Xəbər bülleteni №25



Yüklə 449,42 Kb.
səhifə5/6
tarix21.10.2017
ölçüsü449,42 Kb.
#8036
1   2   3   4   5   6

Eldar Nuriyev qeyd edib ki, şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib: “Prezident yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və şuranın rəsmi saytının xəritəsi yaradılıb.

Eyni zamanda şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair metodiki təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”.

Eldar Nuriyev bildirib ki, Prezident yanında Apellyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır: “Son bir neçə gündə şuraya xeyli şikayət daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Prezident yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirə iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”.

Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.

Seminar-müşavirədə qarşıda duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Prezident yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib, Prezident yanında Apellyasiya Şurasının hazırladığı metodiki təlimatların təqdimatı keçirilib.

Gömrük sistemində yeni islahatlar sərəncamı imzalandı

04.03.2016

gomruk-2Martın 4-də prezident İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sərəncama əsasən, Nazirlər Kabineti məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” qərarının yeni redaksiyasını iki ay müddətində təsdiq etməli; baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etməlidir.

Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bunlar tapşırılıb:

- Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək;

- elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etmək;

- gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmək;

- gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etmək;

- vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirmək;

- Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görmək;

- risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görmək;

- xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlamaq.

Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi: iş nə yerdədir?

04.03.2016



su
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi ilə əlaqədar açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası davam etdirilir.

Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində aparılır. Bu layihə Gəncə şəhəri ilə yanaşı Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Molla Cəlilli kəndlərini də əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin açıqlamasına görə, Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 kilometr uzunluğunda magistral kəmər çəkilib. 2014-cü ilin sentyabr ayında Göygöl-Gəncə magistral su xəttinin açılışı olub.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 kilometr uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 kilometr uzunluğunda anbarlararası xətt inşa edilib.

Gəncənin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 kilometr paylayıcı su xəttinin 87 kilometrlik, 813 kilometr kanalizasiya şəbəkəsinin isə 74 kilometrlik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın smart sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin, eləcə də kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Bu mərhələdə 15 kilometr magistral, 136 kilometr şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. Bu mərhələ çərçivəsində 108 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 44 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək.

Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

“Azərsu”nun mətbuat xidməti qeyd edir ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində Şəki şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması planlaşdırılır.

Bank əmanətlərinin və valyuta ehtiyatlarının həcmi açıqlanıb

04.03.2016



amb 01Fevralın 1-nə əhalinin bank əmanətləri 8 milyard 643,3 milyon manat olub. Məlumatı Mərkəzi Bank açıqlayıb. AZƏRTAC xəbər verir ki, ötən ilin sonuna əmanətlər 9 milyard 473,9 milyon manat idi, yanvarda əhalinin bank əmanətləri 830,6 milyon manat azalıb.

Mərkəzi Bankın başqa bir məlumatına görə, rəsmi valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar, pul bazası 6 milyard 388,5 milyon manatdır.

Yardımlının icra başçısı Salyana gətirildi

04.03.2016



sevindik hetemov 1Martın 4-də prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Novator.az bildirir ki, Sevindik Hətəmov 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. 10 aprel 2012-ci ildən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı idi.

Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 2006-2011-ci illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 18 fevral 2011-ci ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı idi.

Parlament qanunlar paketi qəbul edib

04.03.2016



mm - yeni
Martın 4-də Milli Məclisin plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paket qəbul olunub. Paketə “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa (1), Mülki (2), Vergi (3), İnzibati Xətalar (4) məcəllələrində, “Publik hüquqi şəxslər haqqında” qanunda (5), “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” (6), “Banklar haqqında” (7), “Sığorta fəaliyyəti haqqında” (8), “Qiymətli kağızlar bazarı haqqında” (9), “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (10) qanunlarda dəyişikliklər və başqa sənədlər daxildir.

Bakıda Azərbaycan-Macarıstan sammiti

07.03.2016

baki gorushu 1
Martın 6-da prezident İlham Əliyev Bakıda Macarıstanın baş naziri Viktor Orbanla görüşlər keçirib. Təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə İlham Əliyev deyib ki, iki ölkə münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədir. Dövlət başçısı işgüzar dairələrin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirib. Səfər zamanı Azərbaycanla Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən prezident bu cür razılaşmaların daha çox olacağına inandığını vurğulayıb: “Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində yaxşı perspektivlər var. Biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər”.

Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən İlham Əliyev bu ölkənin şirkətlərinin müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğulayıb.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən İlham Əliyev Viktor Orbana xitabən deyib ki, iki ölkənin siyasi əlaqələri çox yüksək səviyyədədir: “2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən Sizinlə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışıq. Bu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcək.

Bu gün biz bir çox məsələ haqqında fikir mübadiləsi apardıq — siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR-la MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq.

Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqında yüksək qiymətləndirilir. Keçən ayın sonunda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilib. Həmin toplantı nəticəsində qəbul edilmiş bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və “Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcək.

Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də komissiyanın üzvləri fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilib ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edib. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var”.

Nəqliyyat sahəsinə toxunan prezident deyib ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir: “Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçib. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcək.

Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.

Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forumu çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcək. Biz bunu istəyirik”.

Viktor Orban çıxışında deyib ki, neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycanda bəzi iqtisadi çətinliklər müşahidə olunur: “Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz var ki, ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.

Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq”.

Martın 5-də Viktor Orban Azərbaycanın baş nazir Artur Rasizadə ilə bir araya gəlib. Görüş zamanı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”; “Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.

AZƏRTAC xəbər verir ki, martın 6-sı Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda 200-dən çox iş adamı iştirak edib. Biznes forumu çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Manat yenə ucuzlaşıb

07.03.2016



pul 01Martın 7-də Azərbaycan manatı xarici valyutalar qarşısında yenə də ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,6019 manatdan 1,6105 manata qalxıb.

Avronun satış kursunda da artım var. Ötən həftənin son iş günü Mərkəzi Bankın 1,7536 manata satılan avro martın 7-də 1,7699 manata təklif olunur.

Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0219 manatdan 0,0223 manata yüksəlib.

Neft bahalaşır, artım layihələri isə dayandırılıb

07.03.2016

rovneq abdullayev 1Dünya birjalarında neftin 7 mart qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 36,57 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 39,42 dollara satılır.

Bu arada SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv bir neçə ölkənin xam neft hasilatının yanvar ayındakı səviyyədə saxlanması təşəbbüsünü dəstəkləyir. AZƏRTAC-ın məlumatına görə, Rövnəq Abdullayev bildirib ki, bu istiqamətdə müəyyən addımlar atılıb. “Biz bu il neft hasilatının həcmini dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik. Bununla bağlı artım layihələri dayandırılıb. Bu il Azərbaycanın xam neft hasilatı keçənilki səviyyədən yuxarı olmayacaq”.

2015-ci ildə SOCAR üzrə neft hasilatı 8 milyon 159,1 min ton, ümumilikdə Azərbaycanda isə 41 milyon 583,6 min ton olub.

Ekspert: “Büdcədən heç də böhran büdcəsi iyi gəlmir”

07.03.2016

qubad-ibadogluBu ilin büdcəsində beynəlxalq tədbirlərin təşkilinə cəmi büdcə xərclərinin 2,3 faizi qədər pul ayrılır. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu belə yazır.

Prezident İlham Əliyev martın 2-də 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman da verilib.

Qubad İbadoğlu 2016-cı ilin dövlət büdcəsinə nəzər salaraq qeyd edir ki, yenilənmiş büdcədə rasionallaşdırma ilə bağlı deyilənlər nəzərə alınmayıb: “2016-cı ilin əlavə və dəyişikliklərlə yenilənmiş büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Həmin vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir. Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur.

2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək, bu da cari il üçün cəmi büdcə xərclərinin 2,3 faizinə bərabərdir. Göründüyü kimi, büdcədən heç də böhran büdcəsi iyi gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yenilənmiş büdcədə nəzərə alınmayıb”.

Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?

07.03.2016



budce 22016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanunu imzalanıb, onun qüvvəyə minməsi ilə əlaqədarfərman verilib. Transparency.az büdcədəki yenilənmənin ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsaitə necə təsir etdiyinə nəzər salıb:

Milli Məclis – 22 milyon 694 min 934 manat (əvvəlki büdcədə 23 milyon 245 min 955 manat idi)

Nazirlər Kabineti – 9 milyon 939 min 392 manat (10 milyon 72 min 645 manat idi)

Prezident Administrasiyası – 67 milyon 610 min 734 manat (70 milyon 526 min 812 manat idi)

Xarici İşlər Nazirliyi – 12 milyon 897 min 323 manat (13 milyon 98 min 794 manat idi)


Yüklə 449,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin