Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə67/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   63   64   65   66   67   68   69   70   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.55.Verilənlərin ierarxiyası
Verilənlərin dəyişən və massivdə saxlanması müvəqqəti xarakter daşıyır. Böyük həcmə malik verilənləri saxlamaq üçün fayldan istifadə edilir. Fayl ada malik olan xarici yaddaş sahəsidir. Fayldan verilənləri daimi saxlamaq üçün istifadə edilir. Kompüter faylı köməkçi yaddaş qurğularında-maqnit disklərdə, optik disklərdə, maqnit lentlərdə saxlayır. C++ dilində verilənlər faylını yaratmaq və onunla işləmək üçün vasitələr vardır. Kompüterdə emal olunan verilənlərin bütün elementləri son nəticədə 01-lərin kombinasiyasından ibarət olur. Kompüterdə verilənlərin ən kiçik elementinə 0 və ya 1-mənimsətmək olar. Bu element bit adlanır. Kompüter sadə bit əməliyyatlarını yerinə yetirə bilər: bitə qiymət verə bilər, bitin qiymətini yoxlaya bilər, biti inversiya edə bilər (0-ı 1-lə və ya 1-i 0-la). Proqramçının bitlə təsvir olunan verilənlərlə işləməsi əlverişli deyildir. Onluq ədədlərlə (0 9), hərflərlə (A-dan Z-yə və ya a-z-ə qədər) və xüsusi simvollarla (@, %, &, *, (, ), +, -, “, :, ?, / və s.) təsvir olunan informasiya ilə işləmək daha əlverişlidir. Hərf, rəqəm və xüsusi simvolla birlikdə simvollar adlanır.

Konkret kompüterdə proqramı yazmaq üçün istifadə olunan simvollar çoxluğu həmin kompüterin simvollar yığımı adlanır. Kompüter əlifbasının hər bir simvolu vahid və sıfırların kombinasiyası şəklində göstərilir ki, bu bayt adlanır. Bayt adətən 8 bitdən ibarət olur. Simvollar bitlərdən ibarət olduğu kimi sahələr də simvollardan və ya baytlardan ibarətdir. Sahə-müəyyən mənaya malik olan simvollar qrupudur. Məsələ, böyük və kiçik hərflərdən ibarət sahə insan adına təsvir etmək üçün istifadə oluna bilər.


Kompüterdə emal olunan verilənlərin elementləri verilənlərin ierarxiyasını əmələ gətirir. Belə ki, verilənlərin elementləri birləşərək daha mürəkkəb strukturaya malik verilənləri əmələ gətirirlər. Verilənlərin emalı bitdən simvola(bayta), sahəyə və daha yüksək səviyyəli strukturlara keçməklə baş verir.
Yazı bir neçə sahədən ibarət olur. C++ dilində struct və ya class bir neçə sahədən əmələ gəlir. Beləliklə yazı əlaqəli sahələr qrupudur. Fayl əlaqəli yazılar çoxluğudur. Verilənlərin ierarxiyası aşağıdaki şəkildə göstərilmişdir:

Məsələ, müəssisənin hər bir əməkdaşı haqqında yazı aşağıdaki sahələrdən ibarət ola bilər:



  1. İdentifikasiya nömrəsi

  2. Adı

  3. Ünvanı

  4. Əmək haqqı

  5. İllik gəliri

  6. Tutulan vergi

Əgər müəssisə kiçikdirsə yazıların sayı az olur. Məsələ, 30 yazı. Böyük müəssisələrdə yazıların sayı minlərlə və ya yüz minlərlə və s. ola bilər. Böyük kompaniyalar üçün çoxlu fayllardan istifadə olunur ki, hər bir faylda milyon, milyard və ya trilyon sayda simvol yerləşir.
Faylda axtarışı asanlaşdırmaq üçün yazının hər hansı bir sahəsi açar olaraq istifadə edilir. Məsələ, yuxarıdaki misalda əməkdaşın identifikasiya nömrəsini yazının açarı olaraq istifadə etmək olar. Yazıların faylda təşkilinin çoxlu sayda üsulları vardır. Yazıların faylda təşkilini ən geniş yayılan üsullarından biri ardıcıl fayl adlanır. Bu halda yazılar fayla sahənin açarını uyğun olaraq ardıcıl yerləşir. Bundan əlavə birbaşa müraciət olan fayllar da vardır ki, bu halda hər bir yazıya birbaşa müraciət etmək mümkündür.
Yuxarıdaki misalda əməkdaşın identifikasiya nömrəsinin artma sırasına görə yazılar ardıcıl olaraq faylda yerləşə bilər.

Bir biri ilə əlaqəli olan fayllar çoxluğu verilənlər bazası adlanır. Verilənlər bazasının yaradılması və onun idarə olunmasını təmin edən proqramlar çoxluğu Verilənlər Bazasının İdarə olunması Sistemi (VBİS) adlanır. Məsələ, MySQL, FoxPro, Access, Oracle və s.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin