sözü qeyri-müəyyən zamanda işlənmişdir. Cümlənin mənası belədir: Münafiqlərdən heç birinin heç vaxt namazını qılma.
Bu iki kəlməyə diqqət yetirsək, görərik ki, cümlənin xüsusiliyi bildirilmir. Çünki namaz dəfndən qabaq bir dəfə vacib olur. Əgər meyit namazı nəzərdə tutulsaydı, onda “heç vaxt” kəlməsi işlənməzdi. Lakin bu kəlam bütün münafiq şəxslərə aid olduğundan yuxarıdakı nəzəriyyə (meyit namazı) tamamilə səhvdir. Çünki “heç kimə namaz” kəlməsi ümumidir, yəni bu ayə bütün müşriklərə aiddir. Bundan əlavə, “heç vaxt” sözü zamanın qeyri-müəyyənliyini və əbədiliyini bildirir.
Məsələn: “Sizə Peyğəmbərdən sonra onun zövcələri ilə heç bir vaxt evlənmək əsla yaraşmaz...”1
Deməli, cümlənin birinci mənası belədir: Heç bir münafiqə namaz qılmaqla və yaxud başqa əməllə onun günahlarının bağışlanmasını istəmə.
2 − “Qəbrin başında durma...”.
Bu cümlənin özündən qabaqkı cümlə ilə bağlılığı var. Çünki, bağlayığı ilə birləşdirilmiş sözdə işlənən qeyd kəlməsi bağlayıcının özünə də aiddir.
Belə olan halda dəfn, cənazənin başı üstündə durmaq nəzərdə tutulmur. “Heç bir kəs” kəlməsi birinci surətdə bütün münafiqlərə aid olduğu kimi, zamanın əbədiliyini bildirir.
Allah Peyğəmbəri münafiqlər üçün rəhmət istəməkdən, namaz qılmaqdan, dua etməkdən, qəbirlərinin başı üstündə dayanmaqdan istər dəfndən qabaq, istər dəfndən sonra bu iki kəlmə ilə (“namaz qılma” və “qəbrin başı üstündə dayanma”) çəkindirmişdir. (Hər zaman dua etmək və qəbrin başı üstündə durmaq) ancaq möminlərə aiddir. Bir neçə il əvvəl vəfat etmiş möminin məzarı üstündə oxunan Quran və dua qəbul olunur. İndi isə hədis və rəvayət nöqteyi-nəzərindən qəbirləri ziyarət etməyin fəziləti haqqında məsələləri araşdıraq.
Hədislər və qəbirlərin ziyarət edilməsi
Səhih və sünnə kitabları müəlliflərinin nəql etdikləri İslami hədislərdə deyilir: Əziz İslam Peyğəmbəri bəzi səbəblərə görə müsəlmanları qəbirləri ziyarət etməkdən çəkindirmiş, sonradan buna icazə vermişdir.
Ola bilsin, keçmişdə (İslamdan qabaq) ölənlərin çoxu müşrik və bütpərəst olduğuna görə İslam dini bütpərəstlərlə, müşriklərlə əlaqəni kəsmək üçün, məzarları ziyarət etməyi nəhy etmişdir. Daha başqa bir səbəb bu ola bilər ki, İslamı yeni qəbul etmiş müsəlmanlar qəbir üstündə əxlaq və ədəbdən uzaq sözlər daşınırdılar. İslam inkişaf etdikgə, iman nuru insanların qəlbində işıqlandıqca bu “nəhy və qadağan” aradan götürüldü.
Bu ziyarətin tərbiyəvi tərbiyəvi təsiri olduğu üçün Peyğəmbər (s) müsəlmanları bu işə sövq etdi.
Müəlliflər səhih və sünnə kitablarında nəql edirlər:
Peyğəmbər (s) buyururdu: “Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək dünyanı sizin gözünüzdə alçaldar, axirəti yadınıza salar.”2
Elə bu səbəbdən, Peyğəmbər insanlara qəbirləri ziyarət etməyi bildirməklə yanaşı, özü də, anasının qəbrini ziyarət edirdi. Çünki məzarı ziyarət etmək insana axirəti xatırladır. İndi bu hədisi sizə nəql edirik:
Peyğəmbər anasının qəbrini ziyarət edib ağlayırdı, ətrafında ağlayan insanlara buyurdu: anamın qəbrini ziyarət etmək üçün Allahdan icazə almışam, siz də qəbirləri ziyarət edin, bu əməllə siz Allahı yad edirsiniz.”3
Ayişə deyir: “Allahın Rəsulu məzarları ziyarət etməyi icazə verdi” / Səhihi-İbn Macə, c. 1, s. 114/.
Peyğəmbər Ayişəyə qəbirləri necə ziyarət etməyi bildirib buyurdu: “Allah-taala mənə Bəqi qəbiristanlığına gedib ölülərin günahlarının bağışlanması üçün dua etməyi göstəriş verdi.”
Ayişə dedi:
− Mən necə ziyarət etməliyəm?
Peyğəmbər (s) buyurdu:
− Bu duanı (qəbiristanlığın) mömin və müsəlman əhlinə salam olaraq verərsən. Sonra deyərsən: “İlahi, bizim ölənlərimizə rəhmət elə. Biz də tezliklə sizlərə qovuşacağıq.”
Peyğəmbərin (s) daha başqa kəlmələrlə qəbri ziyarət etməsi hədislərdə nəql olunub.
Dostları ilə paylaş: |