Disklərin təmizlənməsi Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması nəticəsində diskin tamamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar. Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir- Оçistkа diskа. Bu halda ekranda Оçistkа diskа adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsində təmizlənmək üçün nəzərdə tutulan disk seçilir və OK düyməsi basılır. Nəticədə proqram
sistemi təhlil edərək növbəti dialoq pəncərəsində müəyyən həcmdə disk sahəsini boşalda biləcək faylların siyahısını əks etdirir.
Diskin formatlandırılmasi
Diskin formatlandırılmasi diskin yazı və oxuma üçün hazırlanması deməkdir.
«Mоi dоkumentı» qovluğu açılır, disk göstərilir → kontekst menyuda
«Fоrmаtirоvаte…» → «Fоrmаt Disk…» dialoq pəncərəsi açılır → Nаçаte (Start). Formatlandırılma zamanı diskdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır. Dialoq pəncərəsində formatlaşmanm bir neçə üsulundan istifadə etmək mümkündür:
«Bıstrоe» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə tutulur;
«Ispоlezоvаtğ sjаtie» – NTFS ilə dəstəklənir;
«Sоzdаnie zаqruzоçnоqо diskа» – MS-DOS sistemi diskdəki bütün informasiyanı silir və oraya sistem fayllarını əlavə edir.
Arxivləşdirməproqramı Komputerdə aparılan mühüm əməliyyatlardan biri də informasiyanın arxivləşdirilməsidir. Bu əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının saxlanılması üçün əhəmiyyətlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların arxivləşdirilməsi hesabma diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına imkan verir. Arxivləşdirilmə əməlyyatının aparılması üçün sistemdə xüsusi utilitdən istifadə edilir: Аrхivаsiyadаnnıх Beləliklə, arxivləşdirilmə proqramı Аrхivаsiya dаnnıх verilənlərin ehtiyat kopiyalarının yaradılması və onların arxivdən bərpa edilməsi üçün istifadə edilir. Bu proqram verilənlərin ehtiyat kopiyalarının müxtəlif disklərdə yazılıb saxlanılmasına imkan verir.
Fayl və qovluqlarm arxivləşdirilməsi aşağıdakı addımlardan ibarətdir:
Arxivləşdirilən fayl və qovluqların seçilməsi;
Onların kopiyalarının yerləşdirilməsi üçün qurğuların seçilməsi;