Disklərin defraqmentasiyası Məlumdur ki, təzəcə formatlandırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırılarkən hər birinin həcmi 512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.
Fayllar yeni formatlaşdırılmış sərt diskə (Hard disc) yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşm ayrı-ayrı hissələrində fraqmentlər şəklmdə yerləşmiş olur. Digər tərəfdən fayllar ləğv olunduqca ardıcıl klasterlərdə boş hissələr qalır və sonralar diskə yeni fayllar yazılarkən həmin pərakəndə boş yerlərə hissə-hissə (framentlərlə) yazılıb
saxlanılır. Eyni zamanda faylların ləğv olunması və yenilərin yaradılması prosesi davam etdikcə fayllar diskin müxtəlif boş yerlərində kiçik hissələrə (fraqmentlərə) bölünərək saxlanılır. Bu proses fraqmentləşdirmə adlanır. Odur ki, istifadəçi hər dəfə faylı açarkən və diskdə saxlayarkən xeyli gözləməli olur. Çünki vinçestrm maqnit başlığı diskin müxtəlif yerlərmə yerdəyişmələr edərək çoxlu sayda klasterlərə baxmalı olur.
Beləliklə, komputerdə uzun müddət işləyərkən ayrı-ayrı faylların (və deməli, onların fraqmentlərinin) ləğv olunması nəticəsinə diskin fraqment sahələri çoxalırki, bu da kompüterin işmm yavaşımasma səbəb olur. Qeyd etmək lazımdır ki, bu halda fayl korlanmasma da oxunma və yazılma əməliyyatlarının sürəti ciddi şəkildə azalır. Bu problemin həlli üçün sistemdə xüsusi vasitədən, disklərin defraqmentləşdirmə - defraqmentasiya əməliyyatmdan istifadə olunur. Bu əməliyyat prosesmdə ayrı- ayrı fraqmentlər elə birləşdirilir ki, nəticədə fayl hissə- hissə deyil, yenidən kəsilməz disk oblastında yerləşdirilir.
Disklərin defraqmentləşdirilməsi üçün Windows XP sistemində xüsusi utilit – Defrаqmentаsiya proqramı nəzərdə tutulur. Defraqmentasiya proqramını işə salmaq üçün aşağıdakı addımlar icra olunur:
Mоy kоmputer və ya Widows Explorer pəncərəsində istənilən diskin kontekst menyusu açılır və bu menyunun Svоystvа əmri seçilir.
Bu halda açılan eyni adlı dialoq pəncərəsinin Servis səhifəsində Vıpоlnite defrаqmentаsiua düyməsi basılır.