Test (K. VIII. 2.2. QS.5.)
1. Əsasi oksidin xassələrinə aid doğru olmayan ifadəni göstərin:
A) Əsasi oksidlər turşularla reaksiyaya girir.
B) Əsasi oksidlər qələvilərlə reaksiyaya girir.
C) Əsasi oksidlər turşu oksidləri ilə reaksiyaya girir.
D) Bəzi əsasi oksidlər su ilə reaksiyaya girir.
E) Əsasi oksidlər adi şəraitdə bərk halında olur.
2. Qələvilərin alınmasına aid səhv ifadə hansıdır?
A) Metalla suyun reaksiyasından alınır.
B) Metalla duzun reaksiyasından alınır.
C) Metal oksidi ilə suyun reaksiyasından alınır.
D) Xlorid duzların məhlulundan sabit cərəyan keçdikdə alınır.
E) Duz məhlulu ilə başqa qələvinin qarşılıqlı təsirində alınır.
3. Turşuların alınmasına aid doğru reaksiya sxemini göstərin:
A) NaCl + H2SO4 ; B) K2SO4 + HCl ;
C) SO2 + NaCl ; D) SiO2 + H2O ;
E) NaNO3 + H3PO4
4. Turşu oksidlərinin alınma üsullarına aid olanları göstərin:
1. Qeyri-metalın yandırılması.
2. Metalın yandırılması.
3. Turşunun parçalanması.
4. Suda həll olmayan əsasın termik parçalanması.
5. Duzların termik parçalanması.
A) 1, 2, 3 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 3, 5 E) 2, 4, 5
5. Na3PO4 + H2SO4 → Na2SO4 + H3PO4 tənliyində alınan maddələrin əmsalarının cəmi neçədir?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
6. H2SO4 + Al → Al2(SO4)3 + H2 tənliyində əmsalların ümumi cəmi neçədir?
A) 3 B) 5 C) 7 D) 9 E) 11
7. Turşuların kimyəvi xassələrinə aid olan bəndləri seçin:
1. Metallarla reaksiyaya girirlər.
2. Əsasi oksidlərlə reaksiyaya girirlər.
3. Turşu oksidləri ilə reaksiyaya girirlər.
4. Barium-sulfat duzu ilə reaksiyaya girirlər.
5. N2SO4 duzu ilə reaksiyaya girirlər.
A) 1, 2, 3 B) 1, 2 C) 2, 3 D) 3, 4 E) 4, 5
8. Sink-hidroksidin kimyəvi xassəsini əks etdirən bəndləri müəyyənləşdirin:
1. Zn(OH)2 + HCl → ; 2. Zn(OH)2 + NaOH→; 3. Zn(OH)2 ;
4.Zn(OH)2 + CO2 →; 5. Zn(OH)2 + AlCl3 →
A) 1, 2 B) 1, 2, 3 C) 3, 4, 5 D) 4, 5 E) 1, 4, 5
9. 49 q mis (II)-hidroksidin termik parçalanmasından neçə qram və neçə mol mis (II)-oksid alınar?
A) 80 q, 1 mol; B) 40 q, 0,5 mol; C) 20 q, 0, 25 mol;
D) 60 q, 0,75 mol; E) 120 q, 1,5 mol
10. Natrium-hidroksid məhlulunun neytrallaşdırılmasına 2 mol sulfat turşusu sərf olunmuşdur. Məhlulda neçə qram qələvi olmuşdur?
A) 40 B) 60 C) 80 D) 120 E) 160
Dostları ilə paylaş: |