Вәһһаби Мәзһәби



Yüklə 1,62 Mb.
səhifə28/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

4. Şəfaət Allaha məxsusdur


Şəfaətin Allaha məxsus olduğu aşağıdakı ayədə bildirilir. Belə olan halda başqalarından şəfaət istəməyin nə kimi mənası vardır?

“Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda, şəfaətmi edəcəklər? Bütün şəfaət yalnız Allaha məxsusdur.”1

Cavab:

Ayədə “Şəfaət yalnız Allaha məxsusdur” ifadəsi o demək deyildir ki, Allahdan başqa şəfaət etməyə heç kimin haqqı yoxdur.



Sözsüz ki, Allah-taala bir şəxsi başqa bir şəxsin yanında şəfaətçi etmir. Ayədə məqsəd budur ki, şəfaətin əsl səbəbkarı bütlər yox, Allah-taaladır. Çünki yalnız ağılı, dərrakəsi və düşüncəsi olan bir şəxs şəfaətə sahib ola bilər. Bütlər isə ağıllı və dərrakəsi olmayan cansız əşyalardırlar.

“Onların heç bir şeyə malik olmadıqları və heç bir şeyi qanmadıqları halda...”

Deməli, ayədə əsas məqsəd şəfaətin bütlərə yox, Allaha məxsus olmasıdır. Allah hər kimin səlahiyyəti və ləyaqəti olarsa, ona şəfaət etməyə izn verər. Bünlərin isə nə səlahiyyəti çatır, nə də ləyaqəti. Belə olan halda ayənin bizim bəhsimizə aid olmadığı sübuta yetirilir. Çünki müsəlmanlar şəfaətin yalnız və yalnız Allaha məxsus olduğuna, övliyaların isə Allahın izni ilə şəfaət etmələrinə inanırlar. Həmçinin ayələrin və hədislərin hökmünə əsasən, Peyğəmbərə Allah tərəfindən şəfaət izni verilməsini qəbul edirlər. Buna görə də müsəlmanlar Peyğəmbərdən ona izn verildiyinə görə şəfaət istəyirlər. Bu sözün ayəyə heç bir bağlılığı olmadığı bəlli olur.

Ölülərdən şəfaət istəmək qadağandır


Bu dünyada ilahi övliyalardan şəfaət istəmək haqqında vəhhabilərin axırıncı dəlil və sübutları eşitməyən və hissiyat qüvvəsini itirmiş ölülərdən şəfaət istəməkdir. Quran açıq-aşkar ölüləri eşitməyən və başa düşməyən kimi qələmə verib buyurur:

a) “Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən.”2

Quran bu ayədə müşrikləri ölülərə oxşatmaqla ölünün heç bir şeyi başa düşmədiyi kimi müşrikləri də dərketməz adlandırıb. Əgər ölülər danışıb, eşidib və hər bir şeyi hiss etsəydilər, onda qəlbi ölmüş müşrikləri ölülərə oxşatmaq düzgün olmazdı.

b) “Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər, Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən.”3

Bu ayənin də dəlilləri yuxarıdakı ayə ilə eynidir. Deməli, ölüdən şəfaət istəmək, cansız əşyadan bir şey istəmək deməkdir.

Cavab:


Vəhhabilər digər İslami məzhəblərə irad tutub, onların xətaya uğradıqlarını aşkar etmək üçün həmişə şirk qapısından daxil olmuşlar. Özlərini tovhidin tərəfdarı adlandırmaqla başqalarını kafir hesab etmişlər. Lakin burada bəhsin mövzusunu dəyişib övliyalardan şəfat istəməyin qadağan olmasını irəli çəkmişlər. Amma onlar tamamilə unutmuşlar ki, İlahi övliyalar əqli4 və nəqli sübutlara əsasən diridirlər.

Nəqli dəlillər / Quran ayələri /:


1. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”5

2. “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə, görməyəcəklərinə görə şadlıq edirlər.”1

“(Ya Məhəmməd!) hər ümmətdən (Peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”2

“Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və çəkindirən bir şəxs göndərdik.”3

“Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm.” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra Qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır.”4

“Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar.”5

Bütün bu ayələrin hamısı öləndən sonra ruhun vasitəsilə həyatın davam etməsinə şəhadət verir.

Vəhhabilərin əsas götürdükləri bu iki ayədən (Nəml, 80, Fatir 22) məqsəd yerin altında dəfn olunan ölülərin dərrakəsiz olduğuna sübut ola bilməz. Əksinə, ruh bədəndən ayrıldığına görə bədən özü dərrakəsiz və cansız bir əşya olur. Ruh isə buna aid ola bilməz.

Lakin diqqət yetirmək lazımdır ki, biz torpaq altında dəfn olunmuş bədəndən yox, Bərzəx aləmində bərzəx cəsədləri ilə yaşayan ən müqəddəs ruhlardan şəfaət və yaxud hacət istəyirik. Çünki Quran hökmünə əsasən onlar diridirlər. Deməli, biz boş bədənlə yox, əksinə, ruhlarla söhbət edir, onlardan şəfaət istəyirik.

Əgər ölülərin torpaq altında qalmış bədənlərinin dərrakəsi yoxdursa, bu o demək deyildir ki, onların Quran ayələrinə əsasən, Allah dərgahında ruzi yeyən pak və təmiz ruhlarının da dərrakəsi yoxdur.

Əgər biz onlara salam veririksə, şəfaət istəyiriksə və yaxud onlarla danışırıqsa, deməli, bizim onların bədənləri ilə yox, müqəddəs ruhları ilə işimiz var. Əgər onların qəbirlərinin, dəfn olunduqları yerlərin və evlərinin ziyarətinə gediriksə, bu ona görədir ki, onlarla ruhi əlaqə yaratmaq üçün özümüzü hazırlaşdırırıq. Hətta əgər onların bədənlərinin torpağa dönməsini belə bilsək, (baxmayaraq ki, İslam rəvayətləri bunun ziddinədir) yenə yuxarıda qeyd olunan yollarla, onların müqəddəs ruhları ilə əlaqə və bağlılıq yaratmalıyıq.

On beşinci fəsil


Qeybi (gözə görünməz aləmi-ruhani) qüdrətə əqidə ilə inanmaq şirk sayılırmı?


Şübhəsiz ki, hacət istəmək o zaman mümkündür ki, hacət istəyən öz qarşı tərəfini hacətinin yerinə yetirilməsində qüdrətli və imkanlı bilsin. Bəzi vaxtlar bu zahiri və maddi qüdrət olur. Məsələn, bir şəxsdən su istədikdə o, qabı su ilə doldurub bizə təqdim edir.

Bəzi vaxtlar isə bu qüdrət təbii və maddi qanunlardan uzaq, qeybi bir qüdrət olur. Məsələn, bir şəxs Həzrət İmam Əlinin (ə) insan qüdrətindən xaric olan və bəşər qüdrəti ilə yox, qeybi qüdrət ilə “Xeybər” qalasının qapısını yerindən çıxartmasına əqidə ilə inanır. Və yaxud Həzrət Məsih (ə) öz şəfaverici qüdrəti ilə çətin və sağalmayan xəstəlikləri xəstəyə dərman içirtmədən və müalicə etmədən sağaldır. Belə bir qeybi qüdrətə inanmaq əgər Allahın qüdrətinə, izninə və məsləhətinə əsaslanırsa, maddi qüdrətə inanmaq deməkdir. Yəni bu inam və əqidə şirk sayılmır. Həmin Allah maddi qüdrəti o şəxsin ixtiyarına verdiyi kimi, qeybi qüdrəti də ona bəxş etmişdir. Bir şərtlə ki, məxluq Allaha ehtiyacı olmayan bəşər kimi tanınmasın.


Vəhhabilərin bu haqda fikirləri:


Vəhhabilər deyirlər: Əgər bir nəfər ilahi övliyaların birindən istər diri olsun, istərsə də ölü, xəstəsinin sağalmasını, itirdiyinin qaytarılmasını və yaxud borclarının ödənilməsini istəyərsə, bu geniş istəklər övliyanın (insanın) qeybi (gözə görünməz) qüdrətə malik olduğunu və təbii nizam-intizama, qanunlara, dünya yaranışına hakim olduğuna səbəb olar. Allahdan başqa belə bir gözə görünməyən qüdrətə inanmaq eyni ilə o şəxsin allahlığına inanmaq deməkdir. Belə bir hacət istəmək də şirk sayılır.

Susuz insan səhrada öz nökərindən su istəyirsə, o, təbiət qanunlarına hakim olan nizam-intizama itaət etmiş olur. Amma torpaqlar altında dəfn olunmuş və yaxud uzaq bir yerdə yaşayan imamdan və Peyğəmbərdən su istəmək onların qeybi (gözə görünməyən) qüdrətlərinə inanmaq deməkdir. Yəni, heç bir səbəb və maddi vasitə olmadan susuz insana su yetirsin. Belə bir əqidə qarşı tərəfə Allah əqidəsi ilə inanmağa səbəb ola bilər.

Əbu Əla Movdudi bu mətləbə açıq-aşkar işarə edən şəxslərdən biridir. O deyir: “İnsanın Allahı çağırması və Ondan kömək istəməsinin əsas səbəbi budur ki, o, Allahın maddi qanunların hüdudundan xaric və təbiət qanunlarına hakim olan gözə görünməyən qeybi bir qüdrətə sahib olduğuna inanır.”1


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin