Yeni qurğuların qoşulması (Add New Hardware, Установка оборудования) nişanının dialoq pəncərəsindəki təlimat əsasında kompyuterə qoşulmuş əlavə qurğuların proqram təminatını yükləmək olar.
Monitor (Display, Экран) nişanının dialoq pəncərəsi aşağıdakı funksiyaları tənzimləyən bölmələrdən ibarətdir: Fon (Background, Фон). Bu bölmədə işçi stolun üzərindəki şəkli zövqümüzə görə dəyişə bilərik. Ekran qoruyucusu (Screensaver, Заставка). Bu bölmədə siyahıda ekran qoruyucusunun adını, işləməsi üçün Vaxt intervalını (Wait, Интервал), monitorun enerjiyə qənaət funksiyalarını və s. müəyyən etməyə imkan verir. Baxış (Preview, Просмотр) düyməsi seçilmiş ekran qoruyucusuna tanışlıq məqsədilə baxışı təmin edir. Parametrlər (Settings, Параметры) düyməsini sıxmaqla ekran qoruyucu kimi istifadə olunan şəkli və ya mətnin hərəkət sürətini, rəngini tənzimləmək olar.
Kompyuterdə yüklənmiş şriftlərə baxmaq üçün Şriftlər (Fonts, Шрифты)qovluğunu açmaq lazımdır. Açılmış pəncərədə istədiyimiz şriftin üzərində iki dəfə mausun sol düyməsini vurmaqla onun formasına baxa bilərik. Yeni şrift yükləmək üçün Fayl (File, Файл) menyusuna girib, Yeni şrift yükləmək (Install New Font, Установить Новый Шрифт) yerinə yetirmək kifayətdir. Açılmış növbəti pəncərədə şriftin yerləşdiyi diski və ya qovluğu göstərib OK düyməsini sıxmaq lazımdır.