Вящщаби алимляринин юндяри



Yüklə 2,23 Mb.
səhifə3/17
tarix21.10.2017
ölçüsü2,23 Mb.
#8931
1   2   3   4   5   6   7   8   9   ...   17

ZİYARƏTİN QAYDALARI


Ziyarətin bir çox hökmləri vardır. Onların bəzisini sizin nəzərinizə çatdırırıq:

1. Ziyarət səfərinə çıxmaqdan əvvəl qüsl etmək.

2. Yolda mənasız söhbətləri və yersiz mübahisələri tərk etmək.

3. Ziyarət qüslü etmək və qüsl alarkən qüsl duasını oxumaq.

4. Təharətli olmaq (dəstəmaz almaq).

5. Təmiz, gözəl və yeni libas geymək.

6. Hərəmə vüqarlı və kiçik addımlarla, xüzu-xüşu ilə öz ətrafına diqqət etmədən getmək.

7. İmam Hüseynin (ə) ziyarəti istisna olmaqla digər imamların ziyarətində ətirlənmək.

8. Hərəmə gedərkən "əl-Həmdu lillah", "Allahu-Əkbər", "Sübhanəllah", "la ilahə illəllah" demək və Muhəmməd (s) və Ali Muhəmmədə salavat göndərmək.

9. Hərəmin qapısında dayanıb daxil olmaq üçün izn istəmək, ürəyini yumşaltmaq və xüzu-xüşu əldə etmək üçün səy etmək, pak qəbir sahibinin əzəməti və cəlalı, Həzrətin onun qapı ağzında durmasını görməsi, kəlamını eşitməsi, salamının cavabını verməsi haqqında fikirləşmək və Həzrətin öz şiələrinə və zəvvarlarına qarşı etdiyi mərhəmət, məhəbbət barədə düşünmək, öz keçmiş pis əməllərilə onları incidibsə, o əməllərini yada salıb qəlbi kövrəltmək, tövbə etməyi qərara almaq və gözləri yaşartmaq.

10. Mübarək giriş qapısını öpmək.

11. Sağ ayaqla daxil olmaq, sol ayaqla çıxmaq.

12. Zirehə (qəbri əhatə edən kiçik hasara) yaxınlaşıb ona söykənmək və onu öpmək.

13. Ziyarət edərkən üzü şərif qəbrə tərəf durmaq.

14. Ayaq üstə ziyarətnamə oxumaq.

15. Ziyarəti qurtardıqdan sonra sağ üzünü zirehə qoyub yalvararaq dua etmək, sonra sol üzünü zirehə qoyaraq Allahı qəbrin sahibinə and verərək şəfaətinə nail olmasını istəmək. Sonra qəbrin baş tərəfinə gedib üzü qibləyə dayanaraq dua etmək.

16. Şərafətli qəbri gördükdə ziyarəti oxumazdan əvvəl təkbir – "Allahu-Əkbər" demək. Hədisdə nəql olunur ki, kim İmamın (ə) qarşısında dayanıb "la ilahə illəllah vəhdəhu la şərikə ləh" desə, böyük Allahın "Rizvan" adlı Cənnəti onun üçün yazılar.

17. Məsumların (ə) buyurduğu duaları oxumaq.

18. Ziyarət namazı qılmaq və birinci rəkətdə "Həmd"dən sonra "Ya sin" surəsi, ikinci rəkətdə isə "Həmd"dən sonra "ər-Rəhman" surəsini oxumaq yaxşıdır.

19. Hərəmin ətrafında olan miskinlərə, yoxsullara, fəqirlərə infaq və ehsan etmək.

20. İmamın (ə) şəhərindən çıxmaq istədikdə nəql olunmuş dualarla imamla (ə) vidalaşmaq.

21. Ziyarət zamanı kişi və qadınların ayrı-ayrılıqda ziyarət etməsi.

22. Başqalarının da rahat ziyarət etməsinə şərait yaratmaq.

SƏFƏR QAYDALARI


Qurani-Kərimdə Allah-Təala dəfələrlə insanları yer üzünü seyr etməyə dəvət etmişdir.

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

De: "Yer üzündə gəzib dolanın və görün ki, Allah yaratmağa necə başlayıb, sonra sonuncu yaradılışı da yaradacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. "13

Təbii ki, səfərə çıxmağın yaxşı və pis adamların həyat tərzində olan xüsusiyyətlərindən faydalanmaq, böyük Yaradanın yer üzündəki nişanələrini görüb yaranış haqqında düşünmək və bir çox başqa faydaları vardır. Xüsusilə, övliyaları ziyarət etmək kimi müqəddəs bir məqsədlə səfərə çıxmaq daha çox əhəmiyyət kəsb edir. Lakin səfərə çıxmağın faydası olduğu kimi məhrumiyyətləri də vardır. Odur ki, insan daimi rahatlığı olan evindən ayrılıb adət etmədiyi mühitə düşərkən evdəki rahatlığı gözləməməli, yeni tanış olduğu adamlarla xoş rəftar etməyi bacarmalıdır. Bu həm də insana özünü tanımağa kömək edir və insanın nə qədər təvazökar və ya lovğa, səbrli və ya dözümsüz olduğunu göstərir. Bəlkə də tək səfərə çıxmağın dinimizdə xoşagəlməz hesab olunması bu və ya digər xüsusiyyətləri düzgün formalaşdırmaq məqsədini daşıyır. Bu məsələləri əsas tutaraq səfərə çıxmağın qaydaları barədə məlumat veririk.

