Vedalar-dini fəlsəfi kitabələr təşkil edirdi. Həmin kitabələr bunlar idi: riq-veda-himnlər vedası. Sama-veda-şeirlər vedası. Yacur -veda-qurban vedası. 4 Atharva-veda- ovsunlar Vedası
Dilçilik qədim tarixə malik olan fənnlərdən biri kimi ən qədim zamanlardan başlayaraq dövrümüzə kimi uzunmüddətli inkişaf yolu keçmişdir. Dilçilik elminin tarixini,adətən,qədim hindlilərdən başlayırlar. Bunun səbəbi ondan ibarətdir ki,dilin spesifikasının mahiyyətini təşkil edən qrammatik quruluşu ilk dəfə hindlilər tədqiq etmişlər. Qədim hind dilçiliyi hindlilərin ədəbi dili olan sanskritlə xalq dili olan-prakrit arasında get-gedə artan ciddi fərqlərin nəticəsində yaranmışdır. Qədim hind dilçiliyinin tədqiqat oyektini eramızdan 1500 il əvvəl yarandığı ehtimal edilən vedalar-dini fəlsəfi kitabələr təşkil edirdi. Həmin kitabələr bunlar idi: 1)Riq-veda-himnlər vedası. 2)Sama-veda-şeirlər vedası. 3)Yacur -veda-qurban vedası. 4)Atharva-veda- Ovsunlar Vedası.
Veda ədəbiyyatı abidələri vedanq adlanır. Dilçiliyə dair 3 vedanq məlumdur. 1)Şikşa-fonetika və tələffüz məsələlərindən bəhs olunur. 2)Nirukta-leksikologiya və etimologiya məs. Həsr olunmuşdur. 3)Vyakaranada isə qrammatika məsələlərindən danışılır.
Qədim hindlilərin görkəmli dilçisi e.ə IV əsrin ikinci yarısında yaşamış Panini olmuşdur. Onun sanskrit dilinə aid yazdığı və 3996 sutradan,yəni ritmik formada ifadə olunmuş qaydadan ibarət qrammatikası qədim müqəddəs himnlərin dilinin bütün məsələlərini tam dolğunluğu ilə ifadə edir. Hər şeydən əvvəl Panini dili bir sistem kimi başa düşür və nitq hissələrini bir-birindən ayırırdı. O 6 nitq hissəsi haqda məlumat vermişdi.
Qədim dövr dilçiliyində yunan dilçiliyi də mühum yer tutur. Yunan dilçiliyi iki mühüm dilçilik məktəbini-yunan dilçiliyi və “İskəndəriyyə qrammatikası”nı birləşdirir. Bunlardan birincisi Yunanıstanda yaranmış və inkişaf etmiş,ikincisi isə qədim yunanların Misirdəki müstəmləkəsində Ptolomeylər dövlətində yaranmışdı. Bunların arasındaki fərq həm hansi ərazidə yaranması,həm də hansı məsələlər ilə məşğul olması idi. Belə ki Yunan dilçiliyi dilçiliyin nəzəri məsələləri ilə, İskəndəriyyə dilçiliyi isə dilçiliyin praktik məsələləri ilə məşğul olurdu. Yunan dilçiliyində Heraklit və Demokrit kimi dilçilər olmuşlar. Qədim yunan dilçiliyi məktəbinin görkəmli nümayəndələrindən biri də Aristoteldir. Aristotel ilk dəfə sözlərin qrammatik izahını vermişdir. O sözləri 3 sinfə bölürdü:adlar,feillər,bağlayıcılar.
İskəndəriyyə qrammatikası məktəbi isə sözün həqiqi mənasında qrammatika ilə məşğul olurdu. Bu məktəbin nümayəndələrindən biri Aristarx idi. Dionisi də onun şagirdi olmuşdur. Apolloni Diskol da bu məktəbin nümayəndəsi idi.
Qədim dövrün dilçilik məktəblərindən Biri də ərəb dilçiliyidir. Bu məktə çox sonralar,eramızın VII-VIII əsrlərdən yaranmağa başlamışdır. Şərq ölkələri üçün qədim dilçilik sayıla bilər. Alimlər:Sibaveyhi,Əbu Əbeyda,Saqan,Xətib Təbrizi və başqaları idi. Ərəbblər səs və hərfi bir-birindən kəskin surətdə fərqləndirirdilər. Bu hind-yunan dilçilik məktəblərinə nisbətən irəliləyiş idi. Ərəblər 3 nitq hissəsi göstərirdilər:isim,feil,ədat.