Ümumi müalicə. Kəskinləşmə dövründə:
1. Desensibilizə terapiyası: bunlardan yalnız biri-klaritin, suprastin, ketotifen, fenkarol
və s. gündə 1×2 dəfə bir ay ərzində. 30%-li natrium tiosulfat v/d təyin edilir.
2. U vitamini gündə 0,05×3 dəfə 30-40 gün epitelizasiyanı sürətləndirir.
3. Ağır hallarda kiçik dozalarda sxem üzrə kortikosteroid 15-20 mq prednizalon
sutkada 2 dəfə (1 həb səhər və q həb yeməkdən əvvəl). Hər 5 gündən bir
epitelləşmənin başlanğıcından sonra gündə 1 həb azaldılır.
4. Vitamin terapiyası xüsusən askorutin turşusu –orqanizmin infeksiyalara qarşı
rezistenliyini artırır.
5. Pəhriz terapiyası.
6. Yanaşı ixtisas mütəxəssisləri, həkimləri ilə məsləhət. Əsas diqqət mədə-bağırsaq
patologiyasının araşdırılmasına və müalicəsinə yönəlməlidir. Disbakteriozla
mübarizədə mikrofloranın bərpası üçün (baktiseptik, bifikol, bifidumbakterin,
kolibakterin) preparatlar təyin olunur.
Residivlərin profilaktikasında aşağıdakı tədbirlər məsləhətdir:
1. İldə 2 dəfədən az olmayaraq planlaşdırılmış sanasiy.
2. Dispanser nəzarəti ildə 2 dəfə və ağır formada -3 dəfə.
3. Kompleks müayinə.
4. Residiv əleyhinə kompleks müalicə: polivitaminlər, fizioterapevtik və s.
5. Həftədə 2 dəfə qistoqlobulin 2 ml əzələdaxili, kursda 6-10 inyeksiya.
6. İmmunitetin stimullaşdırmaq üçün levazimol (dekariz) 0,5×1, bir kurs üçün 3 kapsul
3-5 gündən sonra kursu təkrar edirlər.
7. T-aktivin preparatı iribuynuzlu heyvanların timus vəzisindən hazırlanır. Sutkada 40
mkq ya dərialtı və ya əzələdaxili (kursa 10 iynə). T –aktivin epitelləşməni tezləşdirir,
remissiyaların ömrünü uzadır.müasir zamanda böyük yer immunokorrektorlara-
immunomodulyatorlara ayrılır. Məs. Likopid preparatı. Bəzi xəstələrdə streptokokk
qrupunun bakterial allergenlərindən istifadə olunur. kursa 25-30 inyeksiya 1:100000,
1: 1000, 1:100, 1:10 (4-5 iynə)
Son zamanlar mübadilə müalicəsinə xüsusi yer ayrılır və müsbət nəticələr əldə olunur.
müalicə iki kompleksdən ibarətdir və onlar arasında 10 gün fasilə məsləhət görülür.
Dostları ilə paylaş: