kalsium duzları həll olur, dentinin üzvi əsası isə qalır. Dentinin əsasında çoxlu
miqdarda nazik
dentin borucuqları və ya
dentin kanalcıqları keçir. Bu kanalcıqlarda
odontoblastların sitoplazmatik atmaları yerləşir. Dentin borucuqları dişin
pulpasından başlayıb, radial istiqamətdə gedərək dentinin bütün qatından keçir. Bu
borucuqların diametri 1-3 mikrometr olur. Öz gedişində dentin kanalcıqları bir-
birləri ilə anastomozlaşan yan atmalar verirlər. Dentin borucuqlarının qalınlaşmış
ucları mina qatına daxil olur. Bunlara
mina şaxələri deyilir. Dentində örtük
dentinindən əmələ gəlmiş xarici və pulpa ətrafı (predentin) dentindən əmələ gəlmiş
daxili zonalar ayırd edilir. Dentinin bu zonaları bir- birindən tərkibindəki kollagen
liflərin yerləşməsinə görə fərqlənirlər. Örtük dentinində kollagen liflər radial, pulpa
ətrafı dentində isə tangensial istiqamətdə yerləşir. Toxunan yerlərdə radial və
tangensial liflər bir - birinə qarışırlar.
Dentinin əmələ gəlməsi dişlərin formalaşmasından sonrada davam edir. Formalaşmış
dişdə əmələ gələn dentinə «ikincili dentin» deyilir. Embriogrnrz dövründə əmələ
gələn birincili dentindən fərqli olaraq, ikincili dentində kollagen liflərin istiqaməti
aydın olmur, dentin kanalcıqlarının isə özünəməxsus və dəqiq gedişi vardır. İkincili
dentinin əmələ gəlməsi dişə müxtəlif qıcıqlandırıcıların təsirindən güclənir. Qismən
minanın güclü sürtülməsi, dişlərin kariyesi və s. hallarda ikincili dentinin əmələ
gəlməsi kariyes əmələ gətirən nahiyədə baş verir. Dişin pulpasında bəzən dentindən
və dentiklərdən əmələ gəlmiş müxtəlif ölçü və formalı törəmələrə rast gəlinir. Onlar
diş diş divarında və ya pulpada olur. Bundan asılı olaraq dentikllər sərbəst və
divaryanı olurlar. Dentikllər odontoblastlardan əmələ gəlirlər.
Sement (cementum). Sement dişin sərt toxumalarından biri olub dişin kökünü
tamamilə əhatə edir. Dişin boynu nahiyəsində sement mina qatı ilə birləşir.
Sementdəqeyri–üzvi mineral maddələr 68%, üzvi maddələr isə 32% təşkil edirlər.
Quruluşuna görə sement kobud lifli sümüyü xatırladır. Sementin əsas maddəsinin
kalsium duzları çökmüş kollagen liflər təşkil edir. Bu liflər sümük alveolla birləşir. İki
cür sement vardır: hüceyrəsiz – ilkin və hüceyrəli – ikincili. Hüceyrəsiz sement diş
kökünün yanlarında yerləşir. Hüceyrəlisement isə diş kökünün zirvəsində çoxköklü
dişlərdə isə kökarası hissələrdə, yəni onların bifurkasiyası nahiyələrində yerləşir.
Hüceyrəli sementdə atmalı hüceyrələr «sementositlər» vardır ki, bunlar da öz
quruluşuna görə osteositlərə bənzəyir.
Sümükdən fərqli olaraq, sementdə qan damarları yoxdur. Sementin qidalanması
periodont vasitəsilə diffuziya nəticəsində olur.
Dostları ilə paylaş: