ƏHLİ SÜNNƏ VƏ CAMAATIN XƏVARİC FİRQƏSİNƏ MÜNASİBƏTİ
Əhli Sünnə və camaatın etiqadına görə xəvaricilər müsəlmanların birliyini pozan batil və bidətçi firqədirlər.
Xəvariclərin təkfir olunması ilə əlaqədar alimlərin iki məşhur rəyi vardır30. Düzgün rəy onların kafir olmamasını deyən rəydir31. Səhabələr onlara qarşı vuruşmaq fikrində yekdil olsalar da onlara kafir deməmişlər32. Xəvariclər nahaq qan tökməyincə və müsəlmanların mallarına əl qoymayınca səhabələr onlarla vuruşmadılar. Onlara qarşı döyüşməkdə məqsəd onların kafir olması deyildi, sadəcə olaraq onların zülmünün qarşısını almaq idi. Bu səbəbdən, səhabələr xəvariclərin qadınlarının şərəfinə toxunmur, mallarını da qənimət götürmürdülər33.
Səhabələrin Xəvaricləri kafir görməməsinin sübutu onların arxasında namaz qılmaları idi. Abdullah ibn Ömər (radiyallahu anhu) və digər səhabələr Nəcdəh əl-Hərurinin arxasında namaz qılardılar. Onlara hədis rəvayət edər, fətva verər və sıravi bir müsəlmanın digər müsəlmanla danışdığı kimi onlarla danışardılar. Buna misal Buxarinin rəvayət etdiyi kimi Nəcdə əl-Hərurinin bəzi məsələləri soruşanda Abdullah İbn Abbasın ona cavab verməsidir. Eynilə, məşhur məsələlərlə əlaqədar Nafi ibn əl-Əzrəqə cavab vermiş və iki müsəlmanın mübahisə etdiyi kimi Qurandakı məsələləri də onunla müzakirə etmişdir.
Xəvariclər müsəlmanları mürtəd adlandırana qədər müsəlmanlar onlarla bu cür davranırdılar34. Peyğəmbər onları İslamdan çıxarmamış, əksinə onları müsəlman saymış və onların cəhənnəmdə əbədi qalacaqlarını söyləməmişdir. Bax bu böyük qaydadır və bunun nəzərə alınması çox əhəmiyyətlidir.
Ona görə də hər əsrdə rəhbərlər müsəlmanların başçılarının itaətindən çıxanlara qarşı mübarizə aparmış, alimlər də onlarla birgə mübarizəyə qoşulmuş və bu məsələdə onları ruhlandırmışlar. Alimlər bu mübarizə və bunu həyata keçirən kəslərin özəlliklərinə dair kitablar yazmışlar. Ona görə bu işə qoşulan şəxsdə buna dair heç bir şəkk-şübhə qalmamışdır35.
Elm adamlarına görə bu mənfur məzhəb meydana çıxarsa, müsəlmanlar ilk növbədə onları Allah yoluna dəvət etməklə və insanları bu haqda maarifləndirməklə müalicə etməlidirlər.36
Dostları ilə paylaş: |