Vi fəsil. C++ dilində proqramlaşdırma


C++ dilində giriş-çıxış sisteminə giriş



Yüklə 1,02 Mb.
səhifə62/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   58   59   60   61   62   63   64   65   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.50.C++ dilində giriş-çıxış sisteminə giriş
C++ dilində giriş-çıxış sistemi axınlar(streams) vasitəsi ilə fəaliyyət göstərir. Giriş-çıxış axını istifadəçinin informasiyasının qəbul edən və verən məntiqi qurğudur. Axın C++ dilinin giriş-çıxış sistemi vasitəsi ilə fiziki qurğu ilə əlaqədardır. Giriş-çıxış axınları proqramçıların müxtəlif xarakteristikalı qurğularda işlənməsinə baxmayaraq eyni qaydada fəaliyyət göstərirlər və eyni interfeysə malikdirlər. Məsələ, ekrana informasiyanı yazan funksiyadan həm fayla yazmaq üçün, həm də printerə informasiyanı çıxışa vermək üçün istifadə etmək olar. Göründüyü kimi, C++ dilində giriş-çıxış əməliyyatları baytlar axını şəklində baş verir. Axın dedikdə baytlar ardıcıllığı da başa düşmək olar. Giriş əməliyyatları zamanı baytlar qurğulardan(məsələ, klaviaturadan, diskovoddan, şəbəkədən) operativ yaddaşa ötürülür.
Çıxış əməliyyatı zamanı isə baytlar operativ yaddaşdan qurğulara (displeyin ekranına, printerə, diskovoda və ya şəbəkəyə) ötürülür. Proqram verilənlər baytı ilə elementlərin qiymətlərini əlaqələndirir. Verilənlər baytı simvollar şəklində, qrafik təsvir şəklində, video təsvir şəklində və s. şəkillərdə ola bilər. C++ dilində giriş-çıxışın əməliyyatlarının iki üsulu vardır:

  • formatlaşmış giriş-çıxış (“yuxarı səviyyəli”);

  • formatlaşmamış giriş-çıxış (“aşağı səviyyəli”).

Formatlaşmış giriş-çıxış zamanı baytlar verilənlərin elementləri olan tam ədədlər, sürüşkən nöqtəli ədədlər, simvollar, sətirlər və s. şəklində qruplaşdırılır. Belə qruplaşdırma giriş-çıxış əməliyyatları üçün əlverişli olur.

Formatlaşmamış giriş-çıxış zamanı isə müəyyən sayda baytlar qurğulardan yaddaşa və ya yaddaşdan qurğulara ötürülür. Bu halda hər bir bayt verilənlərin sərbəst elementi olur. Adətən fayllarla işlədikdə verilənlərin formatlaşmamış giriş-çıxışından istifadə edilir. C++ dilində proqram isə başlayandan avtomatik olaraq dörd axın ayrılır. Bu axınlar 8-mərtəbəli simvollar üçündür:




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin