Вәһһаби Мәзһәби


On ikinci fəsil İlahi övliyaların ruhlarından kömək istəmək



Yüklə 1,62 Mb.
səhifə23/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

On ikinci fəsil

İlahi övliyaların ruhlarından kömək istəmək


Mühüm məsələlərdən biri də İlahi övliyalar dünyalarını dəyişdikdən sonra onların müqəddəs ruhlarından kömək istəməkdir.

İstər bu kömək dua diləməklə, istərsə də fövqəladə işlərlə olsun. Çünki müsəlmanlar ikdiki zamanda Peyğəmbər və İmamın məhzərində hazır olmaqla, onlardan kömək diləyə bilməzlər. Əksinə, onların müqəddəs ruhlarından kömək və dualar dilənir.

Bu iki surəti şərh etməyin böyük bir əhəmiyyəti vardır.

Bu mövzunun mahiyyəti aşağıdakı dörd mətləbi açıqlamaqla üzə çıxacaq. Həmin dörd mətləb bunlardan ibarətdir:

1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi.

2. İnsanın mahiyyəti onun ruhu və həyatıdır.

3. Ruhlar dünyası ilə əlaqə saxlamaq mümkündür.

4. Ruhlardan kömək diləmək haqqında İslami mühəddislərin və bütün əsrlər boyu müsəlmanların rəftarı.

İndi isə bu dörd mətləbin şərhi və izahı:

1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi


a) Ölüm insanın yoxluğu sayılmır:

Ölümlə həyatın sona çatmadığını Quran ayələri sübuta yetirir. Əksinə, ölüm ilə insanın üzünə maddi aləmdən daha da üstün olan başqa bir aləmin qapısı açılır.

Ölümü insanın yoxluğu hesab edənlər insan ölümü ilə hər bir şeyin aradan getdiyini, insandan heç bir əsər-əlamət qalmadığını, insandan yalnız torpaqlar altında qurumuş ruhsuz sümüklərin qaldığını güman edirlər. Belələri qeyri-iradi materialist fəlsəfənin təsiri altında düşüb ona itaət edirlər. Belə fikir sahibləri insan üçün yalnız maddi dünyanı, bədən üzvlərini, beynini və döyünən ürəyini həyat adlandırırlar. İnsan hüceyrələrinin hərəkəti dayanmaqla o, hərəkətsiz cismə dönür. Yəni bu fikir sahibləri ruhu maddi cisim hesab edirlər. Əgər cismin hərəkəti birdəfəlik aradan gedərsə (ölərsə), ruh da onunla birlikdə məhv olar və bu dünyada ruhdan heç bir əsər-əlamət qalmaz.

Belə nəzəriyyə irəli sürənlər materialistlərin təsiri altında insanı sadəcə olaraq müxtəlif tərkib hissələrindən təşkil olmuş maşına oxşatmışlar. Yəni insanın bədən üzvləri məhv olmaqla (çürüməklə) onun həyatından heç bir əsər-əlamət qalmır.

Ruh və həyat haqqında materialistlərin söylədikləri nəzəriyyəni dünyanın böyük ilahiyyat alimləri və filosofları qəbul etmirlər. Çünki ilahiyyatçılar insanın maddi dünyasından əlavə, onun əsl cövhəri sayılan ruh və həyatın davamiyyətinə inanırlar. Ruh bir müddət bədənlə fəaliyyət göstərir, bədəndən ayrıldıqdan sonra isə tənha öz funksiyasını aparır. İnsan öldükdən sonra ruhların qalması məsələsini bir neçə səhifə ilə isbat etmək qeri-mümkündür. İnsan ruhunun əbədi olması Quran ayələri və fəlsəfi sübutlarla isbat olunmuşdur. Biz burada Quran ayələri ilə bu mövzunu təsdiq edirik:

b) Quran və ruhun qalması.


Quran ayələri ruhun bədəndən ayrıldıqdan sonra onun əbədi olduğuna şəhadət verir.

a) “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”1

b) “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də, ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.”2

“Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”3

“Onlar Allahdan gələn nemət və mərhəmətə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına (xəbərinə) görə sevincək olurlar.”4

v) “Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin! “Ona: “Cənnətə daxil ol!” deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”1

“Behiştə daxil ol” dedikdə axirət aləminin yox, Bərzəx aləminin behişti nəzərdə tutulur. O, arzu edirki ki, kaş qövmü Rəbbin onu niyə bağışladığını və mərhəmət sahibi etdiyini başa düşəydi.

Belə bir arzunu axirət əhlinə etmək düzgün deyil. Çünki axirət dünyasında hicablar və pərdələr aradan götürülücək və hamı bir-birinin halından xəbərdar olaraq. Əksinə, o belə bir arzunu dünya əhlinə etmişdir. Çünki bu dünyanın insanları Bərzəx əhlindən xəbərsizdirlər. Quran buna şəhadət verir.

Sonrakı ayələr onun (Həbib Nəccarın) bağışlanmasından sonra qövmünün bir göy gürultusu ilə məhv olduğunu təsdiq edir: q) “Ondan (Həbib Nəccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç gördərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.”2

Bu iki ayədə onun behiştə daxil olduqdan sonra qövmünün bu dünyada yaşamasını və gözlənilmədən məhv olub getməsini Quran ayəsi təsdiq edir. Bu behişt Bərzəx behişti ola bilər.

ğ) “Onlar (ölən gündən Qiyamətə qədər qəbir edində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): Firon əhlini ən şiddətli əzaba salın.”3

Həyatın Bərzəx aləmində davam etməsi bu ayədən bəlli olur. Çünki Qiyamət gününə kimi səhər-axşam Firon əhlinə əzab olunar. Qiyamət günü yetişdikdə isə şiddətli əzaba düçar olarlar.

Səhər-axşam dedikdə, Bərzəx aləmi nəzərdə tutulur. Çünki Qiyamət günü səhər-axşam olmayacaq.

Beləliklə, biz bu mətləbi Qurana əsaslanaraq açıqladıq.


İnsanın həqiqəti onun ruhudur


İnsan iki hissədən, cisimdən və ruhdan ibarətdir. Lakin insanın əls həqiqəti onun cismi ilə olan ruhudur. Biz hələlik fəlsəfi nöqteyi-nəzərdən bu haqda bəhs etmirik. Quran ayələri ilə bu mövzunu işıqlandırırıq.

Quran ayələrində insanın həqiqətinin onun ruhu və nəfsi olduğu sübuta yetirilib.

“(Ya Məhəmməd!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”4

“Canınızı alacaq” kəlməsində məqsəd ölmək deyil, yəni götürmək və almaq mənasındadır.5 Əgər insanın mahiyyəti ruh və həyat olarsa, bu, ayənin məfhumuna aiddir. Amma, ruh və həyat insanın mahiyyətinin bir hissəsini və digər bir hissəsini isə bədən təşkil edirsə, bu, ayənin məna və məfhumu ilə düz gəlmir. Çünki ölüm mələyi (Əzrail) heç vaxt insanın bədənini almır, əksinə, bədən olduğu kimi qalır, ruh isə bədəndən çıxarılıb başqa bir dünyaya aparılır.

İnsanın mahiyyəti kamillik, təkamül mərkəzi onun ruhudur. Bədən və cisim isə libasa bənzər bir örtükdür.

Ruhun ölümdən sonra əbədi qalması birinci mətləbdə açıqlandı və izah olundu. Quran ölümü bəşəriyyətin yoxluğu hesab etmir.

Əksinə, “şəhidlər, övliyalar” və “cinayətkarlar” üçün Qiyamət günündən qabaq bir xoş və əzablı həyat (Bərzəx aləmi) də vardır.

Əgər insanın mahiyyəti bədən hesab olunursa, şübhəsiz ki, insan dünyasını dəyişdikdən bir neçə müddət sonra həmin bu bədən quruyub torpağa dönür. Onda Bərzəx və Qiyamət aləminin heç bir məfhum və məntiqi dəyəri olmaz.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin