Nəticə:
Bura qədər çalışdıq ki, sizi ibadətin mahiyyəti ilə tanış edək, indi isə bu bəhsdən nəticə götürmək lazımdır.
Əgər bir nəfər bir neçə şəxsi ilah, rəbb və Allah hesab etmirsə və onlara təvazökarlıq, ehtiram edirsə:
“Onun (Allahın) möhtərəm bəndələri Ondan qabaq söz danışmaz, yalnız onun əmri ilə iş görərlər.”3
Sözsüz ki, belə bir əməl yalnız və yalnız təvazökarlıq və ehtiram sayılır.
Allah-taala bəzi bəndələrini yaxşı sifətlərlə tanıtdırmaqla insanları bu bəndələrə ehtiram etməyə cəlb edir:
“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.”4
Allah-taala i İbrahimi imamət məqamına yüksək etdi.
“Səni insanlara imam təyin edəcəyəm”5 Allah-taala Quranda həzrət Nuh, İbrahim, Davud, Süleyman, Musa, Məsih və Həzrət Məhəmməd (s)-ı yaxşı sifətlərlə tanıtdırmaqla qəlblərin məhəbbətini onlara cəlb edib.
Hətta, bəzilərinin ehtiramını və məhəbbətini vacib etmişdir.
“Mən sizdən bunün (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (nəslimə, əhli-beytimə) məhəbbət göstərməkdən başqa, bir şey istəmirəm...”6
Əgər insanlar Allahın əziz və yaxın bəndələrinə sağlığında və vəfatından sonra rəbb və ilah əqidəsi olmadan ehtiram və hörmət edərsə, heç bir millət nə bu əməli ibadət, nə də o insanı müşrik hesab edə bilməz.
Xəbərdar olduğunuz kimi, dini rəhbərlərə itaət edərək həcc mərasimində Həcərül-Əsvədə (Qaradaş) əl sürtür, bu daşı öpür, Allah evinin ətrafına dövrə (təvaf) vurur, Səfa və Mərvə dağları arasında qaçırıq, yəni bütpərəstlərin bütlərə qarşı etdiyi əməllərə oxşar bir iş görürük. Bəs nə üçün indiyə kimi “daşa-torpağa ibadət edirik” sualını özümüzə verməmişik? Çünki biz daş-torpaqda zərrə qədər xeyir və zərərin olmadığını bilirik.
Əgər biz bu daş-torpağı rəbb, ilah adlandırıb əqidə üzündən bu işləri görsəydik, bütpərəst olardıq. Buna görə də, peyğəmbərin, imamın, müəllimin, ata-ananın əlini öpmək və yaxud Quranı, dini kitabları, məqbərələri və Allah övliyalarına aid olan tarixi abidələri ehtiram üzündən öpməyin heç bir zərəri yoxdur.
Mələklərin Adəmə səcdə etmələri və Yusifin qardaşlarının Yusifə səcdə etmələri Quranda zikr olunub:
“Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamısı səcdə etdi.”7
“Onların hamısı (ata-ana və on bir qardaş) ona (Yusifə) təzim edib əyildilər.”8
Mələklərin və Yusifin qardaşlarının bu əməllərini Adəmə və Yusifə ibadət etmək fikri kimi heç kim zehninə belə gətirməyib. Çünki səcdə edənlər ilah və rəbb niyyəti ilə səcdə etmirdilər. Buna görə də, onların etdikləri təzim ibadətə görə yox, əksinə hörmət və ehtirama görə idi.
Vəhhabilər bu ayələrə rast gəldikdə deyirlər:
Bu işlər Allahın əmri olduğuna görə səcdə edənlərin əməlləri ibadət sayılmır.
Lakin, onlar bir məsələdən xəbərsizdirlər. O da budur ki, bütün əməllər, hətta Yusifin qardaşlarının təzim etməsi Allahın əmri ilə baş vermişdir. Çünki bu əməlin mahiyyəti ibadət və sitayiş sayılmadığına görə, Allah bu işi görməyə göstəriş vermişdir (diqqət edin). Əgər həmin işin mahiyyəti ibadət olsaydı, Allah-taala heç vaxt belə bir göstəriş verməzdi:
“(Ya Peyğəmbərim!) De: Allah ədəbsizliyi (yaramaz işləri) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”1
Allahın göstərişi və əmri əməlin mahiyyətini dəyişmir. Əməlin mahiyyəti gərək Allahın əmrindən qabaq ibadət sayılmasın. Mahiyyət etibarı ilə ibadət olan hər hansı bir əməlin Allahın əmri ilə insana aid edilməsi vasitəsilə ibadət və sitayiş dərəcəsindən çıxmasını təsəvvür etmək olmaz.
Bu cavabı Mədinə və Məkkənin vəhhabi şeyxlərindən dəfələrlə eşitdiyimizə görə bu barədə onların Quran maarifinin təhlilində donuq xəbər verilir. İbadət və sitayiş məfhumunun özünün müstəqil mənası var. Bəzi vaxtlar bu ibadətə icazə verilir, bəzi vaxtlar isə qadağan olunur. Məsələn, namazın, orucun bir ibadət kimi yerinə yetirilməsinə əmr olunur. Bəzi vaxtlar isə bu, nəhy edilir. (Qurban və Fitr bayramlarında oruc tutmaq qadağandır.) Əgər, mələklərin və Yusifin qardaşlarının əməli mahiyyət etibarı ilə ibadət olsa, onu yerinə yetirməklə Allahın əmri heç vaxt mahiyyətini dəyişmir.
Çəkişmənin əsas həlli
Əziz oxucular diqqət yetirməlidirlər ki, bizim vəhhabilərlə ixtilaflı məsələlərimizin bir çoxu “ibadət” məfhumunun təhlilindən irəli gəlir. Nə qədər ki, ibadətə məntiqi tərif verilib insaflı hökm çıxarılmayıbsa, bütün bu bəhslərin heç bir nəticəsi olmayacaq. Buna görə də təhqiqat apararkən, bir sıra lüğətçilərin sözlərinə uymaq lazım deyil. Bu barədə Quran ən görəl yol göstəricidir. Çox əfsuslar olsun ki, bütün vəhhabi yazıçıları və onların əqidə və fikirlərinin əleyeinə kitab yazanlar bu məsələri (ibadətin məntiqi və həqiqi mənasını) təhlil etmək əvəzinə, ׀׀ dərəcəli məsələlərə daha çox əhəmiyyət vermişlər.
Bir sözlə, vəhhabilər deyirlər:
“Sizin Peyğəmbərin şərəfinə gördüyünüz bir çox işlər (qəbri ziyarət etmək, təvəssül etmək. və s.) Peyğəmbərə, imama ibadət etmək sayılır və bunun da nəticəsi şirkdir.
İndi isə, vəhhabilərin cənazəyə ibadət adlandırdıqları bir neçə əməli xatırlatmaqla bütün bunların iki tərəfi olduğunu qeyd edirik: A) İbadət sayılır; B) İbadət sayılmır. 1) Peyğəmbərdən və saleh bəndələrdən şəfaət istəmək. 2) İlahi övliyalardan şəfaət istəmək. 3) Dini rəhbərlərdən hacətini diləmək. 4) Qəbir sahibinə təzim və ehtiram etmək. 5) Peyğəmbərdən və başqalarından kömək istəmək.
De: Bütün şəfaət yalnız Allaha məxsusdur” /Zümər surəsi, 44-cü ayə/.
“Xəstələndiyim zaman mənə yalnız O şəfa verir” /Şuəra surəsi, 80-cı ayə./.
Vəhhabilər bu ayələrə əsaslanaraq şəfaətin ancaq Allaha məxsus olduğunu deyirlər.
Bunu Allahdan başqasından istəmək ibadət sayılır.
Burada “Allahın felini təfsir etmək” və “Allahın feli nə deməkdir?” sualına cavab vermək lazımdır.
Hər növ şəfaət və xəstələrə şəfaət verən amil özü tam müstəqil və sərbəstdir. Bu yalnız Allaha məxsusdur. Əgər Allahdan başqa bir şəxsdən əqidə etibarı ilə, o şəxsi rəbb və yaxud ilah qərar verib şəfaət istənilsə, sözsüz ki, bu əməl ibadət sayılacaq. Amma əgər, belə bir əqidə ilə yox, həmin şəxsi Allahın bəndəsi bilib ondan şəfaət istənilsə, Allahın işini Ondan başqa bir kəsdən istəmək sayılmır.
Bu hökm Allahdan başqa bir kimsədən kömək diləməyə də aiddir. Kömək diləmək iki cürdür: a) ibadət b) qeyri-ibadət.
Bu hökm təkcə ibadət və qeyri-ibadəti bir-birindən ayırmır. Əksinə, tovhid və şirk arasında ümumi bir qaydadır.
“Antibiotik” maddələr insan vücudunda mikrobların məhv olmasına böyük təsir göstərir. Əgər bu maddənin funksiyasına görə bunun işini müstəqil hesab etsək və əqidə bağlayıb, buna təzim edib kömək istəsək, şirk və ibadət sayılır. Lakin buna təsir edən qüvvənin Allah tərəfindən olduğunu nəzərə alsaq, bu şirk və günah sayılmaz. Bu kimi çəkişmələri və mübahisələri həll etmək üçün ibadətin, ilahın və rəbbin mənasını dərk etmək lazımdır. Cahil ərəblərin bütün işləri bütlərə əqidə üzündən olub. Onlar bütləri hər bir işdə müstəqil hesab etməklə bütlərdən kömək və hacət istəyir və yaxud Allahın bütün işləri bütlərin öhdəsinə qoyduğunu güman edirdilər. Bütlər istədikləri şəxsə şəfaət verər, istəmədiklərinə isə, verməyə bilərlər.
Bu bəhs haqqında daha çox məlumat almaq istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər.2
Dostları ilə paylaş: |