Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə28/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   24   25   26   27   28   29   30   31   ...   74
Alqoritmik dillər(C kitab) (10)

Parametrsiz funksiya
C++ dilində funksiyanın parametrlərinin siyahısı boş olarsa bu hissə ya dairəvi mötərizənin işərisində heç bir parametr yazılmır və ya void yazılır.
Məsələ,
void print( );
yazılarsa print funksiyası heç bir arqument tələb etmir və qiymət qaytarmır. Aşağıdaki proqramda arqument tələb etməyən funksiyaların təşkili qaydası nümayış etdirilmişdir.
//Arqumentsiz funksiyanın təşkili
#include
using namespace std;
void function1( ); //funksiyanın prototipi
void function2( ); //funksiyanın prototipi
int main ( )
{
function1( ); //function1-funksiyasına müraciət
function2( ); //function2-funksiyasına müraciət
return 0;
}
//function1-də arqumentlərin siyahısı boşdur və bu

//funksiya heç bir arqument tələb etmir
Void function1 ( )
{
cout<<”function1-heç bir arqument qəbul etmir”<
}
//function2-arqumentlərin siyahısında void-dən istifadə
//olunur və bu funksiya da heç bir arqument tələb etmir.
Void function2(void)
{
cout<<”function2-heç bir arqument qəbul etmir”<
}
Nəticə:
function1-heç bir arqument qəbul etmir
function2-heç bir arqument qəbul etmir
C-dilində arqumentsiz funksiya C++ dilindən fəqrlidir. Belə ki, C-dilində arqumentlərin boş siyahısı olduqda funksiyanın tələb etdiyi istənilən arqumenti funksiya daxilində ötürmək olar. Bu halda C++ dilində proqramın kompilyasiyası zamanı sintaksis səhv alınar. C++ dilində arqumentlərin siyahısı boş olduqda funksiya arqument tələb etmir.

Inline funksiyalar
Proqramın funksiyalar yıgımı şəklində realizasiyası proqram təminatının hazırlanmasi nöqtəyi nəzərindən əlverişlidir. Lakin proqramın yerinə yetirilməsi vaxtı funksiyalara müraciət əlavə itkilərə səbəb olur. Funksiyalara müraciət zamanı belə itkiləri azaltmaq üçün inline funksiyalardan istifadə etmək olar. İnline spesifikasiya funksiyasının başlığında nəticənin tipindən əvvəl yazılır. İnline spesifikasiyası kompilyatora funksiyanın kodunun sürətini proqramın uyğun yerində generasiya etməyə göstəriş verir. Belə olduüda bu funksiyaya müraciət əməliyyatı yerinə yetirilmir. Nəticədə funksiyaya hər bir müraciətdə funksiyanın yeganə surəti əvəzinə funksiyanın kodunun surətlər çoxluğu alınır.
İnline funksiyasında istənilən dəyişiklik bu funksiyanın bütün istifadəçilərinin yenidən kompilyasiya olunmasını tələb edir. İnline spesifikatorundan çox da böyük olmayan və tez-tez istifadə olunan funksiyalar üçün istifadə etmək əlverişlidir. İnline funksiyadan istifadə edilməsi nəticəsində proqramın yerinə yetirilmə vaxtı azalır, lakin onun həcmi artır. Aşağıdaki proqramda inline funksiyasından istifadə etməklə kubun həcmi hesablanır.
#include
using namespace std;
inline double cube (const double S)
\\const double S-
\\olduqda funksiya
\\daxilində qiymətləri
\\dəyişmək olmaz

{return S*S*S;}
int main( ) {
cout<<”kubun tərəfini daxil edinI”;
double Side;
cin <
cout<<”tərəfi” <>”olan kubun həcmi=”<<

cube(side)<
return 0;
}

Nəticə:
Kubun tərəfini daxil edin: 3
tərəfi 3 olan kubun həcmi = 27.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin