XƏVARİCLƏRİN FİRQƏLƏRİ
Xəvariclər çoxlu firqələrə ayrılmışlar. Onların on səkkiz firqə olduqları söylənmişdir24. Hətta bəziləri onların sayının iyirmi olduğunu ehtimal edirlər25. Onların ən böyükləri əl-Muhakkimə, əl-Əzəriqah, ən-Nəcdət, əl-Bəhisiyyəh, əl-Acaridəh, əs-Səalibəh, əl-İbadiyyə və əs-Səfəriyyə-dir. Qalanları isə bu firqələrin qollarıdır26.
Xəvariclərin ilk əsas firqəsi, möminlərin əmiri Əli , Müaviyə ilə sülh bağlamaq üçün iki hakim təyin etdiyi zaman ona qarşı çıxan birinci muhakkimələrdir. Onlar Kufə yaxınlığında yerləşən Harura adlı yerdə toplandılar və onların rəhbərləri Abdullah ibn əl-Kavva əl-Yəşkuri ət-Təmimi, İtab ibnul Əvar, Abdullah ibn Vahb ər-Rasibi, Urva ibn Hudeyr, Yezid ibn Əbi Asim əl-Muharibi və Zis-sədiyyə ləqəbi ilə tanınmış Hərqus İbn Zuheyr idi27.
Onların arasında həmçinin sübh namazında Əlini qətlə yetirən Abdurrahmən İbn Mülcəm də var idi.
İraqdakı xəvariclərin başçısı Nafi ibn əl-Əzrəq, Əliyə qarşı üsyanda ən şiddətli sayılan Yəməmədəkilərin başçısı Nəcdəh ibn Amir, əl-Əşəs ibn Qeys, Misar ibn Fədəki ət-Təmimi və Zeyd ibn Hüseyn ət-Tai idi28.
Dostları ilə paylaş: |