İmam Muhəmməd Baqir (ə) imam Səccaddan (ə), o da Allah Rəsulundan (s) nəql edərək buyurur: Peyğəmbər (s) səfərə çıxan möminləri yola salaraq vidalaşan zaman bu duanı oxuyardı:



زَوَّدَكُمُ اللهُ التَّقْوي وَ وَجَّهَكُمُ خَيْرَا وَقَضَي لَكُمْ كُلَّ حَاجَةٍ وَسَلَّمَ لَكُمْ ديِنَكُمْ وَ دُنْيَاكُمْ وَرَدَّكُمْ سَالِمينَ

"Allah sizə təqva azuqəsi versin, xeyirlə qarşılaşasınız, hacətinizi əta etsin, sizin din ilə dünyanızı sağlam saxlasın və sizi sağ-salamat geri qaytarsın."



Səfər duası
بِسْمِ اللهِ وَ بِاللهِ وَ مِنَ اللهِ وَ اِلَي اللهِ وَ فِي سَبِيلِ اللهِ اَللّهُمَّ إِلَيْكَ أَسْلَمْتُ نَفْسِي وَ إِلَيْكَ وَجَّهْتُ وَجْهِي وَ إِلَيْكَ فَوَّضْتُ أَمْرِي فَاحْفَظْنِي بِحِفْظِ الأيمَانِ مِنْ بَيْنِ يَدَيَّ وَ مِنْ خَلْفِي وَ عَنْ يَمْيِني وَ عَنْ شِمَالِي وَ مِنْ فَوْقِي وَ مِنْ تَحْتِي وَ ادْفَعَ عَنِّي بِحَوْلِكَ وَ قُوَّتِكَ فَاِنَّهُ لا حَوْلَ وَ لا قُوَّة اِلّا بِاللهِ الْعِلِّي الْعَظِيمِ

"Allahın adı ilə, Allah ilə, Allah tərəfindən Allaha tərəf və Allah yolunda. İlahi, özümü Sənə tapşırdım, Sənə tərəf üz tutdum və işimi Sənə tapşırdım. Məni və mənim imanımı öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan qoru! İlahi, hər cür zərər və pisliyi Öz qüdrət və qüvvətinlə məndən uzaqlaşdır. Uca və əzəmətli Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur!"



SƏFƏRƏ ÇIXANLARA TÖVSİYƏ


1. Səfərdə lazım olan diş fırçası, dəsmal, sabun, bıçaq, ip və sap, iynə, dırnaqtutan, daraq və s. bu kimi əşyaları götürmək.

2. Səfərə çıxmazdan öncə dost-tanışdan, qohum-əqrəbadan və yaxın adamlardan halallıq almaq və onlarla vidalaşmaq.

3. Quran, dua kitabı və həmin səfərə aid olan kitabları mütləq götürmək.

4. Səfər müddətində yersiz istəklərdən tamamilə uzaq olmaq.

5. Daha yaxşı və çoxlu yemək, daha münasib məkan (otaq) əldə etmək üçün digərlərini qabaqlamaq və bu kimi ərköyün işlərdən uzaq olmaq.

6. Oturacaq, yataq və otaq qonşularının bir-biri ilə tanış olması, biri xəstələndiyi, ya azdığı və yaxud nəyəsə ehtiyacı olduğu zaman soraqlaşmaq və yardım etmək.

7. Maşın hər hansı bir zərurət üzündən yolda dayandığı zaman zərurət olmadan maşından düşməmək və başqalarının vaxtını tələf etməmək.

8. Yemək-içmək vaxtı ehtiyatlı olmaq, halal yemək və çox yeməmək.

9. Hər hansı bir iş üçün dəstədən ayrılarkən nigarançılıq olmasın deyə dəstə başçısına, yol yoldaşına və ya otaq yoldaşına xəbər vermək.

10. Xəbər verib getdikdən sonra yol yoldaşlarının vaxtını tələf etməmək üçün qərarlaşdırılmış vaxtda qayıtmaq.

11. Qrup şəklində səfər edərkən yalnız dəstə başçısından kömək istəyib problemləri məhz ona söyləmək.

12. Əgər həkim məsləhəti və ya başqa bir üzr yoxdursa, yemək zamanı yoldaşlardan ayrılmamaq və xüsusi təam yeməmək.

13. Gecə namazı, Quran tilavəti və dua kimi müstəhəbb işləri başqalarına əziyyət verməmək şərtilə yerinə yetirməkdə diqqətli olmaq.

14. Maşında, otaqda, bir sözlə həmişə təmiz və səliqəli olmaq.

15. Tapılması asan olsun deyə bağlamaların, yüklərin və çamadanların üzərində ad və soyadı yazıb yapışdırmaq.

16. Qiymətli əşya və kağızları etibarlı yerdə qorumaq.

17. Başqalarına əziyyət verməmək üçün maşında və otaqda siqaret çəkməmək.

18. Maşında və otaqda ucadan danışmamaq.

19. Gələcəkdə övladların və ümumiyyətlə oxuyanların faydalanması üçün maraqlı hadisələri qeyd etmək üçün xatirə kitabçası götürmək.

20. Taxdığı gözlük və qulaqlığın nömrə və nüsxəsini götürmək (həmin əşyalar itdiyi və ya sındığı zaman yenisini almaq üçün).

21. Maşın, otaq və s. müştərək istifadə olunması lazım olan yerlərdə növbəni gözləmək.

22. Qocalara və yaşlılara hörmət, zəiflərə kömək və uşaqlara məhəbbət göstərmək.



Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin